Azərbaycanın ən böyük Coğrafiya jurnalı

London şəhəri

Britaniya krallığının mərkəzi sayılan London XIX əsrdən başlayaraq dünyanın müxtəlif ölkələrindən çoxsaylı insan axınına məruz qalsa da, şəhərdə o dövrdə yalnız iki və üç mərtəbəli binalar tikilirdi. XX əsrin əvvəlindən etibarən paytaxt əhalisinin sayının ildən-ilə artmasına baxmayaraq, şəhər yeni qaydalarla çətinliklə ayaqlaşırdı. İngilislər həmişə mühafizəkar olublar, indi də adət-ənənələrə hörmətlə yanaşırlar. Lakin, London sakinləri bəzən varlı şirkətlər qarşısında təslim olurdular. Keçən əsrin ortalarına qədər şəhərin hər bir nöqtəsindən öz hündürlüyü ilə nəzərləri cəlb edən, serKristofer Renin layihəsi üzrə tikilən məşhur Müqəddəs Pavel kilsəsi indi "Barbiken" göydələnləri arasında görünməz olub. Hazırda Londonda yeni inzibati binanın tikilməsinə razılıq almaq müşkül məsələdir. Yerli hakimiyyət orqanlarının qoyduğu məhdudiyyətlərə görə, paytaxt şəhərdə tikintinin aparılmasına çox ciddi nəzarət olunur və torpaq sahəsinə də sərt və kəskin limit qoyulub. 

Londonluların daha çox sevdiyi qədim tikililər və meydanlar – Vestminster sarayı,Vestminster abbatlığı, Trafalqar meydanı, Mell, Karlton Hauz-terras, bir çox yolların qovuşduğuPikadilli meydanı, Lester meydanı, onları əhatəyə almış məşhur Hayd park və Recent park klassik memarlıq layihələri hesab edilir. Amma yuxarıda adı çəkilən yerlərdə qiymətlər baha olduğu üçün orada yaşayanların sayı çox azdır. Orta səviyyəli londonluların məskunlaşdığı kvartalları ötən əsrin əvvəllərində sıra ilə tikilmiş iki və üç mərtəbəli binalar təşkil edir. Kraliçanın yay iqamətgahı – Vindzor qəsri də bu ərazidə yerləşir. Yay aylarında bura turistlərin böyük axını başlayır.
Sənaye- London şəhəri, eyni zamanda, ölkənin iri sənaye mərkəzidir. Burada elektrotexnika, radioelektronika, maşınqayırma, avia, avto, cihazqayırma, gəmi təmiri zavodları, telefon və radioaparatlar və digər sənaye məhsulları istehsal edən müasir texnologiyaya malik çoxsaylı müəssisələr var. Bunlardan əlavə,kağız, poliqrafiya, tütün, ərzaq, toxuculuq, kimyavə mebel sənayesi çox inkişaf edib. Avropada ən qədim metro Londonda 1863-cü ildən işləməyə başlayıb. Paytaxt əhalisinin məişət və ticarətinin daha səliqəli və abadlaşmış ərazisi Uest-End hesab olunur. Azərbaycanın turizm həvəskarları yəqin ki, dünyanın möhtəşəm şəhərlərindən biri olan Londona qiyabi olaraq "Oralar" teleserialı vasitəsi ilə səyahət ediblər. Şübhəsiz ki, yaxın gələcəkdə ölkəmizin turistləri də İngiltərənin paytaxtı Londona səyahət edib, əyani surətdə onunla tanış olmaq imkanı əldə edəcəklər.
Qarovuldəyişmə mərasimi
Adət və Ənənə-Böyük Britaniya ənənə və mərasimlərlə zəngin ölkədir. Londonlular da öz
ənənələrinə çox hörmət və ehtiramla yanaşırlar.
Çox diqqət çəkən və turistlərin maraqla izlədiyi Bukingem kral sarayının aprel-avqust aylarında hər gün 11:30-da, ilin digər aylarında isə günaşırı keçirilən qarovuldəyişmə mərasimidir.
Açar mərasimi – 700 illik tarixə malik bu mərasim Tauer qəsrinin hər gün saat 21:50-də gözətçilər tərəfindən bağlanmasından ibarətdır.
Xüsusi günlər: 6 fevral – kraliçanın taxta çıxdığı gün, 21 aprel – kraliçanın doğum günü, 2 iyun – kraliçanın tacqoyma günü, 10 iyun – kraliçanın həyat yoldaşı, Edinburq hersoqu Filip Mauntbettenin doğum günü topların yaylım atəşləri altındakı atəşfəşanlıqla qeyd edilir.
Din- 2001-ci il siyahıyaalmasına görə
Vestminster abbatlığı

58,2% xristian
8,5% müsəlman
4,1% indus
2,1% yəhudi
1,5% sikx
0,8% buddist
0,5% digər dinlər
15,8% ateist
8,7% naməlum
Xristianların əksəriyyəti Anqlikan kilsəsi (ing. Church of England) icmasına aiddirlər. Yepiskopun iqamətgahı baş kilsə sayılan Müqəddəs Pavel kafedral kilsəsidir (ing. Saint Paul’s Cathedral).
Vestminster kafedralı (ing. Westminster Cathedral)İngiltərə və Uelsin baş katolik kilsəsi sayılır. İngiltərə kral evinin protestantlığı qəbul etməsindən sonra uzun əsrlər boyu Londonda katolik kilsəsi olmamışdır. XIX əsrdən etibarən yenidən katolik icması bərpa olunmuşdur. Digər xristian dini icmalarına Birləşmiş reformist kilsə, kvaker və ortodoks kilsəsi aiddir.
London əsasən Böyük Britaniyanın İslam mərkəzi sayılır. Böyük Britaniya müsəlmanlarının 38%-i, təxminən 1 milyon müsəlman Londonda yaşayır. Mərkəzi London məscidi (ing. London Central Mosque) şəhərin ən böyük məscidi sayılır.
Nəqliyyatı-London 5 hava limanına malikdir.
Hisrou hava limanı (ing. Heathrow – 4 terminala, illik 75 million sərnişin daşıma gücünə malikdir. (1930)
Qetvik – Londondan 45 km cənubda yerləşir, 2 şimal vəcənub terminallarına, illik 40 million sərnişin daşıma gücünə malikdir (1958)
Stansted – Londondan 55 km şimalda, Esseks qraflığında yerləşir, əsasən Avropa istiqamətində uçuşlar həyata keçirilir. (1942)
Luton – Londondan 50 km şimal-qərbdə yerləşir, əsasən Avropa istiqamətində uçuşlar həyata keçirilir. (16 İyul 1938)
London siti – çarter biznes reyslərinə xidmət edir.(5 noyabr 1987)
Dəmir yolu
Şəhər hələ XIX əsrdə tikilmiş bir neçə vağzala malikdir.
Vaterloo – cənub-qərb qraflığı istiqamətində hərəkət edən qatarlara xidmət edir.
Viktoriya – ətraf qraflıqlar istiqamətində hərəkət edən qatarlara xidmət edir.
Paddinqton – qərb qraflığı və Uels istiqamətlərində hərəkət edən qatarlara xidmət edir.
Sent Pankras – Avropa istiqamətində hərəkət edən qatarlara xidmət edir.
Kinqs Kross – Şotlandiya istiqamətində hərəkət edən qatarlara xidmət edir.
London metrosu dünyada ən qədim və nəhəng metrodur. Buxar lokomativi ilə işləyən İlk yeraltı dəmir yolu ( ing.„Metropolitan Railway" bu günki Metropolitan Line )10 yanvar 1863 cü ildə tikilib istifadəyə verilmişdir .(wikipedia.org)
Trafalqar meydanı


Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget