Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Klavdiy Ptolemey

Strabondan sonra Romanın coğrafiya ilə bağlı boyuk alimi-astranomu və kartoqrafı Klavdiy Ptolemey (b.e. 90-168) olmuşdur. O da İskəndəriyyə kitabxanasından geniş istifadə etmişdir. Ptolemey astronomiyaya aid 13, coğrafiyaya aid 8 kitab yazmışdır. Bu kitablarda orijinal xəritələr və atlaslar da var.

Klavdiy  Ptolemey
Strabondan sonra Romanın coğrafiya ilə bağlı boyuk alimi-astranomu və kartoqrafı  Klavdiy  Ptolemey (b.e. 90-168) olmuşdur. O da İskəndəriyyə kitabxanasından geniş istifadə etmişdir. Ptolemey astronomiyaya aid 13, coğrafiyaya aid 8 kitab yazmışdır. Bu kitablarda orijinal xəritələr və atlaslar da var. Ptolemey coğrafiyanı və xoroqrafiyanı bir-birindən fərqləndirirdi və ozu coğrafiya ilə məşğul olmağa başladı (muasir terminlə desək, xoroqrafiya kartoqrafiyanı da daxil etməklə umumi coğrafiyanı vədiyarşunaslığı əhatə edirdi). 

Ptolemey gostərir ki, xoroqrafiya ayrı-ayrı yerləri mustəqil tədqiqat obyekti kimi goturur və onların hər birini xususi olaraq oyrənir, həm də ən xırda obyektləri də, məsələn, kəndləri, dairələri, əsas cayların qollarını və s. təsvir edir. Coğrafiya Yerin bizə məlum olan hissəsini butovlukdə və fasiləsiz təsvir edir, onun təbiətini və vəziyyətini ən umumi şəkildə gostərir. Həm də xalqları, iri şəhərləri, korfəzləri, cayları və diqqətəlayiq olan başqa şeyləri qeyd edir. 

Ptolemeyə gorə xoroqrafiya  ən kicik coğrafi obyektlərin keyfiyyət gostəricilərini əks etdirdiyi halda, coğrafiya boyuk ərazilərin, yaxud butovlukdə Yer kurəsinin umumi kəmiyyət xususiyyətlərini gostərir. Ptolemey coğrafiya elminə bir sıra anlayışlar  – coğrafi və kartoqrafik  generalizasiya, tədqiqatın miqyası, onun obyekt və məzmunla  əlaqəsi və s. kimi məsələlər gətirmişdir. Klavdiy Ptolemey b.e. II əsrində Yerin ona qədər hec kim tərəfindən belə dəqiqliklə duzəldilməyən xəritəsini tərtib etmişdir vəonun dərəcə torunu gostərmişdir. Onun xəritəsində uc qitə – Avropa, Asiya və Liviya o zamanlar Afrika belə adlanırdı, və Atlantik (Qərb) okeanı, Aralıq dənizi və Hind okeanı təsvir olunmuşdur.
Taptıq Həsənov ,Əbdurrəhim Hacızadə
Coğrafiya tarixi 
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget