Sakit Okean Plitəsi Sakit Okeanın altında yerləşən tektonik plitədir.Sahəsi 105 milyon kvadrat kilometr olmaqla bu ən böyük tektonik plitə hesab olunur.Şimal-Şərq tərəfdə bu plitə Kəşfiyyatçı Plitəsi,Xuan de Fuka Plitəsi və Qorda Plitəsi ilə sərhədlərə sahibdir və bu sərhədlər müvafiq olaraq Kəşfiyyatçı,Xuan de Fuka və Qorda dağ silsilələrini əmələ gətirir.Şərq hissədə mərkəzdə isə San-Andreas qırılması üzrə Şimali Amerika plitəsi ilə və eləcə də Kokos Plitəsi ilə sərhədlərə sahibdir.Cənub-Şərq hissədə isə Naska plitəsi ilə divergent sərhədlər Şərqi-Sakit qalxmasını əmələ gətirir. Cənub hissə Antarktik Plitəsi ilə sərhədlərə malikdir və bu sərhəddə Sakit-Atlantik dağ silsiləsi əmələ gəlir.
Qərb hissədə plitə Oxlotsk Plitəsi ilə(burada Kuril-Kamçatka çökəkliyi və Yapon çökəkliyi əmələ gəlir),Filippin Dənizi Plitəsi ilə subduksiya nəticəsində konvergent,Karolina Plitəsi ilə transform və Şimali-Bismark Plitəsi ilə toqquşma sərhədlərinə sahibdir Cənub-Qərbdə Sakit Okean plitəsi Hind-Avstraliya plitəsi ilə mürəkkəb də olsa,ümumilikdə konvergent sərhədlərə sahibdir.Yeni Zelandiyanın şimalında subduksiya etməsi nəticəsində Tonqa çökəkliyi və Kermadek çökəkliyi əmələ gəlir.Alp qırılması bu plitələr arasında tranform sərhədi müəyyən edir və uzaq cənuba doğru Hind-Avstraliya plitəsi Sakit
Okean plitəsinin altına subduksiya etməklə Puysequr çökəkliyini əmələ gətirir. Şimal hissədə plitə Şimali Amerika plitəsinin altına subduksiya etməklə konvergent sərhədlər əmələ gətirir.Burada Aleut çökəkliyi və ona uyğun olaraq Aleut adaları əmələ gəlir. Sakit Okean plitəsi daxildə ocağa sahibdir və bu Havay Adalarını əmələ gətirir. Hillis və Muller bildirir ki,Quş Başı Plitəsi Sakit Okean Plitəsi ilə birlikdə hərəkət edir. Bu plitədə yerləşən Alov Qövsü seysmikliyinə görə xüsusilə məşhurdur.Bu sahədə bir çox zəlzələlər və vulkanlar baş verir.40.000 kmlik ərazidə yerləşən Alov Qövsü okean çökəklikləri,vulkanik adalar və vulkan kəmərləri ilə zəngindir.Bu qövsdə 452 bulkan yerləşir və dünyadakı aktiv vulkanların 75 faizi də məhz bura təsadüf edir.Dünyada baş verən zəlzələlərin 90 faizi və ən böyük zəlzələlərin 81 faizi Alov Qövsündə baş verir.

Yorum Gönder