Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Baltik dənizi hövzəsi

  Baltik dənizi onun sahillərində yerləşən ölkələr üçün çox mühüm iqtisadi əhəmiyyətə malikdir.Bu ölkələrin iqtisadiyyatı öz aralarında və regionlar arası və həmçinin dünya bazarına çıxış üçün birbaşa dəniz nəqliyyat əlaqələrinin olmasına möhtacdır.Avropa bazarlarına Baltik ölkələrini, Amerika qitəsi , Karib hövzəsi və həmçinin Afrika limanları ilə birləşdirən ən qısa dəniz yolları Baltik dənizində başlayır.

                                                   Hövzənin coğrafi mövqeyi 
və 
nəqliyyat iqtisadi xarakteristikası.
    Bu hövzə Rusiya və Baltikyanı ölkələr üçün dünya okeanına çıxışdır.
Suları doqquz ölkənin sahillərini yuyan Baltik dənizinin sərhəddi Skaqen burnundan (Yutlandiya yarımadasının şimal qurtaracağı) Pater-Noster qayasından və Qaralar adasindan cənub-qərb qurtaracağından keçir.
 Hövzənin coğrafi və naviqasiya səciyyəsi.

    Baltik dənizi meridian üzrə uzanmış ensiz formaya malikdir.Sankt-Peterburqdan Dat boğazlarının çıxışına qədər 750 mil , dənizin orta hissəsinin eni isə 180 mil təşkil edir.Dənizin sahəsi 422 min kv km-dir.
    Dünyanın dayaz sulu hövzələrindən olan Baltik dənizinin orta dərinliyi 86 metr, maksimal dərinliyi isə 459 metr Stolkholmdan cənubda yerləşən Landsort çökəkliyidir.
    Sahillər və bitişik ərazilər xarakter landşafta malikdir.İsveç və Finlandiyanın sahilləri getdikcə yüksələn təpəli düzənliklərdən təşkil olunmuşdur.
    Fin körfəzinin cənub sahillərinin sahil xətti az girintili –çıxıntılı olub, az miqdarda körfəz və buxtalardan ibarətdir.Sahilboyu qumlu çimərliklər , onlara paralel isə dyunlar uzanır.Dənizin əsas körfəzləri-Botnik, Fin, Riqa körfəzləridir.
    Botnik körfəzi- hövzənin böyük körfəzi olub şimal istiqamətdə 360 mil quruya daxil olmuşdur.Körfəz eni 55 mil olan Şimali Kvargen boğazı ilə bir-biri ilə əlaqələnən şimal və cənub hissələrə ayrəlmışdır.Bu boğazdan 11 farvater keçir.Körfəzin cənub hissəsi Baltik dənizi ilə enli və dərinsulu Cənubi Kvargen boğazı ilə birləşir.Körfəzin Fin sahilində Aland arxipelaqı və Abo-Aland şxeri yerləşir(7 min kicik qranit ada və qayalar İsvec tərəfdən isə İsvec şxerləri.Bunlar gəmicilik üçün təhlükəlidir.
    Fin körfəzi- 6.5 mil enində olub, şərq istiqamətdə 225 mil məsafədə qurunun içərisinə daxil olmuşdur.Körfəzin dərinliyi 10 metrdə 50 metr arasında dəyişir.Körfəzdə bir sıra adalar yerləşir.Onlardan mühümləri Qoqland və Kotlin adalarıdır.
    Riqa körfəzi dayazsulu olub əsasən 10 metrlik izobatlarla əhatələnmişdir.Körfəzin ən dərin yeri 60 metrdir.Riqa körfəzi Fin körfəzi ilə dayazsulu Moonzund boğazı ilə, Baltik dənizi ilə isə enli İrben boğazı vasitəsilə  əlaqələnir.Körfəzin girişində bir sıra adalar yerləşib.Onlardan mühümləri Şaaremaa, Xiuma, Maxu və Vormçi adalarıdır.
    Bundan başqa Baltik dənizində Kursk(Litva-RF), Vislin, Qdan(Polşa),Narv(RF- Estoniya) kiçik körfəzlər, həmçinin Pomor (Polşa-Almaniya), Meklenburq(Almaniya), Kil(Almaniya),Xanebukten(İsveç) buxtaları var.
    Dənizə Neva, Şimali Dvina(Dauqava), Neman, Visla,Odra(Oder) kimi iri çaylar axır.
    Baltik dənizində qabarma 20 sm-dən çox olmur,gəmiçilikdə nəzərə alınmır.Səviyyənin xeyli dəyişmələri əsasən payızda qalxma-çəkilmə zamanı baş verir (S.Peterburqda 3.8 m, Kildə 3 m).
    Daimi səth cərəyanları saat əqrəbinin əksi istiqamətində 0.5 uzel sürətlə hərəkət edir.
    Dənizin orta-cənub hissələrində dalğalar 3-4 m hündürlüyündə , periodu 6-7 sm, uzunluğu 50-70 m olur.Boğaz ərazilərdə dalğa elementləri çox azdır.
    Çayların gətirdiyi böyük su axını və az buxarlanma hövzədə müsbət su balansına və duzluluğun qeyri-bərabər paylanmasına səbəb olmuşdur.Suyun duzluluğu Fin körfəzinin şərqindən qərbə Dat boğazlarına doğru artır.Burada səth sularının duzluluğu 22% təşkil edir.
    Baltik dənizi dünyanın ən dayaz dənizlərindən biridir.50 metrə qədər dərinliklər bütün sahəsinin yarıdan çoxunu təşkil edir.Orta dərinliyi 86 m, maksimal 460 m.Dənizdə çoxsaylı adalar var.Böyükləri: Qatlənd, Saarema, Xiyma, Bornxolm, Eland. Elan adası İsveç sahillərindən Kalmarsund boğazı ilə ayrılır, dərinliyi 6 m, ən dar eni 2 mildir.
    Dənizdə əsas qurunt növləri lil və qumdur(dərin yerlərdə lil, dayazda qum, şxer ərazilərdə daşlı).
    Dənizin suyunun temperaturu , havanın temperaturundan asılı olaraq dəyişir.Ən alçaq temperatur fevral ayında, körfəzlər buzlarla örtülür, bu zaman dənizin orta və cənub hissələrində 1-3ºC olur.Ən yüksək temperatur avqust ayında (15-170C) müşahidə edilir.
    Baltik dənizi donan dənizdir.Buz adətən noyabr ayının əvvəllərində Botnik körfəzinin şimalında yaranır.İyunun əvvəllərinə qədər qalır.Buz örtüyünün ən böyük inkişafı martın əvvəllərində baş verir.Bu zaman Fin Botnik körfəzlərinin böyük əraziləri hərəkətsiz buzlarla örtülür.Dənizin orta hissəsində buz adətən olmur.Fin körfəzi orta hesabla ildə 130 gün , Riqa körfəzi isə 80-90 gün örtülü olur.Buz mövsümünün davametmə müddəti dənizin cənub hissəsində 20-50, Dot boğazında 16-45 gün olur.Bununla əlaqədar dənizdə gəmiçiliyi saxlamaq üçün buzqıran gəmilərin xidmətindən istifadə edilir.
    Baltik dənizinin şimalında ildə 50 mm yağıntı düşür, cənubuna 600 mm-dən çox , bəzi rayonlarına isə 1000 mm düşə bilir.Ən çox yağıntılar avqust ayında müşahidə edilir.
    Dumanlı günlər ən çox dənizin cənub və orta hissələrində (ildə 60 gün) , ən az Botnik körfəzinin şimal hissəsində (ildə 22 gün) müşahidə edilir.
    Beləliklə,Baltik dənizində üzmə yolları seçəndə dənizdə dərinliyin az olmasını, qışda buz örtüyünün mövcudluğunu və şimal hissəsində Fin və İsveç şxerlərinin olmasını xüsusi olaraq nəzərə olmaq lazımdır.
        Baltik hövzəsinin digər hövzələrlə və Dünya okeanı ilə əlaqəsi.
Baltik dənizi Dünya okeanına Zund, Böyük və Balaca Belt və həmçinin Kil kanalı vasitəsilə çıxır.

    Zund boğazı- ən qısa boğazdır.Onun uzunluğu 38 mil, eni 2 mildən 13 milə qədər , dərinliyi 8
KİL KANALI
m-dən(cənubda) 30 m-ə(şimalda) qədərdir.Böyük tonajli gəmilərin boğazdan gec keçmələri boğazın farvaterində 8.5 m dərinliklə əlaqədar məhduddur.

    Böyük Belt boğazı- bütün gəmilərin üzməsi üçün ən əlverişli boğazdır.Onun uzunluğu 62 mil, eni 8-dən 12 milə qədər, təbii dərinliyi 12-dən 58 m-ə qədərdir.Boğazda çoxsaylı bankalar və dayazlıqlar mövcuddur.Bu səbəbdən gəmilər farvaterdə (dərinliyi 13 m) hərəkət edirlər.Bu boğaz Baltik dənizindən dünya okeanına gəmilərin daxil olması üçün ən əlverişli yoldur.Gəmi sürücüləri burada Baltik dənizinə çıxmaq üçün əsas marşrutlarını təmin edirlər.
    Balaca Belt kanalı- dar və əyri-üyrüdür.Uzunlugu 68 mil, eni 0.3-dən 13 milə qədər , farvaterdə dərinlik 13 m-ə qədərdir.Boğazın əyri-üyrü olması nəticəsində burada yalnız uzunluğu 100 m-ə qədər olan gəmilər üzə bilərlər.
    Kil kanalı- Baltik dənizini Şimal dənizi ilə birləşdirir.

 Baltik dəniz hövzəsi Rusiyanın və MDB ölkələrinin çay hövzələri ilə daxili su yolları vasitəsi ilə birləşib.Bu yollarda “çay-dəniz” və kicik tonnajli gəmilər üzürlər.
    Baltik dənizi sahillərində Latviyanın, Litvanın, Rusiyanın, Estoniyanın limanları və dəniz daşımalar yeni inkişaf mərhələsinə kecmişlər.
    Skandinaviya və Şimal dənizi ölkələrində də gələcəkdə dəniz donanmasının və limanların inkisaf ediləcəyi gözlənilir.  Mənbə:http://ilkaddimlar.com/
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget