Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Qaraçay-Çərkəz Respublikası

Qaraçay-Çərkəz Respublikası - Rusiya Federasiyası subyektlərindən biri, inzibati baxımdan Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir

Qaraçay-Çərkəz Respublikası - Rusiya Federasiyası subyektlərindən biri, inzibati baxımdan Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir.Qaraçay-Çərkəz muxtar vilayəti olaraq 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət olaraq 12 yanvar 1922-ci il - 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il - 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya FSSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur.Respublikanın ərazisi 14,277 км²-dir. Respublika ərazisinin 80%-i dağlıq ərazidir. Respublika su ehtiyyatı ilə zəngindir. Beləki, respublika ərazisində buz mənşəli 130 dağ gölü yerləşir və irili-xırdalı 172 çay axır. 
Çaylardan ən iriləri Kuban, Urup, Laba, Kİçik və Böyük Zelençuq çaylarıdır. Respublika
ərazisinin 416,201 hektarı meşələrlə örtülüdür.2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən respublikada 439.470 nəfər əhali yaşayır .
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget