Azərbaycanın ən böyük Coğrafiya jurnalı

İkinci, dağılmış Yer tapıldı

Astronomlar Yerin əkizini tapıblar. Planetimizdən 150 işıq ili məsafəsində olan səma cismi darmadağın olsa da, onun səthində qayalıqlar və su izləri var. Bu isə həmin planetin bir zamanlar yaşam üçün tam əlverişli olmasına dəlalət edən məqamlar sayıla bilər.

Astronomlar Yerin əkizini tapıblar. Planetimizdən 150 işıq ili məsafəsində olan səma cismi darmadağın olsa da, onun səthində qayalıqlar və su izləri var. Bu isə həmin planetin bir zamanlar yaşam üçün tam əlverişli olmasına dəlalət edən məqamlar sayıla bilər.
Milli.Az Space-ə istinadən bildirir ki, tapılmış planet Kainatda Yerin əkizi və ya analoqu olması ilə bağlı bəşər tarixində ilk yetkin sübut sayıla bilər.
ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) ilə Avropa Kosmik Agentliyinin (ESA) alimlərinin dediklərinə görə, asteroidlə toqquşma nəticəsində dağılmış, amma tam məhv olmamış planetdə indi də həyatın mövcudluğu istisna edilmir.

Avropalı alimlərin dediklərinə görə, aşkarlanmış səma cismi NASA ekspertlərinin dediklərindən fərqli olaraq, planet yox, nəhəng asteroiddir və orada su izləri var. Daha doğrusu, asteroiddə nəhəng həcmdə duzlu və şirin su hövzələri mövcuddur.


GD61 adlı "ağ cırtdan" asteroidlə toqquşma nəticəsində çox ciddi zədələr almış bu asteroidin yüz milyonlarla il əvvəl eynən Yer kimi olduğu da vurğulanır.


"Orada canlıların yaşadığını da düşünürük. Lakin nəhəng kataklizmdən və "ağ cırtdan"la toqquşmadan sonra oradakı şüurlu varlıqlar ya məhv olublar, ya da planeti tərk ediblər. Bir zamanlar çox gözəl olmuş bu səma cismindən qalan indi öz oxu ətrafında dövr edən qalıqlardır", - avropalı alimlər deyirlər.


Uorik universitetinin fizika departamentinin rəhbəri Boris Hansikin dediyinə görə, sözügedən səma cisminin araşdırılması Yerin uzaq gələcəyini anlamağa yardım edir: "Günəşin enerjisinin azalacağı dövrün gəlişi qaçılmazdır. Günəş "sönəndə" Yer də məhv olacaq. Lakin narahatlıq üçün hələlik heç bir səbəb yoxdur, çünki bu faciəli kataklizm bir neçə milyard ildən sonra baş verəcək.


Araşdırmalarımız nəticəsində Günəş sistemindən kənarda ilk dəfə olaraq səthində su olan səma cismi aşkarladıq. Bu, sensasiya kimi qiymətləndirilə biləcək əla nəticədir".


NASA alimlərinin dediklərinə görə, Günəş sistemindən kənarda Yerə bənzəyən onlarla ekzoplanet, o cümlədən WASP- 12b var.

Qaynaq:http://oxucu.info



Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget