Çay yataqlarının (Kür-Araz, Lənkəran, Samur-Dəvəçi ovalığı və s.) meşəsiz sahələrində çəmən və kol bitkiləri altında yataq-çəmən torpaqları inkişaf etmişdir.Çay yatağında daşqın sularının, xüsusilə qrunt sularının (səviyyəsi 1-3m) təsiri altında çəmən bitkiləri yaxşı inkişaf edir və torpağın üst horizontunda çim əmələ gətirir.Torpaq qatı allüvial çöküntülər (qumlu-gilli, qumlu-çaqıllı allüvial) üzərində inkişaf edir.
Bu torpaqların əsas diaqnostik əlaməti qleyləşmə prosesidir.Torpağın B horizontunda göy-yaşılımtıl, yaxud paslı ləkələr aydın seçilir.
Yataq-çəmən torpaqların üst horizontunda humusun miqdarı 2,8-3,8 %-dir.Qarabağ düzündə yataq-çəmən torpaqların humus horizontundan aşağı ağımtıl-boz, ağımtıl-küləçalan boz, göyümtül rəngli quru halda çox bərk mergelləşmiş qat yerləşir.Lakin bu torpaqlar çay yataqları üçün yox, yataq rejimi (səth və qrunt suları səviyyəsinə görə) sahələrdə, qədim yataqlarda inkişaf etmişdir.
Yataq-çəmən torpaqların inkişafı xüsusiyyətinə və yataq rejiminə görə laylı, laylı, çimli və suvarılan yarımtipləri ayrılır.Bu torpaqların üst qatında (0-20sm) hümus ehtiyatı 130-200 ton/ha , hidrolizə edilən azot 100-200 mq/kq, mənimsənilən fosfor 10-30 mq/kq, kalium 200-300 mq/kq –a qədərdir.Çox yerdə bu torpaqlardan əkinçilikdə istifadə edilir.
Azərbaycanın Fiziki Coğrafiyası
M.A.Meseyibov
Bakı-1998
Yorum Gönder