Tyan-Şanski 1827-ci ildə Ryazan quberniyasında anadan olmuş, 1845-ci ildə təşkil olunmuş Rus coğrafiya cəmiyyətinin 22 yaşında üzvü seçilmişdir. Görkəmli səyyah, botanik, zooloq və geoloq 40 ildən artıq bir dövrdə coğrafiya cəmiyyətini idarə etmişdir. Peterburq universitetini bitirərək o, 1848-ci ildə bitki və geoloji kolleksiyalar toplamaq üçün Peterburqdan Moskvaya qədər ekskursiyaya çıxır. Növbəti ilə isə qaratorpaq zonasına elmi ekspedisiyaya yollanır.Coğrafiya cəmiyəti Semyonova alman alimi K.Ritterin «Asiyada əkinçilik» əsərinin tərcüməsini tapşırdıqdan sonra onun Asiyaya olan marağı daha da artır. 1856-cı ildə Orta Asiyaya ekspedisiyasının hazırlanması üçün icazə alır. Marşrut Barnaul və Semipalatinskidən Tyan-Şana keçirdi. Tyan-Şanski Tyan-Şan dağlarının tədqiq olunmamış vilayətlərinə səyahət etməklə, möcüləi Issık-Kul gölünə çatır və Çu çayının başlanğıcını bu göldən deyil, başlanğıcını dağlarlan götürdüyünü müəyyən edir.Sonrakı il Tyan-Şan dağlarının daxili hissələrinə irəliləməklə Sırdəryanın yuxarı axınına çatır. Çətinliklə də olsa irəliyə doğru hərəkəti, onun dağlar qruppu Xan-Tenqriyə çatması və birçox çayların başlanğıcını götürdüyü 30 qarlı zirvələrini müəyyən edilməklə nəticələndi. Uzun müddət hündürlüyü 6995 m olan Xan-Tenqri Tyan-şanın ən hündür zirvəsi sayıldı. Yalnız bu səhv sovetlər birliyi dövründə düzələrək ən hündür zirvənin Qələbə piki (7439 m) olduğu aşkar oldu. Tyan-şan dağlarının vulkanik olmadığını müəyyən etməklə Humboltun səhvini düzəltmiş oldu. Çin dilindən tərcüməsi «Səma dağları» olan Tyan-Şandan bir sıra bitki növlərini və süxur qırıntılarını toplamaqla onların keçmiş və bu günü haqqında düzgün elmi nəticələr çıxarmağa müvəffəq olmuşdur. Həmçinin o, bu dağ sistemində ilk dəfə olaraq təbii zonalar ayırmış və hər zonanın özünəməxsus xarakter xü- susiyyətlərin izahını vermişdir. Bir neçə il keçdikdən sonra elmi-tədqiqat işlərini nəzərə almaqla soyadına əlavə edilməklə səyyah PyotrPetroviç Semyonov Tyan-Şanski adlandırmağa başlandı. Ümumiyyətlə Orta Asiya və Mərkəzi Asiyanın elmi cəhətdən öyrənilməsi Nikolay Mixayloviç Prjevalskidən qabaq Tyan-Şanskinin adı ilə bağlıdır.
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu
Yorum Gönder