ŞƏKİL 1 |
Hondvana qitəsi də öz növbəsində rift boyunca en dairəsi istiqamətində Afrika-Cənubi Amerika və Avstra- liya-Antarktida bloklarına parçalandı.
Hondvananı bölən rift boyunca Hind okeanının «açılması» başlandı.
Sonralar, yura dövründə Şimali Amerika blokunun şimal-qərb istiqamətdə hərəkəti nəticəsində meydana gəl - miş rift boyunca şimali Atlantikanın aralanması baş verdi. Eyni zamanda şərqdə Afrika qitəsinin saat əqrəbinin əksinə dönməsi və Hindistan qaymasının şimala hərəkəti nəticəsində Tetis dənizi qapanmağa başladı. Burada, litosfer qatının okean hissəsinin Avrasiya qitəsinin altına sub - duksiyası baş verdi. Sonra, kaynozoyda qitələr yaxınlaşanda subduksiya Avrasiya və Hindistan plitələrinin kənarlarının qabarması ilə dəyişdi ki, bu da Himalay dağ silsilələrinin əmələ gəlməsinə səbəb oldu.
Atlantikanın cənub hissəsi 135 mln. il əvvəl Yuranın sonunda açılmağa başladı (bax: şəkil 2).
ŞƏKİL 2 |
Kaynozoyun əvvəlində Avstraliya ilə bitişik olan Antarktidanın saat əqrəbinə əks istiqamətində dönmə hərəkəti davam edildi. Kaynozoyda (65 mln. il) qitələr indiki duruma gəldilər: Avstraliya Antraktidadan ayrıldı və yerini şimala doğru dəyişdi; Şimali və Cənubi Amerika vulkanizm nəticəsində meydana gəlmiş Panama boynunda birləşdilər. Qrenlandiya birdəfəlik Avropadan ayrıldı.
Şimali Atlantika riftinin Şimal Buzlu okeanına girməsi nəticəsində Lavraziya yarıldı. Kaynozoyda həmçi - nin qitələrin hərəkət sürətində və istiqamətlərində bəzi dəyişikliklər baş verdi (bax: şəkil 33).
Göründüyü kimi, 200 mln. il ərzində qitələrin möv - qeyi xeyli dəyişdi. Belə ki, Şimali Amerika, məsələn, qərb, şimal-qərb istiqamətində 8 min km hərəkət etdi.
Əvvəllər Antraktida ilə bitişik olmuş Hind subqitəsi isə indi durduğu yerə qədər 200 mln. il ərzində 9000 km yol keçdi.
Qeyd etmək lazımdır ki, fövqəlqitələr daha qədimlərdə də mövcud olub, məsələn, 750 mln. il qabaq parçalanmış Rodimiya.
Beləliklə, daha gənc Pangeya superqitəsinin parçalanma prosesi qitələrin indiki durumu ilə nəticələndi. Lakin bu, gedişatın sonu olmadı. Çünki, əksər tədqiqatçıların gümanlarına görə qitələrin hərəkəti bundan sonra aralanma deyil, bütövləşmə istiqamətində cərəyan edəcək və 50 mln. il sonra, alimlərin Psixozoy (idrak dövrü) adlandırdıqları dövrün sonunda qitələr bir-birinə daha yaxın durumda yerləşəcəklər.
ŞƏKİL 3 |
Yorum Gönder