Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Avrasiya Materiki

Avrasiya materiki iki qitədən - Asiya və Avropadan ibarətdir. Finikiyalıların dilində "Asu" (Asiya sözü buradan götürülmüşdür, mənası şərq, gündoğan deməkdir) və Yereb (Avropa sözü buradan götürülmüşdür, mənası qərb, günbatan deməkdir) sözlərinin birləşməsindən yaranmışdır. Sahəcə ən böyük materikdir: sahəsi 54,5 mln km2-dir. Okeanların dördü ilə də əhatə olunur.

Avrasiya materiki iki qitədən - Asiya və Avropadan ibarətdir. Finikiyalıların dilində "Asu" (Asiya sözü buradan götürülmüşdür, mənası şərq, gündoğan deməkdir) və Yereb (Avropa sözü buradan götürülmüşdür, mənası qərb, günbatan deməkdir) sözlərinin birləşməsindən yaranmışdır. Sahəcə ən böyük materikdir: sahəsi 54,5 mln km2-dir. Okeanların dördü ilə də əhatə olunur.
Avrasiya üç yarımkürədə yerləşsə də, onun əsas hissəsi Şimal yarımkürəsində və Qrinviç meridianından şərqdə - Şərq yarımkürəsindədir.
Ucqar nöqtələri: şimalda Çelyuskin, cənubda Piay ; qərbdə Roka; şərqdə Dejnyov burunlarıdır.
Avrasiyanın sahil xətləri çox mürəkkəbdir. Bunun səbəbləri sahəcə çox böyük olması və geoloji inkişafıdır. Şimal sahilləri həm də buzlaşmanın təsirinə məruz qalıb.
Materikin əsasını Avrasiya litosfer tavası təşkil edir. Onun ən qədim hissələri Şərqi Avropa, Sibir, Çin-Koreya, Cənubi Çin platformalarıdır. Sonrakı inkişaf mərhələlərində bu platformalar birləşmiş, materik genişlənmişdir. Daha sonra qədim Qondvananm hissələri olan Ərəbistan və Hindistan platformaları Avrasiyaya birləşmişdir. Avrasiya tavasının cənub sərhədlərində, qonşu tavalarla qovuşduğu yerdə güclü dağəmələgəlmə prosesi baş vermişdir və bu, indi də davam edir. Nəticədə burada hündür və cavan Alp-Himalay dağ sistemi yaranmışdır. Şərqdə Sakit okean tavası ilə toqquşma zonasında adalar və dərin okean novları əmələ gəlmişdir. Bura Yer qabığının ən fəal seysmik sahələrindən biridir. Güclü zəlzələlərlə yanaşı (1923-cü il, Tokio), fəaliyyətdə olan vulkanların bir çoxu (Klyuçi Sopkası, Fudziyama, Krakatau və s.) buradadır. Aralıq dənizi adaları və sahilboyunda da vulkanlar var (Vezuvi, Etna, Stromboli).
Ehtimal olunur ki, hazırda Şimal Buzlu okeanının şelf dənizləri buzlaşma zamanı quru olmuşdur. Böyük Britaniya və İrlandiya adaları materiklə birləşmiş, Berinq boğazının yeri quru olmuşdur. Skandinaviya yarımadası, Uralın şimalı, Şərqi Avropa düzənliyinin xeyli hissəsi bu zaman buzlaqlarla örtülü olmuşdur.
Geoloji inkişafı ilə bağlı relyefi çox mürəkkəbdir. Avropa hissəsi daha alçaq (okean səviyyəsindən orta hündürlüyü 300 m), Asiya hissəsi isə yüksəkdir (orta hündürlüyü 950 m). Avropada maksimal hündürlük 4807 m (Monblan), Asiyada 8848 m-dir (Comolunqma - Everest). Okean səviyyəsindən ən alçaq nöqtə Avropada - 27 m(Xəzər dənizinin səviyyəsi), Asiyada - 405 m-dir (Ölü dənizin səviyyəsi).
Materikin mərkəz və şimalında əsasən düzənliklər, cənub və şərqində dağlar üstünlük təşkil edir. Ən iri düzənliklər Şərqi Avropa (Rusiya), Böyük Çin düzənlikləri, Qərbi Sibir, Turan, Xəzərsahili, Hind-Qanq, Mesopotamiya ovalıqları, Ərəbistan, Dekan, Anadolu, Qobi, Tibet, Orta Sibir və s. yaylalarıdır.
Cavan Alp-Himalay dağ sistemi Atlantik okeanı sahillərindən Hind-Çin yarımadasmadək materikin cənubunda uzanmışdır. Bu sistemə Pireney, Alp, Apennin, Karpat, Balkan, Krım, Qafqaz, Kiçik Asiya (Anadolu) və İran yaylalarındakı - Pont, Zaqros, Elburs və s., Kopetdağ, Hindquş, Pamir, Himalay dağları daxildir. Sakit okean sahili boyu Kamçatkadan Zond adalarına qədər cavan qırışıq dağlar uzanır. Materikin qədim dağlarına Skandinaviya, Ural, Tyan-Şan, Altay, Sayan, Böyük Xinqan, Verxoyansk, Çersk, Sixote-Alin dağları, həmçinin Qobi, Tibet yaylaları, Qazax xırda təpəliyi və s. aiddir.
Materik faydalı qazıntı yataqları ilə zəngindir. Materikin cənub-şərqində qalay və volfram filizləri qurşağı uzanır (xüsusən Cənub-Şərqi Asiyada). Rusiyanın Asiya hissəsində qızıl və almaz, Hindistan və Şri-Lankada zəngin yaqut yataqları var. Hindistan, Çinin şimal-şərqi, Skandinaviya, Rusiya (Ural, Kursk, Sibirin cənubu) dəmir filizi ilə zəngindir.
Neft və təbii qaz ehtiyatlarına görə Avrasiya digər materiklərdən üstündür. Qərbi Sibir, Volqa-Ural, İran körfəzi, Xəzər və onun ətrafı, Şimal dənizi əsas hasilat rayonlarıdır. Daş kömürün əsas yataqları Rusiya (Tunquska, Peçora, Kuznetsk, Kansk-Açinsk, Lena), Ukrayna (Donetsk), Qazaxıstan (Karaqanda), Polşa (Sileziya), Almaniya (Rur), Çin, Hindistan və s.-dədir.
İqlimi: Avrasiya ən mürəkkəb iqlim şəraitinə malik materikdir. Bunun səbəbləri: 
1. Materikin çox nəhəng olması (qərbdən-şərqə və şimaldan-cənuba böyük məsafədə uzanması); 
2. Relyefinin mürəkkəbliyi; 
3. Materikin mərkəzinin okeanlardan aralı olması.
Şimal yarımkürəsinin "soyuq qütbü" (Oymyakon, -71 °C), dünyada ikinci ən çox yağıntı düşən yer (Himalay dağlarının cənub-şərq yamacı - Çerapuncada 12000 mm) bu materikdədir. Atlantik okeanının təsiri altında qalan qərb sahilboyu və musson küləklərinin təsiri altında olan şərq və cənub-şərq hissələri bol yağıntı alır. Materikin mərkəzinin okeanlardan uzaqlığı kontinental iqlim şəraiti yaradır. Avrasiya yeganə materikdir ki, bütün iqlim qurşaqlarında yerləşir. Şimal Buzlu okeanındakı adalar və şimal sahilboyu arktik, İslandiya adasından başlamış şərqə doğru zolaq şəklində subarktik iqlim qurşaqları yerləşir.
Avrasiyanm ən geniş hissəsi mülayim qurşaqda yerləşir və mürəkkəbliyi ilə seçilir. Qərbdə, Atlantik okeanı sahillərində mülayim dəniz iqlimi, şərqə doğru ardıcıl olaraq mülayim kontinental, kontinental, kəskin kontinental, Sakit okean sahillərində isə musson iqlim tipləri hakimdir.
Qərbdə, Pireney yarımadasından şərqdə, Sakit okean sahillərinə qədər zolaq şəklində subtropik iqlim qurşağı yerləşir və Aralıq dənizi iqlimi, kontinental, musson iqlim tiplərinə ayrılır. Ərəbistan yarımadası, İran körfəzi ətrafı, İran yaylasının cənub hissəsi, Hind-Qanq ovalığının qərbi tropik kontinental, Hindistan və Hind-Çin yarımadaları, Şri-Lanka adası subekvatorial iqlim qurşaqlarında yerləşir. Malakka yarımadası və Zond adalarında ekvatorial iqlim qurşağı hakimdir. Avrasiyada ən yüksək temperatur Ərəbistan yarımadasında (+54°C), ən az yağıntı Rub-Əl-Xali səhrasında (10 mm-ə qədər) qeydə alınıb.
Daxili suları: İqlim və relyefdən asılı olaraq daxili sular qeyri-bərabər paylanmışdır. Materikin çayları bütün dörd okeana və daxili (axarsız) hövzəyə aiddir. Daha sıx çay şəbəkəsi Qərbi Avropa, Şərqi və Cənub-Şərqi Asiyadadır. Mərkəzi və cənub-qərbi Asiyada çay şəbəkəsi seyrəkdir.
Təbii zonaları: Materikin böyüklüyü və iqlimin mürəkkəbliyindən asılı olaraq Avrasiyada bütün təbii zonalara rast gəlinir. Şimal Buzlu okeanı adaları və şimal sahilboyu Arktik (buzlu) səhra, şimal sahilboyu və bir qədər cənubda subarktik iqlim qurşağında tundra və meşə-tundra təbii zonaları yerləşir. Mülayim iqlim qurşağında daha çox təbii zona yerləşir və onların yerləşməsi mürəkkəbdir. Tayqa, qarışıq və enliyarpaq meşələr, meşə-çöl və çöl, yarımsəhralar bu qurşaq daxilində qarışıq yerləşir. Aralıq dənizi sahillərində subtropik meşə və kolluqlar (codyarpaq həmişəyaşıl meşələr), Ərəbistan yarımadası, İran yaylası, Mərkəzi Asiya və Hind-Qanq ovalığının qərbində mülayim, subtropik və tropik qurşaqların səhra və yarımsəhraları formalaşmışdır. Hindistan və Hind-Çin yarımadalarının daxili hissələrində savanna, Asiyanın şərq sahilboyunda dəyişən rütubətli meşələr, Malakka yarımadası, Şri-Lanka və Zond adalarında rütubətli ekvatorial meşələr yerləşir.
Avrasiya materiki aşağıdakı coğrafi obyektlər üzrə Avropa və Asiyaya ayrılır: Ural dağlarının şərq ətəkləri, Emba çayı, Xəzərin şimal sahilboyu, Kuma-Mamç çökəkliyi, Don çayının aşağı axarı, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi, Aralıq dənizi.
1 disqus-blogger
Açar sözlər

Yorum Gönder

Adsız

Dating for everyone is here: ❤❤❤ Link 1 ❤❤❤


Direct sexchat: ❤❤❤ Link 2 ❤❤❤

mN..

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget