Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Yerin Günəş Sistemində Mövqeyi

Günəş və onun planetlərinin daxil olduğu ulduz sistemi «qalaktika» və ya «kəhkəsan» adlanır. Bildiyımız kimi, Qalaktika tərkibinə 100 milyardan çox ulduz, qaz və toz olumanlıqlarının daxil olduğu mürəkkəb quruluşlu səma sistemdır

Günəş və onun planetlərinin daxil olduğu ulduz sistemi «qalaktika» və ya «kəhkəsan» adlanır. Bildiyımız kimi, Qalaktika tərkibinə 100 milyardan çox ulduz, qaz və toz olumanlıqlarının daxil olduğu mürəkkəb quruluşlu səma sistemdır. Qalaktikanın mərkəzi müstəvisi qalaktika ekvatoru adlanır. Qalaktikanın mərkəzi  müstəvisi bizim günəş sisteminin mərkəzindən çox uzaqda – 30000 işıq ili məsəfəsində yerləşir Günəş Sistemi qalaktikanın mərkəzi simmetriya oxu ətrafında saat əqrəbinin hərəkətinin əksi istiqamətində saniyədə 250km sürətlə dövr edir və tam dövrənitəqribən 180mln ilə başa verir. Günəş sisteminin özü bir ulduzdan və 9 planetdə (hal-hazırda 8 planetbir cırtdan planet - Pluton) və çoxlu sayda digər səma cisimlərindən (peyk meteorit, komet, asteroid, qaz və toz dumanlığı) ibarətdir. Günəş sisteminin yeganə ulduzu olan Günəşin diametri 132000 kmdir, onun kütləsinin 70% hidrogen, 29% helium  1% digər qazlar təşkil edir. Günəşin sıxlığı 1,41q/sm3 – dir. Onun səthində temperatur 5-7 mln C° arasında mərkəzində isə 18-20mln C° arasında dəyişir  Günəş atmosferi 3 laydan ibarətdir (aşağıdan – yuxarı) I – 100-300km arasında  fotosfer, II - 14000 km-ə qədər yüksəkliyədək xromosfer və III yer səthinə qədər  gəlib çatan günəş tacı. Bütün planetlərin Günəşlə birlikdə götürülmüş çəkisinin 99,8%-nə malik günəş nəhəng cazibə qüvvəsinə malik olmaqla günəş sisteminə daxil olan bütün cisimləri öz təsir zonasında saxlayır. Günəş sistemində olan planetlər 2 qrupda birləşmişdir: Yer və ya daxili planetlər qruppu (Merkuri, Venera, Yer, Mars), xarici və ya nəhəng planetlər qrupu (Yupiter, Saturn, Uran, Neptun). Cırrtdan planet olan Pluton da xarici planetlər qrupuna aiddir. Günəş sisteminə daxil olan planetlərin bir qrupunun onların  ətrafında hərəkət edən peykləri var Merkurının və Veneranın peyki yoxdur. Yerin -1 (Ay), Marsın – 2,Yupiterın – 16, Saturunun – 19, Uranın – 15, Neptunun – 8, Plutonun – 1 peyki var. Yer tipli planetlər ağır elementlərdən ibarətdir. Lakin onların ölçüsü böyük  deyil Nəhəng planetlərin isə əksinə sıxlığı azdır. Günəş sistemi və ona daxil olan  planetlərin yaranması daima tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Bu haqda çoxlu sayda kosmoqonik fərziyyələr irəli sürülmüşdür. Elmin inkişaf  mərhələsindən asılı olaraq günəş sisteminə daxil olan planetlərin  əmələ gəlməsi haqqındakı fərziyyələrin mahiyyəti də dəyişmişdir. Günəş sisteminin mənşəyi, tərkibi, quruluşu haqqında ilk elmi fərziyyələr bizim eramızından əvvəl yaranmağa  başlamışdır. Günəş sisteminin quruluşu haqqında ilk fərziyyəni eramızın II əsrində yaşamış Ptolomey irəli sürmüşdür. Özünün «Astronomiyanın böyük riyazi  quruluşu»  əsərində o bütün planetlərin yerin  ətrafında dairə üzrə hərəkət etdiyini göstərmişdir və beləliklə də geosentruk nəzəriyyənın  əsasını qoymuşdur. Bundan  sonra 1543-cü ildə polşalı alim Nikolay Kopernik «Göy çixmlərinin fırlanması  əsərində» ilk dəfə olaraq heliosentrik nəzəriyyəni irəli sürmüşdür. Bu nəzəriyyəyə görə yer də daxil olmaqla, bütün planetlər günəş ətrafında hərəkət edirlər. Bu nəzəriyyəni ilk müdafiə edənlərdən biri də italyan alimi Jordano Bruno olmuşdur (1548-1600). Heliosentrik nəzəriyyə öz təsdiqini Qalileo Qalileyin (1564-1642) teleskopunun tətbiqi ilə tapdı Alman alimi Kepler planetlərin hərəkətinin dəqiq  sxemini tərtib etdi. Nyuton (1643-1720) isə ümumdünya cazibə qüvvəsini kəsf  etməklə, planetlərin günəş ətrafında hərəkətinin mexanizmini açmışdır. Məhz bu dövrlərdə Günəş sisteminə daxil olan planetlərin və Günəşin yaranması haqqında çoxlu kosmoqonik fərziyyələr yaranmağa başladı. Bu fərziyyələri məzmununa görə II qrupa bölmək olar:
  I fərziyyənin tərəfdarlarının fikrinə görə günəş və günəş sisteminə daxil olan planetlər
KANT

təqribən 4,5 – 5 milyard il bundan  əvvəl qızmar kosmik qaz və toz dumanlığından  əmələ gəlmişdir. Bu fikrin tərəfdarlarının şırasına qızmaz dumanlıq nəzəriyyəsinin banisi olan Kant və isti kosmik dumanlıqlar nəzəriyyəsinin davamçısı olan Laplas aiddir. Bu fərziyyəyə görə qızmış kosmik qaz və toz dumanlığı tərkibində ümumdünya cazibə qüvvəsinin  təsiri ilə baş verən xaotik hərəkət nəticəsində maddi hissələrin ifrat həddə qədər  cəmləşməsi baş vermişdir. Bu hərəkətin mərkəzində daha böyük çəki və kütləyə malik olan günəş, onun  ətrafında isə qızmar atmosferdəki maddələrdən yaranan planetlər və digər səma cisimlərini təşkil edən maddələrin sıxlıqlarının artırması və yaranan qarşılıqlı mərkəzə qaçma və mərkəzdən qaçma təcillərinin təsiri ilə onlalr  günəş ətrafında öz müasir mövqeylərini   almışlar .

II kosmoqonik fərziyyənin tərəfdarlarının fikrinə görə günəş sisteminə daxil olan planetlər günəşdən xeyli sonra təqribən 6-7 (5-6) milyard il bundan  əvvəl günəş yaxınlığındakı soyuq kosmik qaz və toz dumanlığında baş verən nizamlı  ləng, hərəkət nəticəsində günəş sisteminə daxil olan planetlər, o, cümlədən də Yer Kürəsi  əmələ gəlmişdir. Bu fərziyyəyə görə planetlər heç bir vaxt tam  ərimə mərhələsindən keçməmişlər. Bu kosmik fərziyyənin müasir elmi əsaslara söykənən variantını Şmidt və tərəfdarları yaratmışlar.
Bu fərziyyəyə görə günəş sisteminə daxil olan planetlər sonradan bir-birindən kəskin fərqlənən planetar və geoloji inkişaf mərhələlərini keçmişlər. Aparılan elmi  tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, yaranmış ilkin soyuq Yer öz oxu və günəş ətrafında sürətli hərəkəti nəticəsində əvvəlcə onu təşkil edən maddələrin  seçilməsi prosesinə məruz qalmışdır. Nəticədə yer səthinə çıxan silisum aliminium, maqnezium və s. kimi yüngül birləşmələr ilkin yer qabığının bünövrəsini  yaratmışlar. Dəmir, uran, radium, miss və digər ağır maddələr isə soyuq
yerin  mərkəzinə toplanmışlar. Mərkəzdə yaranan böyük ağırlıq qüvvəsinin təsiri nəticəsində radiaktiv maddələrin zəncirvarı parçalanma reaksiyası baş vermişdir. Yəni Yerin qızması prosesinə start verilmişdir. Yer səthinə yaxın yerləşən  maddələr vahid kütlə yaratmadığından mərkəzdə əriyən maddələrin yükçək təzyiq altında yer səthinə kütləvi çıxması baş vermişdir. Bu zaman nisbətən böyük cazibə qüvvənnə malik olan yer səthə çıxan  ərimiş maddələrin yer  ətrafı kosmik fəzaya yayılmasına imkan verməmiş, onları öz ətrafında toplayaraq karbon tərkibli çox isti ilkin atmosferi yaratmışdır. Yerin təbii peyki olan Ayda da belə kütləvi püskürülmə hadisəsi baş vermişdir. Lakin, nisbətən kiçik cazibə qüvvəsinə malik olan Ay ərimiş maddələrin tərkibindən ayrılan su buxarını və müxtəlif qazları öz  ətrafında saxlaya bilməmişdir. Ərimiş maddələrin kütləvi səthə çıxması prosesi Ay erası adlanır. Səthə çıxan ərimiş maddələrin tədricən soyuqması prosesi nəticəsində yer səthinin ilkin bərk təbəqəsi – yəni paleo yer qabığı yaranmışdır. Yaranan yer qabığının sahəsi, kütləsi və qalınlığı artdıqca, Yer səthinə çıxan ərilmiş maddələrin miqdarı tədricən azalmağa  ğaşlamışdır. Nəticədə atmosfer havasının temperaturu aşağı düşməyə başlamışdır. Təqribən 4 – 4,5 milyard il bundan əvvəl atmosferdə ilk dəfə baş verən kondensasiya prosesi nəticəsində ilik su damçıları, onlardan isə ilk buludlar əmələ gəlmiş və ilk dəfə yağış yağmışdır. İlkin yağışlar fasiləsiz olaraq milyonlarla illər  ərzində davam etmiş və nəhayətdə yer səthinin soyuması nəticəsində ilə ilkin dünya okeanı Pantalass yaranmamışdır. Bu Yerin planetar inkişaf mərhələsinin sonudur...
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget