Hər bir yerdə hava ayrı-ayrı illərdə müxtəlif cür dəyişir. Lakin ayrı-ayrı gün, ay və ildə hər bir yeri müəyyən iqlimlə səciyyələndirmək olar. Lokal (yerli) iqlim atmosfer şəraitinin çoxillik dövründə, o yerə məxsus, onun coğrafi şəraitinə görə məcmudur. Coğrafi şərait dedikdə ancaq coğrafi enlik, uzunluq, dəniz səviyyəsindən hündürlüyü deyil, həm də yer səthinin xüsusiyyəti, torpaq örtüyü və.s. nəzərdə tutulur. Hər bir yerin iqlimini təyin edən atmosfer şəraiti illik gedişində dövrü dəyişir, yəni qışdan yaya və yaydan qışa. Dövrü dəyişmədən başqa atmosfer şəraiti ildən ilə də dəyişir. Bu, illər arası atmosfer şəraitinin dəyişməsi adlanır. Faktiki məlumatlar göstərir ki, bir neçə onilliklə yüzilliklərdə atmosfer şəraitinin məcmuu bir çoxillik dövründən digər çoxillik dövrə görə məhdud həddə dəyişir. Bu dəyişkənlik tərəddüd xarakteri daşıyır. Çoxillik tərəddüdün kəmiyyəti illər arası dəyişmədən əhəmiyyətli dərəcədə azdır. Beləliklə bir neçə onillikdən bir neçə yüzilliyə qədər lokal (yerli) iqlim müəyyən dayanıqlığa malikdir. Odur ki, lokal iqlim həmin yerin bir fiziki-coğrafi səviyyəsidir və coğrafi landşaftın bir tərkib hissəsidir. Tarix göstərir ki, zaman miqyası bir neçə minillikdən bir neçə onminilliklərdə iqlim dəyişməsi çox böyük olur. Məsələn; buzlaşma dövründə və buzlaşma dövrləri arasında.
Iqlim nədir ?
Hər bir yerdə hava ayrı-ayrı illərdə müxtəlif cür dəyişir. Lakin ayrı-ayrı gün, ay və ildə hər bir yeri müəyyən iqlimlə səciyyələndirmək olar
Yorum Gönder