150-dən artıq ölkə İOÖ qrupuna daxildir. Onları birləşdirən əsas ümumi cəhət keçmiş müstəmləkəçiliyin doğurduğu iqtisadi gerilikdir. Siyasi müstəqillik əldə etməsinə baxmayaraq, onların əksəriyyəti sosial-iqtisadi sahədə geridə qalmışdır. Bunun əsas səbəbləri təsərrüfatın idarə olunması üçün ixtisaslı kadrların çatışmaması, "demoqrafik partlayış" və s.-dir.
İOÖ sosial-iqtisadi inkişafın müxtəlif pillələrində dururlar. Küveyt, BƏƏ, Bruney adambaşına milli gəlirə görə ABŞ-la bir səviyyədə durur. Mali, Somali, Haiti, Əfqanıstan isə 100 dəfə
geri qalır. Bütövlükdə İOÖ içərisində Latın Amerikası ölkələri daha öndə, Afrika ölkələri ən geridə qalmış regiondur. Bu ölkələr arasında faydalı qazıntılarla zəngin (Braziliya,Meksika) və kasıb (Banqladeş, Paraqvay), sahə və əhalisinin sayına görə iri (Çin, Hindistan) və kiçik (Qrenada, Nauru) ölkələr mövcuddur.
2. Borc problemi kəskin xarakter alır (1970-ci il - 75 mlrd, 2000-ci il 1,5 trln dollar). Alınan borclardan düzgün istifadəolunmur (silahlanmaya sərf olunur). Küveyt, Qatar, Bəhreyn,
BƏƏ, Səudiyyə Ərəbistanı borc verən ölkələrdir.
3. Əksər ölkələrin iqtisadiyyatının inkişaf səviyyəsi təbii resursların zənginliyi ilə əlaqədardır.
4. Ətraf mühit problemi kəskin xarakter almışdır ("çirkli istehsalın" genişlənməsi, təbii resursların ekstensiv istismarı,tropik meşələrin qırılması). BMT-nin rəhbərliyi ilə ekoloji
problemlərin həllinə diqqət artırılmışdır (çaylardan səmərəli istifadə, meşələrin bərpası və s.).
5. Demoqrafik vəziyyətdə təbii artımın ənənəvi və keçid (II) tipi xarakterikdir.
6. Şəhər əhalisinin payı ümumdünya göstəricisindən aşağıdır (Latın Amerikasında nisbətən yüksək - 60%, Cənubi Asiyada ən az - 25%).
7. Müstəqillik illərində təsərrüfatın sahəvi strukturunda dəyişiklik baş vermiş, bəzi ölkələrdə sənaye maddi istehsalın I sahəsinə (hasilat, yüngül və yeyinti sənayesinin hesabına) çevrilmişdir. Əksər ölkələrdə kənd təsərrüfatı iqtisadiyyatın əsas sahəsidir və əkinçilik üstündür. Argentina, Braziliya, Meksika, Uruqvaydan başqa, bütün ölkələrdə heyvandarlıq ekstensivdir. İxracat və istehlak bölmələri fərqlənir. Nəqliyyat əksər ölkələrdə geridə qalmışdır. Qeyri-istehsalm payı ticarət və xarici turizmin hesabma artır (Baham adaları, Seyşel adaları,Kipr, Türkiyə). Əksər ölkələrdə təsərrüfat birsahəlidir.
Təsərrüfatın ərazi strukturu müstəmləkə və yarım- müstəmləkə dövründə formalaşmışdır. İxracat əhəmiyyətli xammal və kənd təsərrüfatı rayonları yüksək səviyyədə mənimsənilmiş 2-3 bölgədən ibarətdir. Emaledici sənaye və əhalinin əsas hissəsi bu bölgələrdə yerləşir və TMK-la sıx bağlıdır. İqtisadi mərkəzlər arasında paytaxtlar mühüm rol oynayır. Dənizsahili ölkələrdə paytaxt həm də başlıca "dəniz darvazalarıdır". İOÖ-in 2/3-də emaledici sənayenin əsas
hissəsi sahil bölgəsində yerləşir. Bəzi hallarda ölkənin "iqtisadi paytaxtı" rolunu digər şəhərlər oynayır. Belə şəhərlərə Hindistanda Mumbay və Kəlküttə, Braziliyada San-Paulu,Rio-de Janeyro aiddir. Ölkənin daxili hissələrində ixracat əhəmiyyətli (hasilat sənayesi və ya kənd təsərrüfatı bölgələri) II dərəcəli mərkəzlər yerləşir. Bu bölgələrdən kənarda istehlak
xarakterli geridə qalmış əkinçilik rayonları ("daxili müstəmləkə") üstünlük təşkil edir.
IOÖ-də aparılan regional siyasət göstərilən uyğunsuzluğu aradan qaldırmaqdan ibarətdir. Braziliya, Tanzaniya, Nigeriyada daxili ərazilərin mənimsənilməsi üçün,paytaxtların bu bölgələrə köçürülməsinə baxmayaraq, təsərrüfatın ərazi strukturunda uyğunsuzluqlar qalmaqdadır.
İOÖ-in gerilik problemlərinin həlli yolları yerli mütəxəssislərin hazırlanması, ETT-nin nailiyyətlərindən geniş istifadə, ölkənin sənayeləşdirilməsi, kənd təsərrüfatında "yaşıl
inqilab" və s. -nin həyata keçirilməsidir.
iqtisadi inkişaf səviyyəsinə görə qruplar. İOÖ-i inkişaf səviyyəsinə, təsərrüfatın sahəvi strukturuna, adambaşına milli gəlirə və s. -ə görə 5 qrupa bölürlər:
1. YSÖ-in ilk eşalonuna daxil olan Braziliya, Argentina, Meksika, Çili, Şərqi Avropa ölkələrinin əksəriyyəti, Türkiyə.
Bu ölkələr adambaşına milli gəlir, təsərrüfatın strukturu, ixracatda emaledici sənayenin üstünlüyünə görə öndə gedirlər.Bu qrup ölkələr İEÖ və İOÖ arasında aralıq mövqe tutur.
2. YSÖ-in ikinci eşalonu - Çin, Hindistan, Pakistan, ASEAN və MDB ölkələrinin əksəriyyəti, İran, KXDR, Uruqvay iqtisadi inkişaf üçün böyük əraziyə, əmək və təbii resurslara malikdir. Adambaşına düşən məhsula, təsərrüfatın mühüm sahələrinin zəif inkişafına və s. xüsusiyyətlərə görə geridə qalırlar.
3. Zəngin təbii resurslara, xüsusən neft və qaz resurslarına malik ölkələr (Səudiyyə Ərəbistanı, Bruney, Liviya və s.) neft ixracından gələn gəlir hesabına sürətlə inkişaf etmiş, əhalinin sosial təminatına görə bəzi IEÖ-ləri ötüb keçmişlər. Bu qrupa Yamayka, Baham adaları, Fici (plantasiya, turizm, çimərlik təsərrüfata əsasında) və s. aid edilir. 1, 2, və 3-cü qruplarda TMK ilə əlaqədar yerli iri kapitalist inhisarları yaranmışdır.
4. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə İOÖ arasında orta mövqe tutan (adambaşına milli gəlir 1000 dollara qədər), emaledici sənaye sahələri zəif olan Şimali Afrika ölkələri,
Qana, Qvineya, əksər Latın Amerikası ölkələri, Monqolustan və s.
5. Adambaşına milli gəlir 500 dollara qədər olan "kasıb ölkələr". Asiya və Afrikanın 40-dan çox ölkəsi - Mali, Çad, Niger, Efiopiya, Somali, Malavi, Botsvana, Laos, Kamboca, Nepal, Yəmən, Myanma və s. Bu ölkələri hərdən "dördüncü dünya" adlandırırlar.
İOÖ sosial-iqtisadi inkişafın müxtəlif pillələrində dururlar. Küveyt, BƏƏ, Bruney adambaşına milli gəlirə görə ABŞ-la bir səviyyədə durur. Mali, Somali, Haiti, Əfqanıstan isə 100 dəfə
geri qalır. Bütövlükdə İOÖ içərisində Latın Amerikası ölkələri daha öndə, Afrika ölkələri ən geridə qalmış regiondur. Bu ölkələr arasında faydalı qazıntılarla zəngin (Braziliya,Meksika) və kasıb (Banqladeş, Paraqvay), sahə və əhalisinin sayına görə iri (Çin, Hindistan) və kiçik (Qrenada, Nauru) ölkələr mövcuddur.
İOÖ-in ümumi oxşar əlamətləri:
1. Sosial-iqtisadi inkişafı asılı xarakter daşıyır. Kapital qoyuluşu, ucuz əmək və xammal bazası kimi İEÖ-in əlavəsi rolunu oynayır.2. Borc problemi kəskin xarakter alır (1970-ci il - 75 mlrd, 2000-ci il 1,5 trln dollar). Alınan borclardan düzgün istifadəolunmur (silahlanmaya sərf olunur). Küveyt, Qatar, Bəhreyn,

Yorum Gönder