Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Avropanın iqlimi

Avropa iqliminin başlıca xüsusiyyətlərini yaradan əsas amillər qitənin coğrafi mövqeyi, qonşu okean və qitələrdən bura daxil olan dəniz və kontinental hava kütlələridir. Qitənin oroqrafik quruluşu yerli iqlim növlərinin yaranmasına və yağıntıların ərazidə paylanmasına böyük təsir göstərir.

Avropa iqliminin başlıca xüsusiyyətlərini yaradan əsas amillər qitənin coğrafi mövqeyi, qonşu okean və qitələrdən bura daxil olan dəniz və kontinental hava kütlələridir. Qitənin 
oroqrafik quruluşu yerli iqlim növlərinin yaranmasına və yağıntıların ərazidə paylanmasına böyük təsir göstərir. Avropa ərazisinin çox hissəsi mülayim qurşaqda, böyük Avrasiya materikinin qərb  – Atlantik okeanı bölməsində yerləşəsindən asılı olaraq bütün il boyu qərbdən gələn rütubətli dəniz hava kütlələrinin təsiri altında qalır.  Qitənin kənar cənub hissəsi 
Aralıq dənizi subtropik iqlim qurşağında, kənar şimal hissəsi isə soyuq qurşaqda yerləşir. Bununla əlaqədar olaraq qitə üzərində bütün il ərzində mülayim, Arktika və tropik hava 
kütlələri dövran edir.
Artika və tropik hava kütlələri müvafiq şəkildə qitənin şimal və cənub hissələri iqliminə təsir göstərdiyi halda, mülayim qurşağın rütubətli dəniz hava kütləsi il boyu qitənin geniş hissəsi üzərində cərəyan edir və onun iqliminin bir çox elementlərini (buludluluq, havanın rütubətliliyi, yağıntıların miqdarı, qismən termiki şərait, xüsusilə yanvar izotermlərinin gedişi) yaradır. Mülayim qurşağın kotinental hav kütləs Qərbi Avropa iqliminə az təsir göstərir.  Avropada cənubdan şimala doğru ümumi radiasiya, radiasiya balansı və bunlarla əlaqədar 
olaraq temperatur şəraiti, buxarlanma dəyişir.Cənubi Avropada ümumi radiasiya 160-165 kk sm/il, radiasiya balansı 60 kk sm/ildir. Şimalda bu rəqəmlər müvafiq olaraq 70-75 kk sm/il və 25-30 kk sm/ilə bərabərdir. Qərbi Avropa ərazisinin çox hissəsində illik buxarlanma 400-600 mm arasında dəyişir. Şimal-qərbdə bu rəqəm 400 mm-dən az, Atlantik okeanı sahillərində isə çoxdur (800 mm-ə qədər). İllik buxarlanma qabiliyyəti şimaldan (400 mm) cənuba (1250 mm) 
xeyli artır. Bu, ərazinin ayrı-ayrı sahələrində və zonalarında rütubətlənmə əmsalına böyük təsir göstərir.
http://behruzmelikov.com/
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget