Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Heyvanların kralı - Şirlər

Şir və ya aslan pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növüdür.Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur

Şir və ya aslan pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növüdür.Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri çaynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr,zürafə, maral, sürünənlər və s. ilə qidalanır.  30-35 il yaşayır. Şirin pələng və bəbirlə mələzləri də var. Şimal-qərbi Hindistanda və Afrikanın ekvator hissəsində (qoruqlarda) savanna, dağlıq yarımsəhra, çay sahili meşələr və səhralarda yaşayır.
Şirlərin kütləsi 250 kiloqrama qədər, uzunluğu isə 3 metr olur. Nə vaxtsa Yunanıstandan Hindistanadək olan ərazidə geniş yayılmış şirlər indi əsasən Afrikanın şərqində və cənubunda kiçik dəstələr halında yaşayırlar. Bu dəstələri "prayd" adlandırırlar. Praydlar bir neçə yetkin erkək (bir və ya iki) və bir neçə dişidən ibarət olur.
Öz iti caynaqları və dişləri ilə pişikkimilərin ən böyük nümayəndəsi olan şirlər zürafədən tutmuş kütləsi 4 tona çatan hipopotam və hətta tısbağaları da yeyir.
Öz ölçülərinə görə erkəklərdən daha kiçik olan dişi şir buna baxmayaraq erkəklərdən daha sürətlidir (saatda 50 km-dək ) və insanlar üçün daha təhlükəlidir, xüsunən də balalarına qulluq edən zaman. Məhz dişilər gənc şirləri ov etməyə öyrədirlər. Onu da demək lazımdır ki, yetkin şir özündən 3 dəfə böyük olan canlını da öldürə bilər.
Güclü və sağlam şirlər otyeyən heyvanlarla qidalanır. Onlar qrup şəklində ov edirlər - əvvəlcə sürünərək qurbanlarına gizlicə yaxınlaşırlar, sonra qəflətən ona hücum edirlər. Şirlər qrup halında ov etsələr də, onların 5 cəhdindən yalnız biri uğurla başa çatır. Şirlərin gözü qaranlıqda yaxşı görür. Buna görə də ov adətən gecəyarısı və ya səhərə yaxın baş verir.

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget