"Antarktika" sözü yunanca "anti" - əks, qarşı və "arktikos" - şimal sözlərindən yaranmış, Arktikanm (şimalın) qarşısında dayanan deməkdir. Antarktika cənub qütb sahəsidir. Buraya Antarktida materiki və onu əhatə edən okeanların 50°-60° c.e. dairəsinə qədər hissələri daxildir. Sahəsi 14 mln km2 olan bu materik Sakit, Atlantik və Hind okeanları ilə əhatə olunur. Dreyk boğazı onu ən yaxında yerləşən (1120 km) Cənubi Amerikadan ayırır. Qütb dairəsi daxilində yerləşməsi qalın buz örtüyünün yaranmasına səbəb olur. Buzun orta qalınlığı 2000 metr, şərq hissədə 4000^4500 metrə çatır. Dünya şirin su ehtiyatınm 80%-i buradadır.
Sahil xətləri nisbətən az girintili-çıxmtilidir. Antarktida yarımadası And dağlarının cənuba davamını təşkil edir. Materikin ətrafında Uedel, Bellinshauzen, Amundsen, Ross dənizləri yerləşir. Şelf buzlarının sahəsi 330 min km2-dir. Yaxınlıqda Cənubi Georgi, Cənubi Şotland, Cənubi Orkney, Cənubi Sandviç və s. adalar yerləşir.
Antarktida ən gec kəşf olunmuş materikdir. Məşhur ingilis səyyahı C. Kuk naməlum cənub torpaqlarını kəşf etməyə çalışsa da, buzlaqlar buna mane olmuşdur. F.F.Belinshauzen və M.P.Lazarevin 1819-1821-ci il "Vostok" və "Mimı" gəmiləri ilə ekspedisiyası materikin kəşfi ilə nəticələndi. 1820-ci il 28 yanvar materikin kəşfi günü sayılır. 14 dekabr 1911—ci ildə Norveç səyyahı R. Amundsen ilk dəfə cənub qütbünü fəth etdi. 18 yanvar 1912-ci ildə İngilis səyyahı R. Skott qütbə gəlib çatdı. Materik kəşf olunduqdan sonra ABŞ, Böyük Britaniya, Avstraliya, Norveç və s. ölkələr pərakəndə halda tədqiqatlara başladılar. Antarktidanın hərtərəfli və planlı tədqiqi Beynəlxalq Geofizika ilindən (1957) sonra genişləndi.
Antarktida heç bir dövlətə mənsub deyil, burada hərbi məqsədli tədbirlər qadağandır. Bura elm və sülh materiki adlanır, 16 dövlətin alimləri tədqiqat aparır və nəticələr qarşılıqlı mübadilə edilir.
Antarktida buz örtüyü nəzərə alınmaqla ən hündür materikdir. Orta hündürlüyü 2040 metrdir. Buzaltı relyefi mürəkkəbdir. Ərazinin 1/3—i okean səviyyəsindən aşağıdır. Buzaltı relyefdə Transantarktida dağları seçilir. And dağlarının davamı olan materikin ən hündür dağları Elsuert (Vinson massivi - 5140 metr) buradadır. Ross dənizində Ross adasında fəaliyyətdə olan Erebus (3794 metr) vulkanı yerləşir. Materikin buzlan ərisə, dünya okeanı səviyyəsi 62 metr qalxar.
Antarktidada faydalı qazıntılardan daş kömür, dəmir, əlvan metallar və s. tapılmışdır.
İqlimi: Antarktida yerin ən soyuq və küləkli materikidir. O, demək olar ki, bütövlükdə antarktika iqlim qurşağında yerləşir. Daxili hissələrdə temperatur yayda - 30°C-dən
aşağıdır. Yer üzərində mütləq minimum temperatur (-89,2°C) "Vostok" stansiyasında qeydə alınmışdır. İqlimin sərt olmasının səbəbi ərazinin qütb zonasında yerləşməsi, orta hündürlüyün yüksək olması, buz örtüyünün Günəş radiasiyasının əsas hissəsini əks etdirməsidir. Okeanlarla qovuşan sahilboyu subantarktik iqlim qurşağına aiddir. Materikin mərkəzi hissələrində 40-100 mm, sahilboyunda 500-600 mm yağıntı düşür. Yağıntılar əsasən qar şəklində düşür.
Materikin daxili hissələri, bitki və heyvanlar aləmindən məhrum olan buzlu antarktika səhralarından ibarətdir. Yayda buz örtüyündən azad olan sahələr "vahə" adlanır. Sahilboyu zonada və adalarda mamır, şibyə, ibtidai yosunlar bitir. Heyvanlar aləmi okeanla bağlı həyat tərzi keçirir. Sular planktonlarla zəngindir. Bu planktonlar quşlar, suiti, balıq, balinalar və s. üçün qidadır. Uçmayan, lakin yaxşı üzən pinqvinlərin bir neçə növü var.

Yorum Gönder