Kiçik ərazilərin böyük miqyasla təsvirinə plan deyilir. Burada çox vaxt məktəb həyəti, meydançalar, parklar, kənd yaşayış məntəqələri, onların ətrafında olan əkin yerləri, otlaqlar, kolluqlar, turizm obyektləri, şəhərlərin məhəllələri və s. kimi ərazilər təsvir edilir. Onun üzərində təsvir edilən coğrafi obyektlər şərti işarələrlə və miqyasla verilir. Planın miqyası 1:10000 və daha böyük olur. Şərti işarələr ərazinin nə ilə örtüldüyünü, planda hansı obyektlərin yerləşməsini göstərir. Plana əsasən ərazidə olan obyektlərin yerləşmə vəziyyəti, onların ölçüləri, digər obyektlərə nisbətən tutduğu mövqe, bu obyektlər arasındakı məsafə müəyyən edilir. Planda təsvir edilən ərazinin relyefi, onun müxtəlif hissələrində olan meşələr, kolluqlar, əkin sahələri aydın görünür.
Plan xəritənin bütün üstünlüklərinə malik olmaqla iri miqyaslı olur, təhrif olmur, obyektlər daha dəqiq verilir, Yerin kürə şəkilli olması nəzərə alınmır. Meridian və paralellər planda çəkilmir. Ondan yalnız kiçik ərazilərin təsviri zamanı istifadə olunur.
Ərazinin plana alınması havadan və yerdən aparılır. Havadan planalma aerofotoplanalma adlanır.
Aerofotoşəkillərdə ərazinin yuxarıdan görünüşü verilir. Burada obyektlər boz rəngdə təsvir edilir. Lakin aerofotoşəkillərdə ərazidə olan bütün obyektlərin hamısı özünün həqiqi formasına oxşamır, bir çox obyektləri (məs. ağacların növ tərkibini, ərazinin nə ilə örtülməsini) dəqiq müəyyən etmək olmur. Ərazinin bu tipli təsvirində çayların, göllərin, yaşayış məntəqələrinin adları yazılmır, bə’zi obyektlər haqqında olan mə’lumatları əldə etmək olmur. Kosmik gəmi və ya təyyarələdə qurulan xüsusi aparatlarla çəkilən aerofotoşəkillər əsasında ərazinin planı və topoqrafik xəritəsi tərtib olunur.
Yerüstü planalmanın dəqiq və gözəyarı növləri vardır. Gözəyarı planabna üçayaqlı menzula üzərində qurulan plan- şetdə çəkilir. Onun ölçüsü 40x40 sm olur. Bunun üçün ilk növbədə şimal-cənub istiqaməti verilir və miqyas seçilir. Təsvir ediləcək ərazilər aydın göründükdə və kiçik ərazini əhatə etdikdə bir nöqtədə dayanmaqla planalma aparılır. Həmin nöqtə qütb adlanır və plana alınacaq ərazinin mərkəzində seçilir. O, planşetin mərkəzində qeyd edilir. Belə planalmaya qütb üsulu ilə planalma deyilir.
Müəyyən marşrutla hərəkət edən zaman ərazinin planı hazırlandıqda, plaııı tərtib ediləcək ərazilər tam görünmədikdə və daha geniş əraziləri əhatə etdikdə marşrut üsulu ilə planalma tətbiq edilir. Bu məqsədlə əvvəlcə konkret marşrutlar müəyyən olunur. Sonra bir neçə nöqtədə dayanmaqla görünən sahələr plana köçürülür. Həmin nöqtələrə stansiyalar deyilir. Ona görə də bu üsul marşrut üsulu ilə planalma adlanır. Planalma üçün kompas, vizir xətkeşi, çol pərgarı, ölçü lenti, ruletka və s. alətlər lazımdır.
Plan təsvir edilən ərazilərin öyrənilməsi, onlardan təsərrüfatda istifadə edilməsi, yollar, yaşayış məntəqələri salınması, torpaqlardan kənd təsərrüfatında istifadə edilməsi, təbiətin dəyişdirilməsi və yemdən qurulması üçün istifadə edilir. Tikintisi planlaşdırılan obyektlər yə yaşayış məntəqələrinin layihələri əvvəlcə planda çəkilir. Sonra bu işlər həyata keçirilir. Çünki planda ərazi daha dəqiq və geniş təsvir olunur. Turizm və müdafiə işlərində, digər elmi və praktiki işlərdə də planın əhəmiyyəti böyükdür.

Yorum Gönder