Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Aran iqtisadi rayonu

18 inzibatı ərazi bölgüsündən ibarət olan Aran iqtisadi rayonu Azərbaycanın ən iri iqtisadi rayonudur.

18 inzibatı ərazi bölgüsündən ibarət olan Aran iqtisadi rayonu Azərbaycanın ən iri iqtisadi rayonudur. Geniş potensiala malik olan bu region imkanları və təbii ehtiyatları ilə (neft, təbii qaz, tikinti materialları) zəngindir. Aran ölkənin əsas pambıqçılıq regionudur. Bakıdan Gürcüstana, İrana və Türkiyəyə gedən əsas yollar Aranın ərazisindən keçir. Yevlaxla Bakı arasında hava əlaqəsi var.Aran iqtisadi regionu olduqca əlverişli coğrafi mövqeyə malikdir. O şimalda Böyük Qafqaz, cənub-qərbdə Kiçik Qafqaz, cənubda Lənkəran iqtisadi regionu, şərqdə isə Xəzər dənizi ilə həmsərhəddir. İqtisadi regionun ümumi sahəsi 21,43 min km2 olmaqla, ölkə ərazisinin 24,7 %-ni əhatə edir.
Respublikamızın əkinçilik regionu olan Aran iqtisadi regionunun torpaq örtüyü əsas etibarilə boz və açıq şabalıdı torpaqların müxtəlif növlərindən ibarətdir. Bu torpaq növlərindən əlavə, ərazinin müxtəlif sahələrində çəmən-bataqlıq, şoranlaşmış və qumsal torpaqlara da təsadüf edilir. Boz torpaq və onun ayrı-ayrı növləri başlıca olaraq Kür-Araz ovalığında yayılmışdır. Çəmən-bataqlıq torpaqlara isə ovalığın müxtəlif sahələrində geniş sahəni əhatə edən talalar şəklində təsadüf edilir. Ovalığın Böyük və Kiçik Qafqaz dağlarına birləşən dağətəyi hissələrinin torpaqları daha məhsuldar olan tünd şabalıdı, şabalıdı və açıq şabalıdı, dağ tünd-şabalıdı, dağ boz-qəhvəyi və s. torpaqlardan ibarətdir.
Aran iqtisadi regionunun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən və əsasən Kür və Araz çaylarının əmələ gətirdiyi düzənliklərdən ibarətdir. Burada Kür çayının sol sahili ilə Şirvan, sağ sahili boyu Qarabağ, Mil, Arazın və Kür aşağı axınından cənubda isə Muğan və Salyan düzləri yerləşir.
İqtisadi region üçün əsasən quru subtropik iqlim xarakterikdir. Rayon ovalığı kənd təsərrüfatı bitkilərinin normal inkişafı üçün zəruri olan işıq və istilik ehtiyatına malikdir. Burada günəşli saatların davamı 2200-2400 saat, dağ ətəyindən mərkəzi hissələrə doğru fəal temperatur isə 400C-dən 460C-dək çoxalır. Yayı çox isti keçir. İyun ayının orta temperaturu 26-280C-yə çatır. Bəzən yay aylarında havanın mütləq temperaturu 40-430C-yə qədər artır. Qış fəsli mülayım və şaxtasız keçib, yanvar ayında temperatur 1-30C arasında dəyişir. Mütləq minimum temperaturun 8-120C-yə qədər aşağı düşdüyü hallar da müşahidə olunur.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget