Şimali Amerikanın iqliminin formalaşmasına təsir edən amillər: materikin cənubdan - şimala böyük məsafədə uzanması, Sakit okean sahil boyu Kordilyer dağlarının yerləşməsi, Meksika və Hudzon körfəzlərinin materikin içərilərinə çox daxil olması, meridional istiqamətdə hava kütlələrinin hərəkətinə mane olan enlik istiqamətində uzanan dağların olmaması, okean cərəyanlarının təsiri və s.. Arktik və tropik hava kütlələri arasında kəskin təzyiq və temperatur fərqlərinin olması güclü, dağıdıcı küləklərin (tornado) yaranmasına səbəb olur. Ölüm dərəsində +57°C (dünyada ikinci göstəricidir), Alyaska və Kanadanın şimal-qərbində -64°C (Qrenlandiyanın daxilində - 68°C) temperatur qeydə alınması iqlimin sərtliyini göstərir. Şimal - qərb və şərq sahil boyu, həmçinin Mərkəzi Amerikada yağıntılar çox (3000 mm-ə qədər), daxili və şimal hissələrdə az (100-300 mm) düşür.
Şimali Amerikada ekvatorial iqlim qurşağından başqa, bütün iqlim qurşaqları var. Şimal sahil boyu və adalar arktik, qütb dairəsi və 60° şm.e. arasında subarktik qurşaqlar yerləşir. 40° və 60° şm.e. arasında yerləşən mülayim qurşaq qərbdə və şərqdə dəniz, mərkəzdə kontinental iqlim tiplərinə ayrılır. 28° və 40° şm.e. arasında subtropik (qərbdə Aralıq dənizi, mərkəzdə kontinental, şərqdə musson iqlim tipləri), 12° və 28° şm.e. arasında tropik, ucqar cənubda subekvatorial iqlim qurşaqları formalaşır.

Yorum Gönder