Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Mərkəzi və Şərqi Asiya"

Nepal – Asiyada dövlətdir. Payitaxtı Katmandudur. Nepal krallığı Himalayda Çin və Hindistan arasında yerləşir.Böyük Britaniya müstəmləkəsi olan Nepal dövlət müstəqilliyini 1923-cü ildə qazanmışdır. Ölkə İkinci dünya müharibəsinin sonuna qədər 1846-cı ildə ingilislərin köməyi ilə hakimiyyəti ələ keçirmiş Rana feodal ailəsinin nümayəndələri tərəfindən idarə olunurdu.

İrsi olaraq baş nazir vəzifəsini tutan həmin şəxslər kralın bütün hüquqlarını da mənimsəmişdilər. Kral hakimiyyəti nominal bir xarakter daşıyırdı. Rəsmi olaraq Maxaracadxiraca - hökmdarların Böyük hökmdarı, bəzən hətta daha təmtəraqlı formada Şri pənç maxaracadxiraca-hökmdarların beş qat Böyük hökmdarı adlandırılan kralların ölkənin idarə olunmasında heç bir iştirakı yox idi. Bu hal Hindistanın istiqlaliyyət qazanması dövrünə qədər davam etmişdir. 1947-ci ildə Hindistan müstəqil dövlət statusunu qazandı və bundan sonra qonşu Nepalda olan vəziyyətə nəzarət etməyə başladı.
Hindistanın köməyi ilə Nepalda Milli Konqres partiyası yaradıldı. Məqsəd o idi ki, Nepalda Hindistanda mövcud olan rejimə oxşar bir rejim yaradılsın, və Nepaldakı vəziyyət Hindistanın tam nəzarəti altına düşsün. Bu da təsadüfi deyildir. İki böyük dövlət: Çin və Hindistan arasında yerləşən Nepalda kimin nüfuzunun üstün olması regionda gedən proseslərə həmin dövlətin müdaxilə imkanlarını xeyli artırır. Həm də həmin dövrdə bu iki böyük dövlət arasında münasibətlərin özü kifayət qədər normal deyildi. Hindistanın cəhdləri Nepalda bir tərəfdən kral tərəfdarlarını, o biri tərəfdən isə ölkədə demokratik dəyişikliklər tərəfdarlarını hərəkətə gətirdi.

Kral Tribhuvana Bir Bikram 1950-ci ilin noyabrında Dehliyə sığınmaq məcburiyyətində qaldı. Kral və demokratiya tərəfdarları açıq çıxışlara başladılar və bütün bunlar silahlı üsyana gətirdi. Üsyan onunla nəticələndi ki, 1951-ci ildə Rana nəslinin despotizminə, tarixçilərin ranakratiya adlandırdığı rejimə son qoyuldu, ölkədə kral hakimiyyəti bərpa olundu, konstitusiyalı idarə sisteminə keçildi. Partiyaların yaradılmasına və fəaliyyətinə icazə verildi. 1955-ci ildə ölkənin kralı Tribhuvanın oğlu Mahendra Bir Bikram oldu. Mahendranın səyləri nəticəsində Nepal krallığı Birləşmiş Millətlər Təşkilatına üzv seçildi.

1959-cu ildə ölkədə ilk dəfə keçirilən parlament seçkilərində Nepal Milli Konqress partiyası qalib gəldi. Ölkənin parlamentində ilk dəfə olaraq parlamentarizmə önəm verən konstitusiya qəbul olundu. Nepal Çin və Hindistanla münasibətlərində balans siyasətinə keçdi. Lakin Nepalda parlament və kral arasında yenidən müəyyən ziddiyyətlər yarandı. Kral 1960-cı ildə ordunun köməyi ilə dövlət çevriliş etdi. Parlament və hökumət buraxıldı, siyasi partiyaların fəaliyyəti qadağan edildi. Çoxpartiyalı parlament demokratiyası pənçəyat sistemi ilə əvəz olundu. "Pənçəyat" sözünün hərfi mənası "beşlik" deməkdir. Bu sistem regionda olduqca geniş yayılmışdır və uzun müddətdir ki, özünüidarə orqanı kimi yaşamaqdadır. Nepalda tətbiq olunmağa başlayan pənçəyat sistemi kənd, şəhər, rayon və bölgə şuralarından ibarət idi. Onların da başında ümumölkə miqyaslı Milli pənçəyat dayanırdı. Milli pənçəyat 140 deputatdan ibarət idi və bunların 28 nəfəri kralın özü tərəfindən təyin olunurdu. Bu sistem öz əksini 1962-ci ildə qəbul olunmuş yeni konstitusiyada da tapmışdır. Yeni konstitusiya həm də kralın hüquqlarının genişləndirilməsini nəzərdə tuturdu. Bütün hakimiyyət qanadlarının- qanunverici, icraedici və məhkəmə orqanlarının kralın timsalında öz ifadəsini tapması konstitusiya ilə təsdiqlənirdi.

İqtisadiyyatı
1963-cü ildə aqrar islahat haqqında qanun qəbul edildi. Doğrudur, islahat nəticəsində ölkədə mövcud olan torpaq sahibliyinin əsaslarına toxunulmurdu, yalnız torpaq mülkiyyətinin son həddi müəyyənləşdirilirdi. Qanuna görə hər adambaşına düşən torpaq sahəsi təqribən 17 ha-dan yuxarı olmamalı idi. Artıq torpaqlar kəndlilərə icarəyə verilirdi və icarədarlardan alınacaq rentanın həcmi məhsulun yarısından (50%-dən) çox ola bilməzdi.

Kralın ilk olaraq aqrar sahəyə önəm verməsi təsadüfi deyildi. Çünki, Nepal geri qalmış aqrar ölkə idi. Burada feodal münasibətləri hakim forma olaraq qalırdı. Kənd təsərrüfatında məhsuldar qüvvələrin inkişaf səviyyəsi çox aşağı idi. Əhalinin 84%-i aqrar sahədə çalışırdı və ölkədə əsas kənd təsərrüfatı bitkiləri olan düyü, qarğıdalı, buğda, darı, şəkər qamışı, kartof, paxlalı bitkilər və cut istehsalı ilə məşğul olurdular.

Nepalın ərazisinin çox böyük hissəsi dağlardan ibarət olması nəticəsində əkin üçün yararlı torpaqlar kifayət qədər deyildir. Keçirilən islahat da o məqsəd daşıyırdı ki, mövcud yararlı tor-paqlardan daha səmərəli istifadə edilsin və bununla da istehsalın səviyyəsi yüksəlsin. Dövlət icarədar kəndlilərə tam təminatlı istehsalçılar statusu vermişdi. Onların ehtiyac duyduğu maliyyə və texniki köməklər dövlət tərəfindən ödənilirdi. İqtisadiyyatın sənaye bölməsi də çox zəif idi və əsasən yüngül və ərzaq məhsulları istehsal edən kiçik müəssisələrdən ibarət idi. Dövlət bu sahəyə də diqqət verməyə başladı. Ölkənin ənənəvi kənd təsərrüfatı məhsullarıın ilkin və təkrar emalı ilə bağlı olan bəzi müəssisələr inşa edildi. Şəkər zavodu, tütün fabrikası, kənd təsərrüfatı alət və avadanlıqları istehsal edən zavod bu qəbildən idi.

Turizm
Nepalın xarici valyuta əldə etmək mənbələrindən biri də turizmdir. Hər il Nepala yarım milyon nəfərə qədər turist gəlir. Digər valyuta mənbələri xaricə yun xalı ixracından əldə edilən gəlirlərdir və bir də Böyük Britaniya ordularında, eləcə də BMT-nin sülh məramlı hərbi qüvvələri sırasında xidmət edən hərbçilərin-qurkhların ölkəyə göndərdiyi pul baratlarıdır.

Dini vəziyyət
Himalay dağının ətəyində yerləşən Nepalda əhalinin 90 faizi induist, 5 faizi buddist (maxayana və lamaizm formasında), 3 faizi islam dininə etiqad edir. İudaizm hind-ari xalqalırının əksəriyyətini əhatə edir, eləcə də maqarlar, qurunqlar, nevarların bir hissəsi, ray və limbu xalqlarını. Bir çox nevarlar və tamanqlar buddist-lamaistlərdir. Hindistan gələnlər arasında caynistələr (9 min nəfər) də rast gəlinir. Az sayda insanlar var ki, qəbilə inancları ilə yaşayırlar. Nepalda xristianlar çox azdır (4 min nəfər).

Əhalisi
Dünyada şəhər əhalisinin ən az faizi Nepaldadır. Orada əhalinin cəmi 14 % şəhərdə yaşayır.
Mənbə : /az.wikipedia.org

Ərazisi və İCM-yi. Hindistan dünyanın ən qədim dövlətlərindəndir.Hindistan,ərazisinin formasına görə üçbucağı xatırladır. Ərazisi qərbdə,cənubda və şərqdə Hind okeanının Ərəbistan dənizi və Benqal körfəzi ilə, şimalda isə dünyanın ən hündürdağ sistemi Himalay ilə əhatə olunmuşdur.Ölkənin İCM təsərrüfatın inkişafına əlverişli təsir göstərir. Quru sərhədləri çətin keçilən dağlıq ərazilərdən keçdiyindən ölkənin iqtisadiəlaqələrində mühüm rol oynamır. Sahil xətti həm qərb, həmdə şərq ölkələri ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır və ölkənin həyatında mühüm rol oynayır.
Hindistan 25 ştat və 7 müttəfiq ərazidən ibarətdir
Əhalisi; milli tərkibi, təbii artımı və yerləşməsi. Hindistan dünyanın ən çoxmillətli dövlətidir. “Hindli” anlayışı müxtəlif dildə danışan bir neçə yüz xalq və tayfaların birliyi kimi başa düşülməlidir. Ölkədə elə bir dil yoxdur ki,əhalinin böyük əksəriyyəti bu dildə danışsın.
Dövlət dili ölkıdı ən çox saylı hinduların dilidir. Ikinci dövlət dili kiminingilis dilindın istifadə olunur. Bununla yanaşı hır bir ştatda yerli xalqların dilində yerli hökümətlərin qərarları, qəzetlər, jurnallar dərc edilir.Əhalinin 4/5 hissəsi hinduizim 1/10-i isə islam dininə etiqad edir. Əhalinin etnik və dini tərkibinin müxtəlifliyi tez-tez millətlərarası və kastalar arası toqquşmalara səbəb olur.

Əhali ölkə ərazisi üzrə olduqca qeyri-bərabər yerləşmişdir. Dənizsahili ərazilər,məhsuldar ovalıqlar xüsusilə Hind-Qanq ovalığı, çayların vadiləri və deltaları daha çox məskunlaşmışdır. Indi ölkənin daxili hissələri Dekan yaylası sürətlə mənimsənilir. Ölkınin şimalında ucqar dağlıq ərazilər seyrək məskunlaşmışdır.
Şəhərlilərin sayına görə dünyada Çindən sonra ikinci yeri tutmasına baxmayaraq şəhər əhalisinin xüsusi çəkisinə görə (30%-ə) Hindistan urbanizasiyalaşmış ölkələr sırasına aiddir. Bununla yanaşı urbanizasiya prosesi sürətlidir. Iri və milyonçu şəhərlərin sayı sürətlə artır. Hindistan ən iri şəhərləri
ölkə ərazisi üzrə dördbucaq şəklində yerləşən Kəlkətə, Bombey, Dehli, Mədrəs, Əhmədabad və Heydərabaddır.

Hindistan iqtisadiyyatının Ümumi xarakteristikası

1. Hindistanın iqtisadi inkişafının əsas cəhətləri.Hindistan ən qədim və böyük dövlətlərdən biridir. Hindistan Asiyanın qərbində Hindistan yarımadasında yerləşir. Sahəsi 3287,6 kv.km, 2001 - ci il siyahıya almasına əsasən əhalisi 1,028,737,436 nəfərdir.Paytaxtı Dehlidir. Böyük şəhərləri Kəlküttə, Mumbai, Çennai, Banqalor,Heydərabad və s. Hindistan federativ respublikadır. 25 ştatdan,7 muxtar ərazidən ibarətdir. 1950-ci ildən konstitutsiya fəaliyyət göstəir. Dövlət başçısı prezidentdir. 
Konstitutsiyaya görə dövlət dili hindi dilidir. Lakin ingilis dilidə geniş istifadə edilir. Hindistan qədim,tarixi,mədəni keçmişə,ənənələrə malik olan ölkədir.
İlk dövlət kimi bizim eradan əvvəl 1-ci minilliyin ikinci yarısında yaranıb. İlk dəfə hindlilər düyü,pambıq,şəkər qamışı becərməyi,ev quşları saxlamağı öyrənmişlər. Qədim və orta əsrlər Hindistanın elm,ədəbiyyat,incəsənət sahəsindəki nailiyyətləri müxtəlif dini və fəlsəfi sistemləri Şərqin bir çox sivilizasiyalarına müsbət təsir göstərmişdir.
XVI əsrin əvvəllərindən Avropa müstəmləkəçiləri tərəfindən tədricən Hindistan müstəmləkəyə çevrilmiş və iki yüz il Böyük Britaniyanın tabeliyində olmuşdur. 1857-1859-cu illərdən Milli Azadlıq Hərəkatları,1918-1922;1928-1933-cü illərdə tabe olmamaq,1946-cı illərdə hərbi dənizçilərin tətili,üsyanı nəticəsində 1947-ci ildə hindistan dominion statusu almış,1950-ci ildə isə respublika elan edilmişdir. Tarixən müstəmləkəçilikdə olması ölkənin sosial-iqtisadi inkişafina güclü təsir etmiş,uzun müddət köhnə,ənənəvi sosial-iqtisadi quruluşun qalmasına səbəb olmuşdur. Ölkə Britaniyanın kənd təsərrüfatı əlavəsinə çevrilmişdir.
İqtisadiyyatda Britaniya kapitalı əsas rol oynamışdır. Natural təsərrüfat ukladı üstünlük təşkil edirdi. Təsərrüfatın müasir quruluşu ilə ancaq işçilərin 5%-i məşğul olurdu ki,onlar da milli gəlirlərin ancaq 10-15%-ni istehsal edə bilirdilər.
İkinci dünya müharibəsinin əvvəllərində Hindistan hər nəfər hesabilə Britaniyadan 36 dəfə.Yaponiyadan isə 7 dəfə az çuğun istehsal edirdi. Sənaye birtərəfli aparılırdı. Yüngül sənaye daha üstün idi. Maşınqayirma yox idi,kənd təsərrüfatı tənəzzülə ugramışdı.
Savadlıların xüsusi çəkisi 18%,orta ömür müddəti 32 il təşkil edirdi. 1947-ci ildə ölkə iki hissəyə bölünmüşdür-Hindistan və Pakistan. Hindistan siyasi
müstəqillik əldə etdikdən sonra ölkənin iqtisadiyyatını sənaye əsasları üzərində
qurmağa imkan yaranmışdır. Lakin 1957,1972,1985-ci illərdə istehsalın artmasında ləngimələr mövcud olmuşdur.
İqtisadiyyatın ləngartımı bir çox hallarda milli kapitalın zəifliyi ilə izah edilir.İqtisadiyyatın sahəvi quruluşu. 2005-ci ildə Hindistanın Ümumi daxili məhsulu
 772,0 mlrd. Dollar,hər nəfərə düşən məhsul isə 700 dollara bərabər olmuşdur (müqayisə üçün qeyd etməliyik ki.bu göstəricilər 1995-ci ildə müvafiq olaraq 340 mlrd. Dollar və 387 dollar təşkil etmişdir).
ÜDM-in ortaillik artım sürəti ilk 35-40 ildə 3,5%-dən artıq olmamışdır. Lakin son illərdə bu göstərici artaraq1999-2000-ci illərdə 6,2%,2003-2005-ci illərdə isə 8,4% təşkil etmişdir.
Ümumi daxili məhsulun 25%-i kənd təsərrüfatının,27%-i sənayenin,47%-i xidmət sahələrinin payına düşür. Cəmi işçilərin isə 67%-i kənd təsərrüfatında çalışırlar. Hindistan aqrar-sənaye ölkəsi hesab edilir.
Kənd təsərrüfatı nisbətən sabit və dinamik inkişaf edir. Kənd təsərrüfatının əsasını əkinçilik təşkil edir. Kənd təsərrüfatından əldə olunan gəlirin 75%- ibitkiçiliyin payına düşür.
Becərilən torpaq sahəsi 141 mln. hektardır. Bununda 15 mln. hektarı ildə 2 dəfə əkilir. 84 mln. hektar süni suvarma ilə becərilir.
Hindistan çay yer fındığı,şəkər qamışı istehsalına görə birinci, düyü və pambıq istehsalına görə ikinci, tütün istehsalına görə üçüncü yeri tutur. 2003-cü ildə əsas kənd təsərrüfatı məhsulları istehsalı-taxıl 225 mln. ton(o cümlədən buğda 76mln. ton,düyü 132 mln. ton),çay 770 mln. ton,qəhvə 200 min ton,pambıq 2,1 mln. ton,şəkər qamışı 272 mln. ton tütün 660 min ton,kartof 21 mln. ton olmuşdur. Yer fındığı və küncüt istehsalına görə dünya ölkələri üzrə məhsulun 30%-nə malikdir. Kətan toxumu və gənəgərçək yağı istehsalına görə birinci yeri tutur.

Ədviyyat məhsulları istehsalı çox yayılmışdır – bibər, darçın, raps, zəncəfil, sarıkök, hil və s. Bütün tərəvəz və meyvə növləri vardır.
İribuynuzlu mal-qaranın sayına görə də Hindistan dünyada birinci yeri tutur. Dünya üzrə cəmi camışların 57%-i, inəklərin 16%-i Hindistanın payin düşür. 75 mln. ton süd istehsal edir. 13 mln. donuzları var. Ərazisinin 19,3%-i meşəlikdir.
Hindistan sənizdən tutulan balığa görə 6-cı,içməli sudan tutulan balığa görə 2-ci yeri tutur. Cəmi tututlan balığın həcmi-5,3 mln. tondur. Bu sahə məşğulluğun  artmasında və xarici ticarətdə böyük rol oynayır. 400 min ton dəniz məhsulu ixrac edir.
Hasilat sənayesi baxımından Hindistan iqtisadiyyatın inkişafı üçün kifayət qədər mineral ehtiyatlara malikdir. Belə ki, dünya dəmir filizi ehtiyatının 25%-ə qədəri, marqans filizi çıxarılmasının 15%-i,slyudanın 60%-i bu ölkənin payına düşür. 2003-cü ildə ölkədə 315 mln. ton kömür,33 mln. ton neft, 448 mlrd. Kvt. Saat elektrik enerjisi istehsal edilmişdir. Kömür ehtiyyatı 148 mlrd. ton qiymətləndirilir. 7,3 mln. ton dəmir filizi, 6,8 mln.ton boksidlər, 3,1 mln. ton mis filizi, 1,7 mln. ton marqans filizi, 2,4 min ton qızıl, 53 min ton gümüş, 40,6 min karat almaz,63 min ton qurğuşun istehsal edilir. Bu sahələrin cəmi məhsulu 10,3 mlrd. dollara bərabərdir. Ölkə üzrə cəmi ixracın 16%-i bu sahənin payına düşür.
Ümumi daxili məhsulun 18%-i emal sənayesini payına düşür. Parça sənayesi daha böyük üstünlüyə malikdir. 90 mln. nəfər adam işləyir. İstehsalın 19%-i xırda əl işlərinə əsaslanır. İxracdan olan gəlirin 30-33%-i toxuculuq sənayesi məhsullarındandır. Hind kəndiri istehsalına görə dünyada birinci, bu sahədən olan hazır məmulatlar ixracına görə ikinci yeri tutur. Ölkədə 144 mln. ton gübrə istehsal edilir. Tələbayı 70% ödəyir. Əczaçılıq sənayesi çox yüksək səviyyədə inkişaf edib.
Bu sahədə 250 min böyük müəssisə işləyir. Hazırda cəmi sənayenin 17,2%-i parça sənayesinin, 16,5%-i neft və kömür sənayesinin,14%-i yeyinti sənayesinin, 7%-i sellüoz-kağız sənayesinin, 5%-i elektrotexnika sənayesinin payına düşür.
1950-2005-ci illərdə sənaye istehsalı 15 dəfə artmışdır. Ümumi daxili məhsul da emal sənayesinin xüsusi çəkisi 1950-ci ildəki 1,4%-dən 20%-ə çatmışdır. Emal sənayesi məhsulunun ümumi həcmində ağır sənaye 32%-dən 64%-dək artmışdır.
İstehsalın quruluşunda dəyişiklik yaranmışdır. Uzun müddət üçün nəzərdə tutulan istehlak şeylərinin xüsusi çəkisi artmışdır. Emal sənayesinin sahəvi quruluşunda da dəyişiklik yaranmışdır. Ərzaq malları,pambıq parça, hind kəndiri və toxuculuq məmulatları istehsalının xüsusi çəkisi 1,5-2 dəfə azaldılmılşdır. 1950-ci illərdə sənaye məhsullarının 60%-i yeyinti və toxuculuq mallarından ibarət olduğu halda,
2005-ci ildə bu 25%-dən az olmuşdur. Neft məhsullarının və maşınqayırmanın xüsusi çəkisi 2-3 dəfə artmışdır. 
Donanma 490 dəniz gəmisi vardır. Ölkədə 11 böyük və 139 kiçik liman fəaliyyət göstərir. Hindistan dünyada qabaqcıl avtomobil yolları şəbəkəsinə malikdir.
Hindistanda poçt şəbəkəsi sistemi də yüksək səviyyədədir. Cəmisi 154 min poçt şəbəkəsi fəaliyyət göstərir. 260-300 mln. nəfər kasıbçılıq şəraitində yaşayır.
2.Hindistanın iqtisadi inkişaf mərhələləri
 Hindistanın iqtisadi inkişafı ayrı-ayrı dövrlərdə müəyyən xüsusiyyətləri ilə bir-birindən fərqlənir. Belə ki, Hindistanın müstəqillik əldə etdiyi ilk 10 illik sabitləşmə dövrü adlanır. Bu mərhələdə ölkədə təsərrüfat mexanizminin əsasları formalaşırdı. Müstəqillik əldə edilməsilə qeyri-iqtisadi məcburiyyət və ticarət vasitəsilə ayrı-ayrı sahələrə qoyulan kapital vasitəsilə Britaniyanın siyasi nüfuz dairəsinin genişlənməsinə son qoyulmuşdur. Bu mərhələdə mərkəzləşdirilmiş planlaşdırılma ilə bazar əlaqələrinin genişləndirilməsi siyasəti əsas götürülmüşdür.
Milli iqtisadiyyatın inkişafının ilkin şərtlərindən biri kimi sənayeyə qoyulmuş iri kapitala maraq yaratmaq, idxalda himayədarlıq siyasəti və valyuta nəzarəti həyata keçirmək nəzərdə tutulurdu.
İkinci dövr 50-ci illərin ortalarından 60-cı illərin ortalarınadək olan vaxtı əhatə edir. Bu dövr itensiv sənayeləşdirilmə dövrü kimi səciyyələnir. Burada mövcud istehsal münasibətlərinin yenidənqurulması, sərbəst bazar münasibətlərinin yenidən qurulması, sərbəst bazar münasibətlərinin və xarici kapitalın məhdudlaşdırılması sahəsində müəyyən tədbirlər sistemi nəzərdə tutulurdu. İdealoji cəhətdən bütün bunlar “Sosialist cəmiyyəti” qurulması şüarı altında həyata keçirilirdi.
Dövlət mülkiyyəti yaradılması aşağıdakı istiqamətlərdə həyata keçirilirdi;
müstəmləkəçilərin hakim dairəsində olan mülkiyyətin milli dövlətin ixtiyarına keçməsi; milli kapitala məxsus olan bəzi xüsusi şirkətlərin milliləşdirilməsi; dövlət vəsaiti hesabına yeni müəssələr yaradılması. Sənayeləşdirilmə idxalın əvəzlənməsi formasında həyata keçirilirdi. “Öz gücünə arxalanmaq” , “özü özünü təmin etmək” kursunun əsas götürülməsinə,xarici borcların rolunun azaldılması və yerli məhsulların çeşidinin genişləndirilməsinə üstünlük verilirdi. Həmin dövrdə metallurgiya,maşınqayırma və kimya sənayesinin xüsusi çəkisi xeyli artmışdır.
Sənaye sahələrinə ayrılan xalis kapital qoyuluşu 50-ci illərdəki 26,4%-dən 60-cı illərdə 41,1%-ə çatmışdır. Ağır sənayenin inkişafı kursunun həyata keçirilməsində bir çox vətənpərvər qüvvələr müstəqilliyin möhkəmlənməsi xatirinə şəhər burjuaziyasına köməklik göstərirdilər. Sahibkarlıq fəaıiyyəti sahəsində dövlətin rolu xeyli artmışdı. Bütün bunların nəticəsində çoxsahəli kompleks yaradılması üçün zəmin formalaşmışdır. Eyni zamanda sənaye ilə kənd təsərrüfatı arasında
qeyri-mütənasiblik də artırdı.
Üçüncü mərhələ 60-cı illərin ortalarından başlamışdır. Bu mərhələ ağır sənaye ilə kənd təsərrüfatı və xırda istehsal arasındakı qeyri mütənasibliyin ləğv edilməsi də problem kimi qarşıda qoyulmuşdu. Həmin illərdə “yaşıl inqilab” strategiyasını başlanğıcı qoyulmuşdur. Yoxsul kəndə-kənd təsərrüfatına,xırda istehsala köməklik edilməsi barədə proqram qəbul edilmişdir. Bu mərhələdəki iqtisadi siyasətdə əsas mərhələlərdən biri də 1969-cu ildə bankların milliləşdirilməsi oldu.Beləliklə,sənayenin və xırda sahibkarlığın müdafiə edilməsi siyasəti və dövlət köməkliyi sahibkarlıq bölməsində sabitliyin təmin edilməsinə səbəb olmuşdur.
Dini vəziyyət
Hindistanda əhalinin 83 faizi induistlərdir. İnduizm respublikanın bütün ştatlarında, cammu, Kaşmir və yeni yaranmış Naqalend istisna olmaqla hakim din hesab olunur. İnduizmin iki əsas istiqaməti vardır: vişnuizm və şivaizm. Halhazırda Vişna Allahının kultu daha geniş yayılıb. Lakin bir sıra hind xalqları arasında (tamilər, assamslar) şivai əsas götürülür. Bəzi yerlərdə, məsələn, nəsilin ana xətti ilə davam etdirildiyi malayalar arasında şaktizm inkişaf edib. Ortodoksal induistlərlə yanaşı ölkədə reformator induistlərin də ardıcılları vardır. Hindistanın müsəlman əhalisi 11 faiz təşkil edir. Müsəlmanların əksəriyyəti isə sünnülüyün hənəfi məzhəbinə etiqad edir. Malabar sahilində şafiilik yayılıb, Uttar-Pradeş və Qərbi Benqaliyada sünnülük özünün vahhabi tendensiyası ilə müşahidə olunur.
Burada Əhmədiyyə təriqətinin ardıcıllarına da rast gəlmək mümkündür. Şiələr isə əsasən şəhərlərdə yaşayırlar. Onlar arasında ismaililər də vardır, amma onlar say etibarilə ortodoksal şiələrdən azdırlar. Hind ismaililəri nizarilər (xoca) və mustarilərə (boxra) bölünürlər. Hindistanda az sayda bəhailərdə yaşayırlar.

Hindistanda 3-cü böyük dini qrup xristianlardır (əhalinin 3 %). cənubi Hindistana ilk xraitianlar hələ birinci minilliyin I əsrində gəlmişlər. Hal-hazırda Hindistan xristianlarının yarıdan çoxu ölkənin cənubunda (əsasən Kerala ştatında və mədrəsə rayonunda) məskunlaşıb. Naqelend ştatında da xeyli sayda xristian yaşayır. Ölkə xristianlarını iki qrupa bölmək olar. Birinci qrupa Hindistanın qədim xristian əhalisinin sonrakı nəsilləri aiddir. Portuqaliyalıların ölkəyə müdaxiləsindən sonra xristianlara məcburi şəkildə katolikliyi qəbul etdirmişlər. Onları Roma ilə uniyaya daxil olmağa məcbur etmiş, bunun nəticəsində də Hindistanda Silomalabar kilsəsi yaradılmışdır. Müəyyən zaman keçdikdən sonra bir qrup Roma ilə münasibətləri pozaraq kilsədən uzaqlaşmış, lakin öz əvvəlki nesterian ənənələrinə qayıtmamışlar.
Onlar yakobit (monofizit) ehkamlarını qəbul etmişlər. Beləliklə, hal-hazırda cənubi Hindistanda qədim xristian kilsələri mövcuddur: Siro –malabar kilsəsi (xaldokatolik, 2178min nəfər), Siro-malankar kilsəsi (siro-katoliklər, 213 min nəfər), yakobit Malankar pravoslav kilsəsi (1,5 mln. nəfər), müqəddəs Foma Malabar kilsəsi (550 min nəfər), neonestorian Xaldey kilsəsi (5 min nəfər). Xristianların ikinci qrupunun formalaşması avropalı missionerlərin fəaliyyəti ilə bağlıdır. Onlar əsasən XIX-XX əsrlərdə öz fəaliyyətlərini daha da aktivləşdirmişlər. Hal-hazırda məhz bu qrup xristianlar say etibarilə üstünlük təşkil edirlər. Roma katolik kilsəsi daha çox nüfuza malikdir (9704 min nəfər ardıcılları var). Katoliklər daha çox ölkənin cənubunda, eləcə də bəzi Qərb rayonlarında məskunlaşıblar. Protestant kilsələri (4,3 mln nəfər) içərisində daha çox ardıcılları olanlar cənubi Hindistan kilsəsi (700 min nəfər) və Şimali Hindistan kilsəsidir (1530 min nəfər). cənubi
Hindistan kilsəsi 1947-ci ildə ölkənin cənub hissəsində yaşayan protestant təşkilatlar tərəfindən yaradılıb. Bundan başqa, Hindistanda baptistlər (2,1 mln. nəfər), lüteranlar (1,1mln. nəfər), mennonitlər, qurtuluş ordusu (227 min nəfər) ardıcılları da vardır. İnduizmdən aralanmış siqxizm indiki zamanda Hindistanda müstəqil din kimi tanınır. Ölkə əhalisinin 2 faizini təşkil edir. Əsasən Pəncab əyalətində yaşayırlar. Hindistanda həmçinin 3,8 milyon buddist yaşayır. Onların əksəriyyəti Maxaraştrda məskunlaşıblar. Hindistanda çox kiçik dini qrup halında zərdüştilər-farslar (İrandan VII- XII əsrlərdə islam tərəfdarlarının təzyiqindən qaçıb gələnlərin nəsilləri) da vardır. Farsların sayı 120 min nəfər, digər məlumatlara görə 200 min nəfərdir. Bütün Hindistan zərdüştilərinin yarıdan çoxu Bombeydə yaşayır. Hindistanda iudaistlər 8 min nəfərdirlər. Onların əksəriyyəti maxaraştra və keralda məskunlaşıblar.
Sənayenin coğrafiyası, təbii resurs amilləri, başlıca sahələri və rayonları. Hindistan
sənayenin inkişafı üçün zəngin təbii resurslara malikdir. Müstəmləkə dövründə nahaq yerə onu “Britaniya tacının mirvarisi” adlandırmırdılar. Bir çox mineral resurslar (kömür, dəmir və manqan filizləri, neft, əlvan metallar) milli sənayenin inkişafı üşün əsas bazadır. Faydalı qazıntı ehtiyyatları başlıca olaraq Dekan yaylasının şimal-şərqində yerləşir. Şimal və Şərqi Qat ilə Qərbi qat dağlarının birləşdiyi yerdən axan çayların xüsusilə böyük hidroenerji əhəmiyyəti var. Ölkənin resurslarından biridə müxtəlif ağaclardan (səndəl ağacı, hind palıdı və.s) ibarət olan meşələrdir (ölkə ərazisinin 1/5-ni tutur).
Hindistanda daha güclü sənaye kompleksi Dekan yaylasının şimal-şərqində , Kəlkətədən Damador çayı vadisi boyunca uzanır. Ölkənin başlıca kömürmetallurqiya bazsı olan bu rayon adətən Hind Ruru adlandırırlar. Dekan yaylasının mərkəzi hissəsində ən iri Bhilai metallurqiya kombinatı tikilmişdir. Bombey, Mədrəs, Əhmədabad, Dehli, Heydərabad və.s şəhərlərdə iri sənaye mərkəzləridir.
Hindistanda formalaşan sənayenin ərazi strukturu digər İOÖ-lərdən fərqliolaraq çoxmərkəzli tipə malikdir.Ölkənin bütün hissələrində iri sənaya mərkəzləri yerləşir. Bunlar da nisbətən geri qalmış daxili ərazilərin inkişafına təsir edir.
Kənd təsərrüfatının coğrafiası, təbii resurs amilləri, başlıca sahələri və rayonları. Hindistanın əksər hissələrində təbii şərait kənd təsərrüfatının inkişafı üçün əlverişlidir. Ölkə geniş torpaq sahələrinə malikdir. Onun ərazisinin yarısı şumluq üçün yararlıdır. Daha məhsuldar torpaqlar Qanq,Brahmaputra və digər çayların geniş vadilərində yerləşir. Bütün əkin sahələrinin 2/5-dən çoxu suvarılır. 

Hindistanda iki başlıca kənd təsərrüfatı mövsümü-yay və qış mövsümləri mövcuddur. Yay mövsümü (xarif) mayın axırından sentyabr-oktyabr aylarınadək uzanır. Qış mövsümü (rabi) sentyabr aylarından mart-aprelədək davam edir. Bu, günləri, quru mövsümdür və suvarma tələb edir. Əkinsahələrinin 4/5-dən çoxunda ərzaq bitkiləri becərilir. Çəltik Qanq və Brahmaputra çaylarının aşağı və orta axarlarınd, buğda isə Qanq çayının yuxarı axarında, quraqlığı ilə fərqlənən Pəncab ştatında becərilir. Suvarılan torpaqlardan yuksək məhsul yığılır.
Texniki bitkilər hər yerdə, şəkər qamışı Qanq vadisində, pambıq əsas etibarilə Dekan yaylasında, cüt Qanq deltasının və Brahmaputra vadisinin daha rütubətli rayonlarında (Qərbi Benqalda) , çay Şərqi Himalay dağətəyində becərilir. Ölkənin kənd təsərrüfatında heyvandarlıqikinci dərəcəli yer tutur. Qaramalda kənd təsərrüfatında işlək qüvvə kimi istifadə olunur. Yalnız bəzi rayonlarda əmtəəlik heyvandarlıq inkişaf etmişdir. Hinduizim qaydalarına riayət edərək, kəndlilər heç əldən düşmüş qaramalıda ətlik üçün kəsmirlər, yalnız həyətdən qovmaqla kifayətlənirlər. “Müqəddəs” inəklər” yollarda və şəhərin küçələrində gəzib dolaşırlar.
Hindistanın nəqliyyatı nisbətən yüksək inkişaf etmişdir. Dəmir yolunun uzunluğuna görə Hindistan dünyanın beş başlıca ölkəsindən biridir. Lakin ensiz dəmir yolu xətləri üstünlük təşkil edir. Yük və sərnişin daşımasında dəmir yolları başlıca rol oynayır. Çox yerlərdə bərk örtüklü avtomobil yolları yoxdur. Dəniz donan masının tonnajı getdikcə artır. Çay nəqliyyatının əhəmiyyəti artır. www.behruzmelikov.com

Mərkəzi Asiya ölkələri - Qərbdə Xəzər sahilindən başlamış, Şərqdə Böyük Xinqan dağlarına qədər 5400 km uzanır. Yeganə rayondur ki, heç bir ölkəsinin dünya okeanına çıxışı yoxdur. Qərb hissəsinin İCM daha əlverişlidir. Mərkəzi Asiyaya Qazaxıstan, Monqolustan, Türkmənistan, Özbəkistan, QırğızıstanTacikistan daxildir. Relyefi mürəkkəbdir (Pamir,Ty an-Şan, Altay dağları, Turan, Xəzərsahili ovalıqlar). I Səhralar (Qobi, Qaraqum, Qızılqum) geniş yer tutur, şimalda I çöl zonası yerləşir. Okeanlardan uzaqda yerləşməsi iqlimini f kontinentallaşdırır. Meşə azdır, çay şəbəkəsi seyrəkdir I (Sır-Dərya, Amu-Dərya). Suvarma nəticəsində çayların suyu  Aral gölünə çatmır. Ərazinin xeyli hissəsi seysmik fəal zonada yerləşir. 
Dağ çayları (Ural, İrtış, Vaxş) böyük hidroresurslara  (Tacikistan, Qırğızıstan) malikdir. Faydalı qazıntılarla zəngindir: neft, qaz (Qazaxıstan, Türkmənistan, Özbəkistan), daş kömür, dəmir (Qazaxıstan, Qırğızıstan), alüminium (Özbəkistan, Tacikistan, Qırğızıstan), qızıl (Özbəkistan, Qırğızıstan) və s.
Əhalinin milli tərkibi mürəkkəbdir. Yerli xalqlar türkdilli (özbək, qazax, türkmən, qırğız, qaraqalpaq), farsdilli (tacik), həm də monqollardır. XIX əsrdən rus və ukraynalılar gəlmişlər. Əhalinin təbii artımı yüksəkdir: Tacikistan və  Monqolustanda hər min nəfərə 30, Qazaxıstanda 15 nəfər. Sıxlıq qeyri-bərabərdir: Özbəkistanm Əndican, Fərqanə, Daşkənd vilayətlərində, Qazaxıstanın Cənub-Şərqində yüksək, digər yerlərdə seyrəkdir.
Regionun çoxsahəli təsərrüfatı yerli xammala əsaslanır. Sənayenin əsas sahələri qara və əlvan metallurgiya, yanacaq-energetika, maşınqayırma (pambıqyığan kombayn, neft-qazma avadanlığı, elektrotexnika) və s.-dir. 
Kənd təsərrüfatının ixtisaslaşmış sahəsi pambıqçılıqdır. Mərkəzi Asiya pambıq yığımına görə (ildə 7-8 mln t.) dünyada 1-dir. Pambıqla bağlı ASK (xüsusən Özbəkistanda) formalaşır. Fərqanə vadisi, Daşkənd vadisi, Zərəfşan və Vaxş vadiləri, Qaraqum kanalı boyu əsas pambıq əkini rayonlarıdır. Suvarılan torpaqlarda bostan bitkiləri, çəltik, qarğıdalı, buğda yetişdirilir. Qazaxıstanda taxılçılıq ixtisaslaşmış sahədir. Monqolustandan başqa bütün ölkələrdə bitkiçilik heyvandarlıqdan üstündür. Ətlik-yunluq (Monqolustan, Qırğızıstan), qaragül qoyunçuluq(səhra və yarımsəhrada),baramaçılıq, maldarlıq (Qazaxıstan) əsas sahələrdir.
Region ölkələrinin ixracında neft-qaz, kənd təsərrüfatı məhsulları, idxalında meşə materialları, maşınqayırma məhsulları üstündür.

İCM-nin əlverişsiz cəhəti dünya okeanına çıxışın olmamasıdır. Mərkəzi Asiya ölkələri arasmda mərkəzi mövqe tutur. Ərazinin 4/5-də düzənliklər, cənub-şərqində dağlar (Nurutau, Zərəfşan, Hissar) və Fərqanə vadisi yerləşir. Faydalı qazıntılardan qaz (Qazlı, Mübarək, Şurtan, Üçkir, Urtabulaq), neft (Fərqanə, Sırxandərya), kömür (Anqren), əlvan metal (Almalıq), qızıl (Muruntau) və s. var.
İqlimi kontinental mülayim və subtropikdir. Yağıntılar az (50-300 mm), illik radiasiya 140-160 kkal/sm2-dir. Daxili sulan azdır. Düzənliklərdən tranzit çaylar axır. Dağların qar və buzlaqlarından qidalanan çaylar (Amu-Dərya, Sır-Dərya, Zərəfşan, Çirçik) yayda daşır. Çayların suvarmada və elektrik enerjisi istehsalında (Çirçik üzərində 18 SES var) rolu I böyükdür. Aral gölünün qurumaq təhlükəsi var.
Ölkə ərazisinin düzənlikləri əsasən səhradan (Qızılğum) ibarətdir. Dağətəyində quru çöllər, dağlarda dağ-çöl, meşə, kolluq landşaftı formalaşıb.
Əhalinin 70%-i özbəklər, qalanı rus, ukraynalı, qaraqalpaq, tatar, qazax, tacik və s.-dir. Əhalinin 59%-i kənddə yaşayır. Sıxlıq hər km2-də 50 nəfərə yaxındır. Dağətəyi, vadi və çay sahillərində sıxlıq yüksəkdir. İri şəhərləri Daşkənd, Səmərqənd, Əndican, Namanqan, Kokand, Xivə, Buxara və s.-dir. Respublika əmək ehtiyatları ilə yaxşı təmin olunmuşdur.
Dağ-mədən sənayesinin bəzi sahələri, kənd təsərrüfatı maşınqayırması, pambıqçılıq
sahələrinə görə Özbəkistan dünyamn ən qabaqcıl ölkələrindəndir. Özbəkistan sənayesinin əsasını energetika, maşınqayırma (pambıqyığan kombayn, aviasiya, elektrotexnika), əlvan metallurgiya, kimya, yeyinti, yüngül sənaye təşkil edir. Pambıq əkinləri suvarılan torpaqların (Qaraqalpaq, Səmərqənd, Fərqanə, Qaşqadərya) 2/3-ni tutur. İllik pambıq yığımı 5 mln tondur. Pambıq yağı (500 min ton) özbəklərin yeməyində mühüm yer tutur. Üzüm, çəltik, taxıl, subtropik bitki əkinləri də geniş yayılmışdır. Heyvandarlıqda qoyunçuluq, atçılıq, ipəkçilik, xəzdərili (aşağı Amudərya) heyvandarlıq fərqlənir. Bütün nəqliyyat növləri olsa da, aparıcı rol dəmir və avtomobil yollarına məxsusdur. Təbn və antropogen obyektlər turizmin inkişafına imkan yaradır.
Qaraqalpaq Muxtar Respublikası Özbəkistanın şimal-qərbində yerləşir. Amu-Dərya deltasından kənarda yerləşən ərazisi səhradır. Kənd təsərrüfatında aparıcı sahə pambıqçılıq, çəltik, heyvandarlıqda qaragül qoyunçuluq, atçılıq, maldarlıqdır. Əsas sənaye sahəsi pambıq emalı ilə bağlı sahədir. Qaraqalpağm paytaxtı Nukus şəhəridir.

Çin Xalq Respublikası ən qədim və böyük dövlətlərdən biridir. Sahəsinə görə dünyada RF və Kanadadan sonra III-dür. Dövlət sərhədləri çətin keçilən dağlardan keçir. Sakit okean sahili (şərq hissə) daha əlverişli İCM-yə malikdir. Dövlət quruluşuna görə unitar respublikadır. Çin rəhbərlərinin məqsədi ölkədə bazar iqtisadiyyatı ilə sosializm qurmaqdır, inzibati cəhətdən 22 əyalətə, 5 muxtar rayona (Daxili Monqolustan, Munaya-Xuey, Sintszyan-Uyğur, Tibet, Quansu-Çjuan) və 3 mərkəzi tabelikdə olan şəhərə bölünür: Pekin, Şanxay, Tyanszin.
2000 ildir ki, Çin dünyanın ən çox əhalisi olan ölkəsidir. 60-70-d illərdə təbii artım "demoqrafik partlayış" xarakteri almışdı (təbii artım 2,8%). Aparılan demoqrafik siyasət artımın qarşısım qismən almışdır - 0,9%. Əhalinin 90%-i çinlidir, lakin o, çoxmillətli ölkə sayılır, 50-dən çox etnik qrup var, onlann sayı 100 mln nəfərdir və ölkə ərazisinin yandan çoxunda məskunlaşmışdır. Əhalinin sıxlığı şərqdə yüksək (600 nəfər), qərbdə seyrəkdir (1-2 nəfər). Urbanizasiyanın səviyyəsi orta dünya səviyyəsindən aşağıdır, lakin Çin şəhərlüərin sayma (550 mln) və milyonçu şəhərlərə (40-dan çox) görə dünyada I-dir. Ən iri şəhərlər Şanxay, Pekin, Tyanszindir.
"Dörd modemizasiya" proqramı (sənaye, kənd təsərrüfatı, müdafiə, elm və texnika) Çini XXI əsrin ortalannadək inkişaf etmiş sosialist ölkəsinə çevirmək məqsədi güdür. Son illər dünya təsərrüfatında onun rolu artmışdır. İndi Çin Asiyanın iqtisadi tərəqqisinin "lokomotivlərindən" biridir. Kömür hasilatı, polad, sement, velosiped, tikiş və paltaryuyan maşınlar, pambıq parça istehsalına görə dünyada I-dir. 
Əhalinin ərzaq məhsullarına olan tələbatını ödəyir. Adambaşma istehsal və istehlakın səviyyəsinə görə "kasıb" ölkələr sırasındadır. Təbii resurslarla (kömür, neft, dəmir, əlvan metallar, hidroresurslar, meşə) zəngindir. Sənayenin strukturunda ağır sənaye (energetika, kimya, maşmqayırma) üstündür, ənənəvi sahələr (keramika, çini qablar, xalça) əhəmiyyətini saxlayır. Yanacaq-eneıji balansında kömür əsas yer tutur (75%, Şimal və Şərqi Çin). Enerji istehsalında dünyada II-dir (ABŞ-dan sonra). Qara metallurgiya müəssisələrinin çoxu Şimal-Şərqi Çindədir. Əlvan metallurgiya Şərq, Şimal-Şərqi Çində təmərküzləşmişdir-əsas mərkəzi Şanxaydır. Maşınqayırmanın bütün sahələri inkişaf etmişdir. Əsas mərkəzləri Şanxay, Şenyan, Pekin, Tyanszindir.
Kimya sənayesində neft-kimya qabaqcıldır (Pekin, Tyanszin, Şanxay, Uxan). Yüngül sənaye müəssisələri hər yerdə, xüsusən 1 Şanxay ətrafında yerləşir. Sənaye müəssisələrinin 2/3-si Şərqi Çində, xüsusən Şanxay, Pekin və Tyanszin qovşaqlanndadır.
Şərqi Çinin təbii şəraiti kənd təsərrüfatı üçün (həm relyef, həm iqlim) əlverişlidir. Ərazinin 9/10-u mülayim, ucqar cənubu subtropik və tropik qurşaqlarda yerləşir. Kənd təsərrüfatının başlıca sahəsi əkinçilikdir. Taxıl bitkiləri əkinlərin 4/5-nü tutur. Çəltik cənubda və Yantszı vadisində əkilir (həm qida, həm yem, həm də yüngül və kağız sənayesi üçün qiymətli bitkidir). Buğda Çin düzənliyi və Xuanxe hövzəsində, pambıq Xuanxe hövzəsində, çay cənub və cənub-şərqdə, kartof, batat və digər bitkilər hər yerdə becərilir. Kənd təsərrüfatı məhsullarının 3/5-ü ölkənin şərqində becərilir. Heyvandarlıq ikinci dərəcəli rol oynayır. Mal-qaranın sayma görə Çin dünyada I-dir. Qaramaldan iş heyvanı kimi istifadə edilir. Ət məhsullarının 4/5-nü donuzçuluq verir. Qərbdə köçəri heyvandarlıq, şərqdə baramaçılıq inkişaf edir. Çin çayın vətənidir, XIX əsrdə yeganə çay ixracatçısı idi. indi yaşıl çay ixracında I yeri tutur.
Nəqliyyatın daha sıx şəbəkəsi ölkənin şərqindədir. Yük və sərnişin daşımalarının yarısı dəmiryolunun payına düşür. Son vaxtlar dəniz, avtomobil, boru kəməri, aviasiyanın payı artır. Ən iri portu Şanxaydır.
Daxili fərqlərinə görə Çin 3 iqtisadi rayona bölünür: inkişaf etmiş Şərq, orta inkişaf etmiş Mərkəz, zəif inkişaf etmiş Qərb (dünyada ən yüksək dağ rayonu - Tibet Muxtar Rayonu burada yerləşir).

Monqolustanın şimalında yaylalar səhra və tayqa ilə örtülüdür. Cənubda Qobi səhrası kimi quru səhralar var. Şimalda isə bir neçə dərin dərə və vadi var. Burada Böyük Göllər çöçəkliyi, Göllər vadisi, Orxon və Selenqa çay vadiləri var.  
Monqolustan iqtisadiyyatı kənd təsərrüfatı və dağ-mədən sənayesi üzərində qurulub. Monqolustanın zəngin mineral resursları var. Mis, kömür, molibden, qalay, volfram,  və qızıl monqolustanın təbii ehtiyatlarındandır. 
Monqolustanda buğda, arpa, kartof, tərəvəz, pomidor, yemiş, qarpız əkilir. 
Monqolustanda baş verən iqtisadi inkişafa baxmayaraq burda hələdə əhalinin 35.6 % yoxsuldur.
Sənaye Monqolustan ÜDMnun 21.4%i verir. Buda təxminən kənd təsərrüfatının müvafiq göstəricisinə yaxındır. Monqolustan sənayesinin əsasını tikinti materialları istehsalı və dağ-mədən sənayesi tutur. Monqolustanın dağ-mədən sənayesi əsasən Çin, Rusiya və Kanadanın monopoliyasında və nəzarətindədir. 
Monqolustanın ən böyük ticarət əməkdaşı Çindir. 2006-də Monqolustanın ixracatının 68.4 % -ni Çin tutub.
Monqolustan əsasən dağ-mədən sənayesi məhsulları, dəri və dəri məhsulları ixrac edir və sənaye avadanlığı, mineral yanacaq və sürtkü yağları idxal edir.
Paytaxt : Ulan-Bator
Əhali : 2,671,000
Ərazi : 1,564,115.75 km2 
Dil : monqol

Din : bütpərəst
Etnik qruplar: Xalxa-82%,qazaxlar-3,8%,dorvod-2,7%,bayad-2,1%,buryat-1,7%,zaxçin-1,2%,dariqanqa-1%,uryanxay-1%.
Pul vahidi: tuqrik (MNT)

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget