Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Meteorit yağışı

Meteorit yağışı ilk dəfə 1799-cu ildə qeydə alınıb. Bunu görən əhali ilk olaraq ulduzların axını olduğunu düşünüblər. Əslində isə göydən düşən ulduzlar deyil meteoritlər idi. Onlar Yerin atmosferinə daxil olaraq qızır və yanırlar. Bu zaman Yer səthindən kifayət qədər uzaqda işıq görünür. Əvvəllər bu iki anlayış arasında fərq qoyulmurdu və hər ikisini “yanar yağış” adlandırırdılar. Maraqlı faktdır ki, hər il meteorit qalıqlarından və kosmik tozun hesabına Yer kürəsinin kütləsi orta hesabla 5 milyard ton artır. O, Günəşlə Yer arasındakı boşluqda yerləşir. Həcmi astreoid qədər kiçikdir... Tarix boyu Yerə düşən meteoritlərin sayı da az deyil. Buna misal olaraq 1976-cı ilin martında Çinin Tszilin əyalətində baş verən ulduz axınının da adını çəkmək olar.

Şəkər Abbasova- N.Nərimanov adına 25 №li orta məktəbin coğrafiya müəllimi: “Meteorit yağışı lap qədim zamanlarda ilk geoloji eralarda müşahidə olunub. Qədim eralarda havada sərbəst oksigen olmadığından meteoritlər sərbəst olaraq yer səthinə gəlib düşürdülər. Elə qədim heyvan olan dinozavrların nəslinin kəsilməsi də meteorit yağışı ilə bağlıdır. Bu cismin düşməsi nəticəsində yer qabığında çuxurlar əmələ gəlir. Belə çuxurlardan biri də Şimali Avropada Pribaltika Respublikalarından olan Estoniyada Kala gölüdür”.
Qeyd edək ki, indiyədək Yerdə aşkarlanan ən böyük meteoritin ağırlığı 10 kq-a bərabərdir. Milyonlarla göy cisimləri, yer səthinə çatmadan alışıb yanır və ya buxara çevrilirlər. Lakin, göy cisimlərinin bəzilərinin həcmi və ağırlığı həddindən artıq çox olduğu üçün az hallarda onlardan ayrılan parçalar hava qatlarından keçib yerə çata bilir. Bəzən isə meteoritlərin, asteroidlərin parçalanması nəticəsində yarandığı söylənilir. Bu cisimlər bəzən Yer atmosferinə də daxil olur, bu zaman onlar planetimizə toxunurlar. Təbii ki, öz oxu ətrafında fırlanan Yer kürəsinə bu toxunuş təsirsiz ötüşmür. Bu göy cisimlərinin həcmi də müxtəlifdir. Onun həcmi bir qum dənəsindən başlayaraq böyük bir dağadək ölçülə bilər.

Ülviyyə Məhərrəmova- N.Nərimanov adına 25№li orta məktəbin biologiya müəllimi: “Meteoritlər kometlərin bir- birilə və başqa göy cisimləri ilə toqquşması nəticəsində yaranmış daş və metal tərkibli qəlpələr ,o cümlədən komet daşından ayrılan toz və buz zərrəciklərindən ibarətdir. Bəzən də planetlərarası fəzada meteoridlər tək- tək yox qrup halında, dəstə halında hərəkət edirlər və onlar Yer planeti ilə rastlaşdıqda yer atmosferinə daxil olaraq meteorit yağışının əmələ gəlməsinə səbəb olurlar”.
Bu gün fəzanın yaylım top atəşləri barədə araşdırmaları davam edir. Əgər cismin yaranma tarixi, yaşı, hətta fiziki və ya kimyəvi xarakteristikası öyrənilərsə onda yerin yaşı haqqında da yeni fikirlər söyləmək mümkündür.http://www.kepeztv.az/
Pərvanə Həsənova
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget