İEÖ-in payına dünya əhalisinin 15%-i, istehsal olunan sənaye məhsulunun 57%-i, kənd təsərrüfatı məhsulunun 40%-i, mineral-yanacaq ehtiyatlarının 40%-i düşür (əsasən,
ABŞ, Kanada, Avstraliya, CAR). İEÖ arasında daha çox inkişaf etmiş elmi-texniki potensiala malik ölkələr ABŞ, Yaponiya, AFR, Fransa, Böyük Britaniyadır. İEÖ-də bütün alimlərin və elmə sərf olunan vəsaitin 4/5-dən çoxu bu ölkələrin payına düşür. İEÖ bütün qitələrdə yerləşir, lakin əksəriyyəti kapitalizmin vətəni Avropadadır. Sosial-iqtisadi səviyyəsinə görə İEÖ yüksək (adambaşına illik gəlir 17-30 min dollar) və orta (5-10 min dollar; İspaniya, Portuqaliya, Yunanıstan,
İrlandiya) İEÖ-rə bölünür. İEÖ içərisində Avropadan gələn mühacirlərin və kapitalın hesabına sürətlə inkişaf edən Kanada, Avstraliya, Yeni Zelandiya, İsrail, CAR "köçürmə" ölkələr adlandırılır. İEÖ-in 3 rəqabət mərkəzi. XIX əsrin axırına qədər bütün sosial-iqtisadi göstəricilərə görə Qərbi Avropa seçilirdi və əsas rəqabət mərkəzi sayılırdı. Sonra bu cəhətdən ABŞ fərqlənməyə başlayır və II Dünya müharibəsindən sonra rəqabət meydanına Yaponiya daxil olur.
ABŞ-ın üstünlüyü II Dünya müharibəsindən sonra kəskin hiss olunurdu. Sürətli silahlanmaya böyük vəsait ayırması onun iqtisadiyyatının inkişafını ləngitmişdi. Qərbi Avropa və Yaponiyanın hərbi xərclərinin azlığı mülki istehsal sahələrinə daha çox vəsait ayrılmasına, müasir sənaye istehsalının və infrastrukturunun yaranmasına, məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaratmışdır. Bu, ABŞ-ı iqtisadi inkişafın yeni strategiyasını yaratmağa (milli iqtisadiyyatı yenidən qurmaq, elmtutumlu sahələrin sürətlə inkişafı) məcbur etdi. 1970-ci illərdən başlayaraq ABŞ digər İEÖ-ri silahlanmaya -"ulduz müharibələrinə" cəlb edir. Bunlar ABŞ-ın mövqeyini möhkəmləndirə bilmişdir. Dünya təsərrüfatında payının azalmasına baxmayaraq, ABŞ planetimizin "bir nömrəli" coğrafi mərkəzidir. Dünya ticarətində II, ETİ-nin həyata keçirilməsində, elektrik enerjisi, elektron avadanlığı, hərbi sənaye, aviakosmik istehsalı, AES-lərin gücü, kosmos və Dünya okeanının mənimsənilməsi, bir sıra ənənəvi sənaye və kənd təsərrüfatı sahələrinə, qeyri-istehsal sahəsinə görə I yerdədir.
İqtisadi rəqabətin II coğrafi mərkəzi Qərbi Avropadır. Metalkəsən dəzgahlar, dəqiq və optik cihazlar, traktor,kimyəvi lif, plastik kütlə, yüngül sənaye məhsulları, xarici ticarətə görə I-dir. Ən yeni elmtutumlu sahələrə görə (robot,yeni material, biotexnologiya) ABŞ və Yaponiyadan geri qalır.Avropadakı "kiçik" dövlətlər "bütün dünyaya" ixrac olunan bahalı məhsul istehsalı üzrə ixtisaslaşmışlar. İsveçrə ölçü cihazları, Niderland və İsveçrə əczaçılıq sənayesi, Danimarka
süd sənayesi və pivə çəkmək üçün avadanlıq, Niderland və Belçika bütün regiona xidmət edən neft emalı və neft-kimya, İsveç və Finlandiya meşə sənayesi, İsveçrə "dünya bankiri seyf dövləti", Yunanıstan və Norveç " beynəlxalq dəniz daşıyıcısı", İspaniya beynəlxalq turizmin "dünya rekordçusu" kimi tanmır. Haaqada beynəlxalq məhkəmə, Cenevrədə BMT-nin komissiyalarının, Vyanada OPEK-in qərargahları yerləşir.
Üçüncü rəqabət mərkəzi olan Yaponiya iqtisadi gücünə görə ABŞ və Qərbi Avropadan 2 dəfə geri qalır, lakin o, dünyanın "iki nömrəli dövlətinə" çevrilmişdir. Sənaye istehsalında II, xarici ticarətdə IV, avtomobil, dəniz gəmiləri, sənaye robotları istehsalında I, polad istehsalı və elmə sərf olunan vəsaitə görə II yeri tutur.
Digər regionlar. Kanada və Avstraliya iri mineral-xammal ixracatçıları, Yeni Zelandiya və Avstraliya yun, ət, yağ, taxıl, CAR kömür, almaz, qızıl, israil toxuculuq, Sinqapur elektron məhsulları, Koreya Respublikası gəmi, avtomobil ixracatçılarıdır. Şərqi Avropa ölkələri (Rusiya, Ukrayna, Polşa, Belarus) əhəmiyyətli iqtisadi potensiala malikdir. Çin bir çox məhsul istehsalının mütləq ölçüsünə görə (kənd təsərrüfatı məhsulları, kömür, polad, televizor) I yeri tutur, lakin adambaşına düşən məhsula görə İEÖ-dən geridə qalır.
İEÖ-in ümumi oxşar əlamətləri. Bir sıra fərqli əlamətlərə baxmayaraq, İEÖ ümumi əlamətlərə malikdir. Aydın nəzərə çarpan əlamətlər aşağıda verilir:
1. Kanada, Avstraliya, CAR, qismən ABŞ istisna olmaqla, İEÖ-in heç biri sənayenin tələbatını öz mineral-xammal resursları ilə təmin etmir.
2. CAR-dan başqa, bütün İEÖ əhalinin təbii artımının müasir (I) tipinə aiddir.
3. Urbanizasiyanın səviyyəsi yüksəkdir (75-80%).
4. Təsərrüfatın sosial-iqtisadi amilləri oxşardır. İstehsalın təmərküzləşməsi və dövlətin rolunun yüksəlməsi xarakterikdir. Təmərküzləşmə maşınqayırma və kimya sənayesində yüksək dərəcədədir. İndi İEÖ-də iqtisadiyyatın artım sürəti yüksəkdir, bu ETT-nin və dövlətin iqtisadiyyatda rolunun artması ilə əlaqədardır. Dünya ölkələrində öz fəaliyyətini yayan ən güclü inhisarlar beynəlxalq inhisarlara - transmilli korporasiyalara (TMK), banklar transmilli banklara (TMB) çevrilmişdir. Onlar dünya sənaye istehsalının, xarici ticarətin, yeni texnologiyanın xeyli hissəsinə nəzarət edir. ABŞ
və Yaponiyanın TMK və TMB güclüdür. ABŞ-ın TMB hesabına yaradılan müəssisələrdə ("ikinci iqtisadiyyat") 35 mln işçi çalışır.
5. Dövlət müəssisələrinin özəlləşdirilməsi güclənir. Özünü doğrultmayan müəssisələrin aksiyaları, əsasən, həmin müəssisədə çalışanlara satılır (xalq kapitalizmi). Payçıların sayının çox olmasına çalışılır ki, dövlət içərisində "dövlət" yaranmasın.
6. Təsərrüfatın makro və mezostrukturu oxşardır. Qeyri-istehsal sahələri sürətlə artır (çalışanların və dövlət büdcəsinə gələn gəlirin 2/3-si). Maddi istehsalda sənaye çox yüksək, sənayedə emaledici sahələr (hətta xammal ixrac edən Kanada, Avstraliya, CAR-da da) böyük rol oynayır. Hasilat sənayesinin payı azdır (Yaponiyada 0,3%). Kənd təsərrüfatının payı azalır - 4%, lakin mütləq həcmi artır. Kənd təsərrüfatında intensiv heyvandarlıq üstündür, onların çoxu heyvandarlıq məhsulları ixrac edir. Aqrosənaye kompleksi aqrobiznes forması almışdır.
7. Təsərrüfatın ərazi strukturunda 3 dərəcəli bölgə ayrılır. 1. Yüksək inkişaf etmiş (son dövrlərdə, əsasən, idxal xammalı hesabına formalaşan dənizsahili və nəqliyyat qovşaqlarında); 2. Tənəzzülə uğramış (əvvəllər yerli xammala istinad edən ABŞ-da Göllərətrafı, Appalaç, Böyük Britaniyada Cənubi Uels, Lankaşir, Fransada Lotaringiya, Şimal bölgəsi, AFR-də Rur, Saar və s.); 3. Zəif inkişaf etmiş (əvvəllər istifadə olunmayan rayonlar - Alyaska, Qrenlandiya, Skandinaviya və Kanadanın şimalı, Mərkəzi Avstraliya). Regional siyasətlə bağlı 4 istiqamətdə iş aparılır: 1. Geri qalmış bölgələrin inkişaf etdirilməsi; 2. Tənəzzülə uğramış rayonlarda müasir elmtutumlu istehsalın yerləşdirilməsi; 3. Əvvəllər istifadə olunmayan ərazilərin təsərrüfat dövriyyəsinə cəlb edilməsi; 4. Yüksək inkişaf etmiş bölgələrdə istehsalın məhdudlaşdırılması.
İqtisadiyyatın hərbiləşdirilməsi maliyyə və maddi istehsal məhsullarının böyük hissəsini "udur". NATO-nun xərcləri mlrd dolları ötmüşdür (daxili məhsulun 5,5%-i), onun 75%-i ABŞ, 20%-i Avropa ölkələrinin payına düşür. Son illər Yaponiyada da hərbi xərclər artır.
8. Ekoloji vəziyyət nisbətən yaxşılaşır.
9. Həyat səviyyəsi yüksəkdir.
IEÖ-in əksəriyyətində təsərrüfatın ərazi strukturunda çoxmərkəzli tip üstündür. Bəzi ölkələrdə (Danimarka, Fransa, Avstriya) başlıca mərkəz paytaxtdır (təkmərkəzli struktur).
İqtisadi və sosial fərqlər. Uzun müddət sənayenin yerləşməsində kömür və dəmir filizi yataqları, ticarət yolları əsas rol oynamışdır. Qərbi Avropada bu amillər sənaye və şəhərlərin İngiltərənin mərkəzi, Reyn vadisi, Po çayının yuxarı axarında yerləşməsinə səbəb olmuşdur. Bu sənaye-şəhər arealı Böyük Britaniyanın mərkəzini, Niderlandı, Belçikanı, Lüksemburqu, Fransanın şimalını, AFR və İsveçrənin Reynsahili ərazisini, Rona vadisini əhatə edir, "inkişafın mərkəzi oxunu" yaradır. Bu arealdan kənarda sənaye, əsasən, paytaxt və iri portlarda (Paris, Roma, Madrid, Kopenhagen, Stokholm, Hamburq, Marsel, Barselona, Valensiya) cəmlənmişdir.
Avropadan kənarda İEÖ-in sənaye-şəhər arealları sahil boyunca, daxili bölgələri sahillə birləşdirən yollar boyunca yerləşir.

Yorum Gönder
Sağolun
Sağolun