Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Qarabağımızın mineral bulaqları

Kəlbəcər rayonundakı İstisu və Qoturlu mineral bulaqları, Laçın rayonundakı Minkənd-Əhmədli mineral bulaqları, Şuşa rayonundakı Turşsu, Şırlan

Azərbaycanın bütün fiziki coğrafi vilayətlərində müxtəlif tərkibli mineral su bulaqları aşkar edilmişdir.Lakin miniral bulaqlarla daha zəngin bölgə Kiçik Qafqazdadır (xüsüsən Qarabağımızda). Mineral bulaqların bir qrupunun suyu soyuq, bir qrupununki möhtədal (ilıq), bir qrupununki isə istidir. Respublika ərazisində adi və müalicəvi suyu ilə seçilən küllü miqdar mineral bulaqların bə’ziləri öz əhəmiyyətinə görə dünya şöhrəti qazanmışdır. Bu baxımdan mə'də-bağırsaq xəstəliklərinin müalicəsində əvəzsiz əhəmiyyətə malik olan Kəlbəcər İstisuyu Çexiyadakı Karlovı-Varı və Şimali Qafqazdakı Jeleznovodsk suları ilə müqasiyə edilir.
Mirəli Qaşqayın mə’lumatlanna görə Kiçik Qafqaz vilayətində 30-a qədər mineral bulaq qrupu vardır. Bunlardan Kəlbəcər rayonundakı İstisu və Qoturlu mineral bulaqları, Laçın rayonundakı Minkənd-Əhmədli mineral bulaqları, Şuşa rayonundakı Turşsu, Şırlan və Gədəbəy rayonunda Qızılca mineral bulaqları respublikamızda xüsusi şöhrət qazanmışdır.
İstisu kurort rayonunda mineral bulaqlar Tərtərçayın dərəsinin dibində yerləşir. Çayın derəsi və bulaqlar tektonik qırılma üzrə yerləşir. İstisu bulaqlan qrupu Bağırsaq, Yuxarı İstisu (yaxud İstisu kurortu), Aşağı İstisu və Kəlbəcər sahələrinə ayrılır.

 İstisu bulaqlannda suyun temperaturu 21-61° arasında tərəddüd edir. Suların balneoloji əhəmiyyətini artıran onların radioaktivliyidir. Bu bulaqlann gündəlik su debiti 1 milyon litrdən çoxdur. Lakin bunun çox cüzi hissəsi istifadə edilirdi. İstisu kurortunda müalicə olunanlar həm bu sulardan içir, həm də vanna qəbul edirdilər. Bundan başqa su şüşələrə doldurularaq ölkənin müxtəlif regionlarına, xüsusilə Bakı şəhərinə göndərilirdi.

Minkənd mineral bulaqlan eyni adlı çayın dərəsində səthə çıxan 6 böyük debitli qaynaqdan ibarətdir. Bu qaynaqların ümumi debiti 1,5 mln. litrdən artıqdır. Suyun temperaturu 25-29° arasındadır. Yayda bulaqlar ətrafında yüzlərlə alaçıq və çadır qurulur. Qaynaqlar sahəsində xəstələr primitiv dayaz quyular qazaraq təbii vannalar qəbul edirlər. Minkənd bulaqlarından bir qədər aşağıda gündəlik debiti 0,6 mln. litrdən artıq olan və temperaturu 8,8° ilə 19° arasında dəyişən Əhmədli mineral bulaqları yerləşir.

Turşsu və Şırlan bulaqlan Qarqarçayın qollarından Zanslı və Xəlfəli çaylann mənbələrinə yaxın bir-birindən 8 km məsafədə yerləşir. Turşsu bulaqları Şuşa-Laçm yolu üzərindədir. Suyun temperaturu 8,2-9,6°, minerallaşma dərəcəsi 3,9 q/litr, sərbəst karbon qazının miqdarı 2,45-2,57 q/litrdir. Turşsuda suyu şüşələrə dolduran zavod tikilmişdir.
 Qızılcan mineral bulaqlan suyunun temperaturu 7-12°, gündəlik debiti 20 min litrdən çoxdur. Sular karbon qazlı - hidrokarbonat - kalsium - maqnezium - natrium tiplidir.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget