Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Urmiya gölü niyə quruyur ?

AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov gölün qurumasının əsas səbəbini antropogen amillərdə - insan amilində görür: “Suyun səviyyəsinin azalmasının bir səbəbi təbii amillərlə - yəni, gölə tökülən çayların miqdarının, səthə düşən yağıntının miqdarının azalması, səthdən isə buxarlanmanın çoxalması ilə əlaqədardırsa, başlıca amil insan fəaliyyəti ilə bağlıdır. Belə ki, gölə axan çayların üzərində müxtəlif dambalar, barajlar, su ayrıcıları tikilib ki, onlardan kənd təsərrüfatında istifadə edilir. Buna görə də həmən çaylar əvvəlki qədər su vermir. Digər tərəfdən, ətrafda yerləşən kənd təsərrüfatı ərazilərində on minlərlə quyu gazılıb ki, bunlar vasitəsilə də sular sovrulub kənd təsərrüfatında istifadə olunur. Həmən bu iki amil nəticəsində gölun səviyyəsi azalmışdır”. R.Məmmədovun fikrincə, insan faktorunu gölün qurumasından kənarlaşdırmaq və gölü xilas etmək üçün ilk əvvəl proqram tərtib etmək və ona uyqun hərəkət etmək lazımdır. Məsələn, ətraf yaşayış ərazilərdə kənd təsərrüfatının növünü dəyişmək olar. Yəni sudan az istifadə olunan təsərrüfat növü seçilməli (məs.pambıqçılıq), yeni texnologiyalar tətbiq edilməli, qabaqlayıcı ekolojı tədbirlər görülməlidir. Ümumi kompleks tədbirlər sayəsində müəyyən nəticə əldə etmək olar. Bununla yanaşı, Araz çayından və Xəzərdən Urmiyaya su çəkilməsi məsələsi də gündəlikdədir. “Arazın suyunun Urmiyaya aparılması üçün ciddi relyef çətinlikləri var. Suyun Urmiyaya gedib çatıb-çatmayacağı da məlum deyil. Eyni zamanda, Arazın suyunun Urmiyaya aparılmasına İranın Ərdəbil regionunda yaşayan insanlar narazıdır. Çünki bu region Arazın suyundan istifadə edir. Eləcə də transsərhəd çaylarının istiqamətini dəyişmək üçün çayın sahilindəki ölkələrin də razılığı olmalıdır. Maliyyə imkan verərsə, Xəzər dənizindən suyun aparılması da məqbul sayıla bilər, çünki nəticədə bu, Xəzərə elə təsir göstərməz.”, - deyə ekspert qeyd etmişdir. /http://www.igaz.az/.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget