Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Azərbaycanın Heyvanlar Aləmi

Azərbaycan Respublıkasının təbii şəraitinin müxtəlifliyi heyvanlar aləminin də zənginliyinə səbəb olmuşdur. Bura qonşu ərazilərdən –İrandan, Mərkəzi Asiyadan, Aralıq dənizi sahillərindən bəzi heyvan növləri gəlmiş, nəticədə Azərbaycanın faunasının növ tərkibi daha da zənginləşmişdir.
Respublıkamızda 600-dən çox heyvan növü vardır ki, bu da dünyada olan heyvan növlərinin 5,6:% -ni təşkil edir. Azərbaycanda həşəratların 12 mindən çox növü var.
Bütün heyvanların 97 növünü məməlilər təşkil edir. Təbiətimizin bu canlı sakinlərinin çoxu nadir, nəsli kəsilmək təhlükəsində olan heyvanlardır. Azərbaycanda əsas məməli heyvanlara muflon, bəbir, nəcib və xallı marallar, ceyran, cüyür, dağkeçisi, köpkər, çöldonuzu, qarapaça, kaftar, ayı, safsar, dələ, çölpişiyi, canavar, tülkü, çaqqal, yenot  və həmçinin Xəzər sularında yaşayan suiti və s. daxildir.
Azərbaycanda sürünənlərin 58 növü yayılmışdır, bunlardan 5 növü zəhərli ilanlardır. Onlardan Zaqafqaziya gürzəsini, qalxansifət ilanı, Kiçik Asiya gürzəsini və s. göstərmək olar.
Respublıkamızda suda-quruda yaşayanların cəmi 11 növü məskunlaşmışdır.
Azərbaycanda 360 növ quş növü məlumdur. Respublıkamızın ərazisi köçəri quşların dayaq məntəqəsidir. Ağgöldə, Şah dilində, Dəvəçi limanında, digər göllərimizdə yüzlərlə quş növləri qışlayır və çoxalır. Azərbaycanın müxtəlif guşələrində yaşayan kəklik, turac, qırqovul, soltan toyuğu, bildirçin, qaz, ördək, qu quşu, ular, qartal və s. təbiətin inciləridir.
Respublıkamızın hər bir zonasının özünəməxsus heyvanlar aləmi vardır. Belə ki, meşə, çəmən, çöl, yarımsəhra, bataqlıq, qamışlıq və s. xüsusi ekoloji şəraiti olduğuna görə, faunasına görə bir-birindən fərqlənir. Hər bir heyvan növü bu və ya digər ərazinin iqliminə, relyef şəraitinə və qida mənbəyinə uyğunlaşır.
Yarımsəhra və quru çöl şəraitində yaşayan heyvanlar Xəzər dənizi sahillərindən alçaq dağlığa qədər olan sahələrdə yayılmışdır. Xəzərboyu qumluqlarda dovşan, tülkü, qırmızıquyruq qumsiçanı, cəld kərtənkələ, gürzə və başqa heyvanlar yaşayır. Qamışlı bataqlıqlarda və göl sahilində çöldonuzu, qamışlıq pişiyi, çaqqal, susiçovuli, quşlardan vağ, soltan toyuğu, anqut, cüllüt və s. məskən salır. Çay və göllərdə Xəzər gülməsi, çəkibalığı, çapaqbalığı və s. yaşayır. Tuğay meşələrinin özünəməxsus heyvanlar aləmi var. Burada çöldonuzu, çaqqal, tülkü, dovşan, porsuq, kirpi, sürünənlərdən kərtənkələ, ilanlar, quşlardan bayquş, ağacdələn, çalağan, qu, qaratoyuq və s. yaşayır.
Düzənlik meşələrində, dağətəyi çəmən-kolluqlarda, seyrək meşələrdə (Şollar düzü, Qanıx-Əyriçay vadisi, Qusar maili düzənliyi, Kiçik Qafqazın  alçaqdağlığı və s.) ayı, çöldonuzu, cüyür, porsuq, çaqqal, vaşaq, meşə süleysini, sincab, siçan, yerəşən, quşlardan alacəhrə, qırqovul, sarıköynək yayılmışdır.
Dağ meşələrində Qafqaz maralı, cüyür, qarapaça, Dağıstan dağkeçisi, çöldonuzu, ayı, meşə pişiyi, daşlıq dələsi, İran sincabı, yarasa və s. yaşayır.
Yüksək dağ çəmənləri, çölləri və qayalıqları üçün boz qırqovullar, Dağıstan dağkeçisi, qarapaça, bəbir, qarsiçanı, canavar, quzuçapan keçəl kərkəz, Qafqaz tetrası, dağ çobanaldadanı və s. səciyyəvidir.
Vaxtilə Azərbaycanın heyvanlar aləmi daha zəngin idi. İnsanların təbiətə təsiri genişləndikcə heyvanlar aləmi kasıblaşmışdır. Bir sıra heyvanların nəsli tamamilə kəsilmiş, bəzi növlərinki isə kəsilmək təhlükəsi qarşısındadır.

Respublıkamızda heyvanlar aləminin qorunması üçün qoruqlar, yasaqlıqlar, milli parklar, dövlət ovçuluq təsərrüfatları yaradılmış, ovçuluq qaydaları müəyyənləşdirilmişdir.
1 disqus-blogger
Açar sözlər

Yorum Gönder

Adsız

Xebere qore minnetdaram.Bu heyvanlarin 90% hec tanimiram.

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget