Azərbaycanda buzlaqlar və çoxillik qar talaları, əsasən Böyük Qafqaz dağlarının ən uca zirvələrində mövcud olmaqla, çox kiçik sahə tutur. Bunun əsas səbəbi Şərqi Qafqazda, xüsusilə Böyük Qafqaz dağ sisteminin Azərbaycan
ərazisinə daxil olan cənub-şərq hissəsində qar xəttinin çox yüksəkdə (3900 m) yerləşməsidir. Böyük Qafqazın Qara dəniz silsilələrində isə (Abxaziyada) qar xətti cəmi 2800 m yüksəkdə yerləşir. Buna görə bu dağlıq ərazinin qərb və
mərkəz hissələrində buzlaqlar və çoxillik qar daha çox sahə tutur. B. Budaqovun mə’lumatına görə Cənub-Şərqi Qafqazda buzlaqların sahəsi cəmi 6,6 km2-a qədərdir. XX əsrin əvvəllərində bu bölgədə buzlaqların sahəsi 10 km2-ə çatırdı.
Sonrakı onilliklərdə buzlaqların sahəsi 3,4 km2 kiçilmişdir. Buzlaqların əriyərək geri çəkilməsi və ixtisar olması bütün Qafqaz dağlarında baş verən hadisədir.
Bir qrup alim bunu XX əsrdə, xüsusilə onun ikinci yarısında iqlimin antropogen tə’sir altında istiləşməsi ilə izah edir.
Cənub-Şərqi Qafqaz buzlaqlarının 3,62 km2 Bazardüzü zirvəsində, xüsusiləNonun şimal yamacında 1,0 km2-i Bazaryurd zirvəsində, 0,51 km2-i Tufan zirvəsində, 1.08 km2-i isə Şahdağ massivində yerləşir. Buzlaqların əsas hissəsi (5,64 km2) Qusarçay, 1,01 km2 isə Qudyalçay hövzəsindodir.
Qusarçay hövzəsinin 0,81%-ni, Qudyalçayın hövzəsinin isə 0,13%-ni buzlaqlar təşkil edir. Bu rəqəmlərin çox kiçik olmasına baxmayaraq, buzlaqlar və qarlar həmin çayların qidalanmasında əhəmiyyətli yer tutmaqla, onların su rejiminə böyük tə’sir göstərir.
Kiçik Qafqazda yalnız Zəngəzur silsiləsinin Qapıçıq zirvəsində kiçik (0,15 km2) buzlaqlar var. Bu buzlaqlar əsasən Oxçuçay hövzəsində, olduğca cüz’i bir hissəsi isə Gilançay hövzəsində yerləşir. S. Rüstəmovun, R. Qaşqayın mə’lumatına görə Azərbaycanın 3900 m-dən hündürdə yerləşən uca zirvələrindəki qarlıqlann (qar talalarının ümumi sahəsi 20 knr-ə qədərdir. Bunun əksər hissəsi Böyük Qafqazın uca zirvələrindədir.

Yorum Gönder