Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Şimali Amerika Plitəsi (Tavası)

Şimali Amerika Plitəsi Şimali Amerikanın böyük hissəsini,Qrenlandiyanı,Kubanı,Baham adalarını və Sibirin,İslandiyanın və Azor adalarının müəyyən hissələrini əhatə edən tektonik plitədir.O şərqə doğru Orta-Atlantik dağ silsiləsinə və qərbə doğru Şərqi Sibirə(Çerksi) qədər uzanır.Plitədə həm kontinental,həm də okeanik qabıq mövcuddur.Plitənin daxili hissəsi böyük əraziyə sahib platformadır

Şimali Amerika Plitəsi Şimali Amerikanın böyük bir hissəsini,Qrenlandiyanı,Kubanı,Baham adalarını və Sibirin,İslandiyanın və Azor adalarının müəyyən hissələrini əhatə edən tektonik plitədir.
O şərqə doğru Orta-Atlantik dağ silsiləsinə və qərbə doğru Şərqi Sibirə(Çerksi) qədər uzanır.Plitədə həm kontinental,həm də okeanik qabıq mövcuddur.Plitənin daxili hissəsi böyük əraziyə sahib platformadır.Platformanın əksər kənarları terreynlərdən ibarətdir və bu terreynlər uzun geoloji zaman ərzində tektonik proseslər nəticəsində əmələ gəliblər. Şimali Amerika Plitəsinin şərq hissəsi Avrasiya Plitəsi ilə (şimalda) və Afrika Plitəsi ilə(cənubda) Orta-Atlantik dağ silsiləsinin şimalını əmələ gətirən divergent sərhədlərə sahibdir. 

Cənubda transform sərhədlər Kokos Plitəsi(qərb) və Karib Plitəsi(şərq) ilədir.Bu ərazidə Kayman çökəkiliyi(Karib dənizində) və Quatemala boyunca Motaqua qırılması əmələ gəlib.Septentrional və Enriquilo-Plantain qırılmaları İspaniola boyunca uzanır və sərhədlərə daxildir.Cənub hissənin qalan əraziləri Orta-Atlantik dağ silsiləsinə qədər uzanır və Şimali Amerika Plitəsi ilə Cənubi Amerika Plitəsinin sərhədlərini müəyyən edir.Plitəsinin bu əraziləri yaxşı öyrənilməyib. Şimalda sərhədlər boyunca Orta-Atlantik dağ silsiləsinin davamı olan Qakkel silsiləsi uzanır.Şimalın qalan hissəsi qərbə doğru uzanır və Sibiri də əhatə edir.Bu sərhəd boyunca olan obyektlər bunlardır:Laptev dənizi rifti,Ulakan qırılması,Oklotsk Plitəsi və Aleut çökəkliyi. Qərb sərhədləri:Alyaskanın sahili boyunca Kraliça Şarlotta qırılması,Kaskadiyan subduksiya zonası,Kaliforniya boyunca San-Andreas qırılması,Kaliforniya körfəzində Şərqi-Sakit qalxması və cənuba doğru Mərkəzi-Amerika çökəkliyi. Özünün qərb hissəsində Farallon Plitəsi Yuradövründən bəri Şimali Amerika plitəsinin altına subduksiya edir.Farallon Plitəsi demək olar ki,tamamilə Şimali Amerika Plitəsinin qərb hissəsinin altına subduksiya olunub və həmin ərazini San-Andreas qırılması boyunca Sakit Okean Plitəsi ilə əlaqədə saxlayır.Xuan de Fuka,Kəşfiyyatçı(Explorer),Qorda,Kokos və Naska Plitələri Farallon Plitəsinin qalıqlarıdır. Kaliforniya körfəzi böyük və paralel qırılma zonaları arasında yerləşir.Bu mürəkkəb qırılma zonasıdır və körfəzin dəniz dabanının qalxması qərbdəki Baxa Kaliforniya dağları və şərqdəki Sierra Madre qalxmaları arasındakı fərq 3000 km-dən böyükdür. Plitədə bir neçə ocaqlar var.Əsas ocaqlar Yelloston,Raton və Anaxim ocaqlarıdır.Yellouston və Anaxim ocaqlarının Mioken periounda yaranması güman edilir.Onlar hələ də aktivdir və zəlzələlərə,vulkanlara səbəb olurlar. Əsasən Şimali Amerika hissəsi Orta-Atlantik dağ silsiləsindən cənub-şərqə doğru hərəkət edir. Plitənin hərəkətinə subduksiya səbəb ola bilməz,çünki Şimali Amerika plitəsinin Puerto-Riko çökəkliyindəki kiçik ərazisi istisna olmaqla,heç bir hissəsi subduksiya olunmur.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget