Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Azərbaycan ərazisində Yüksəklik qurşaqları

Azərbaycan Respublikasının ərazisində relyefin mürəkkəbliyi burada yüksək dağlıq, orta dağlıq, alçaq dağlıq və düzənlik-ovalıq şaquli qurşaqları ayırmağa imkan verir.Yüksək dağlıq qurşağı 2500 m-dən yüksək yerləri əhatə edir.

Azərbaycan Respublikasının ərazisində relyefin mürəkkəbliyi burada yüksək dağlıq, orta dağlıq, alçaq dağlıq və düzənlik-ovalıq şaquli qurşaqları ayırmağa imkan verir.Yüksək dağlıq qurşağı 2500 m-dən yüksək yerləri əhatə edir. Bura Böyük Qafqazda Baş Qafqaz silsiləsinin və Yan silsilənin, Kiçik Qafqazda, əsasən, Zəngəzur, Murovdağ və Şahdağ silsilələrinin yan hissələri daxildir. Çox yerdə dar zona təşkil edir. Bu qurşaq torpaq və bitki örtüyünün çox zəif inkişaf etməsi, sıldırım və daşlı qayalıqların geniş yer tutması və s. ilə səciyyələnir. Burada itiuclu və daraqvarı zirvələr çoxdur. Qədim buzlaq relyefi formaları (troq, sirk, kar) qalmışdır. Kiçik müasir buzlaqlar var. Dağ yamaclarının ətəkləri qalın qırıntı materiallarla örtülüdür.
Orta dağlıq qurşağı dağ sistemlərinin çox hissəsini əhatə edir: əsasən, 1000 m-dən 2500 m-dək hündürlükdədir. Dərin çay dərələri ilə kəsilmişdir. Yamaclara pilləvarı görkəm verən
düzəlmə səthlər geniş yayılmışdır. Dərələrin genişləndiyi yerlərdə, xüsusilə dağarası çökəkliklərdə terraslar inkişaf etmişdir. Bəzi dağ yamaclarında sürüşmə və uçqun sahələri var.
Alçaq dağlıq qurşağı hündürlüyü təqribən 200 m-dən (Qobustan və Acınohur) ön dağlığında 50-100 m-dən olan sahələri əhatə edir. Bu qurşaqda dağ yamacları maili, suayrıcılar hamardır. Bəzi sahələrdə (Qobustan, Ceyrançöl və Acınohur ön dağlığı, Naxçıvan MR-da ön dağlıq rütubət çatışmazlığı arid-denudasiya proseslərinin inkişafına və burada yararsız torpaqların (bedlend), gil karstının və s. relyef formalarının inkişafına şərait yaratmışdır.
Düzənlik-ovalıq qurşağı hündürlüyü 100-200 m və bəzi yerlərdə 400-500 m-dək (Naxçıvan MR-da 800-1000 m-dək) olan sahələri tutur. Bura Kür çökəkliyinin və Samur-Dəvəçi ovalığının çox hissəsi, Alazan-Əyriçay çökəkliyi, Arazboyu düzənliklər və s. daxildir. Bu qurşaqda akkumulyativ relyef formaları geniş inkişaf etmişdir. Dağətəyi sahələrdə gətirmə konusları, Xəzər dənizi sahillərində dünlar əsas relyef formalarıdır.


Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget