Türyançay, Tikanlıçay, Ağçay (Qalaçay), Bümçay və Dəmiraparan çayların qovuşmasından yaranır. Göstərilən çayların hamısı şimaldan cənuba doğru axaraq Bozdağ silsiləsi qabağı birləşirlər. Əsas çay kimi Tikanlıçay götürülüb, Saralçay tökülənə qədər Qaracay adlanır. Tikanlıçayın (Qaraçayın) mənbəyi Bazardüzü (4485 m) dağının cənubi-qərb yamacında 3680 m yüksəklikdədir. Çay Tikanlı kəndi yanında iki sərbəst qola ayrılır. Birinci qol Nəzərçay və Ağçay (Qalaçay) tökülənədək sonra Türyançay adlanır. Sol qol cənub istiqamətində axır və Duruğaçay adlanıb və Bümçayla birləşir. Həftəran vadisində Türyançay Bümçay və Qarasuyu qəbul edir.
Türyançay Kürə süni məcra vasitəsi ilə qovuşur. Qarasu adlanan və Şirvan çaylarının töküldüyü yer qurudulmuş və bu çaylar XX əsrin 50-60-cı illərində süni məcra ilə Kürə birləşdirilmişdir. Girdimançayla Axsuçayların süni məcraları birləşdirilmişdir.
Türyançayın uzunluğu 180 km, hövzəsinin sahəsi 4840 km2-dir. Çay Qəbələ, Ağdaş, Ucar və Zərdab rayonlarının ərazisində axır. Türyançayın hövzəsinin orta eni 10,2 km, hövzəsinin orta yüksəkliyi 819 m-dir. Hövzəsinin 2500 m hündürdəki hissəsində meşə örtüyü yoxdur. Yamacları çox dikdir və in- tensiv parçalanır. Hövzəsində 4,2 km2 buzlaq vardır. Hövzəsində 445 km2 meşə örtüyü var. Çayın orta meyilliyi 20,5%- dir. Çay şəbəkəsinin sıxlığı isə 0,50 km/km2 -dir. Turyançayın 15 km uzunluğu olan 10 qolu var və onlardan ancaq ikisi sol qoludur. Türyançay yaz-yay gursululuğu və payız daşqınına malik çaydır. Qollarında qəza sel daşqınları yaranır. Ən güclü sellər Axçay (Qalaçay), Bümçay, Tükanlıçay və Dəmiraparan- çaylarda yaranır. Dəmiraparançayda qəza sel daşqınları 9 avqust 1899, 10 iyul 1945, 14 avqust 1949, 17.08.1959, 15.06.1962, 7.07.1969, 5.07.1974, 17 avqust 1999-cu illərdə böyük dağın- tılara səbəb olmuşlar.
Dəmiraparan çayda gursululuğun başlanmasının orta tarixi 21 mart, qurtarma tarixi 4 avqustdur, davamiyyəti 136 gündür. Bümçayda qəza sel hadisələri 9.08.1899, may 1927, 3.08.1930, 13 iyul 1945, 1 iyul 1953, 7.07.1963- cu illərdə ol- muşdur. Tikanlıçayda qəza sel daşqınları 08.1905, 29.05.1937, 11.07.1944, 16.05.1946, 26.06.1952, 15. 06.1952, 24.06.1968, 23. 08.1974-cü illərdə Axçayda, isə 05.1921, 07.1945, 14.08.1955, 8.08.1987-ci illərdə müşahidə edilmişdir. Gursululuq mart ayından iyunun sonuna bəzi illərdə iyulun ortalarınadək davam edir. İyul-avqust aylarında qıt- sulu rejim fazasıdır, lakin o yağış daşqınları ilə kəsilir. Sen- taybr-noyabr aylarında çayda payız daşqınları yaranır. Dekabr-fevral aylarında isə qış qıtsulu rejimi dayanıqlı olur. Türyançayın rejim xüsusiyyətləri dörd hidrometrik məntəqənin məlumatları əsasında təhlil edilir. Çay yaz gursululuğuna malikdir. Bumçayda gursululuğun başlanması- nın orta tarix 16 mart, qurtarması 13 avqustdur, orta dava- miyyəti isə 150 gündür. Türyançayın yuxarı axınında, yəni Tikanlıçayda (F=120 km2), orta çoxillik su sərfi 3,7 m3/s, ən kiçik su sərfi isə 0,26 m3/s 31 yanvar 1987-ci ildə müşahidə edilmişdir. Türyançayın mənsəbindən 96,5 km yuxarıda suqovşağı inşa edilmişdir. Suqovşağı çaydan suyun magistral kanala götürülməsi üçün qurulmuşdur. Türyançayın su qovşağından aşağıda (F=1440 km2) orta çoxillik su sərfi 7,30 m3/s, kanalların axımı ilə birlikdə 15 m3/s yaxındır. Ən böyük sərfi 26 iyun 1977-ci ildə 770 m3/s, ən kiçik su sərfi 26-31 iyul 1971-ci ildə 0,15 m3/s olmuşdur. Dəmiraparançayın qəbələ yaxınlıgındakı (F=126km2) ölçü məntəqəsində orta çoxillik su sərfi 4,3 m3/s, ən böyük su sərfi 8 iyun 1986-cı ildə 322 m3/s, ən kiçik su sərfi isə 26 fevral 1949-cu ildə 0,36 m3/s müşahidə edilmişdir. Türyançayın aşağı axını Qarasu adlanır, Göyçayla birləşir (F=6610 km2) və Zərdab şəhəri yanında ölçü məntəqəsi 1977-ci ildən fəaliiyət göstərir. Bu məntəqə mənsəbdən 1,5 km yuxarıdadır. Orta çoxillik su sərfi 20,5 m3/s, ən böyük su sərfi 27 iyun 1977-ci ildə 39 m3/s olmuşdur. Tikanlıçayda asılı gətirmələrin orta çoxillik sərfi təqri- bən 5,0 kq/s Türyançayın aşağı axınında (Qaraş-Zərdab) gətirmələr sərfi 50 kq/s böyük olur. Türyançay suqovşağı yaxınlığında asılı gətirmələr sərfinin orta çoxillik qiyməti 43 kq/s götürmək olar. Bulanlıq dərəcəsini isə 2600 q/m3. Də- miraparançayda asılı gətirmələrin orta çoxillik sərfi 17 kq/s il- lik axım miqdarı 540 min tondur. Bulanlıq dərəcəsinin orta miqdarı 3200 q/m3, ən böyük miqdarı 5 iyul 1974-cü ildə 70000 q/m3 olmuşdur. Axçay-Filfili kəndi yaxınlığında asılı gətirmələr 6,6 kq/s, bulanlıq dərəcəsi 2900 q/m3, Bumçayda (Bumkəndi) 4,3 kq/s, bulanlıqlıq dərəcəsi 1500 q/m3-dir. Türyançayın termik rejimi haqqında çoxillik məlumat Dəmiraparançay üçün mövcuddur. Digər ölçü məntəqələrində bir neçə il aparılmış ölçülərə görə orta qiymət hesablanmışdır. Dəmiraparançayda (Qəbələ) yanvar ayında suyun temperaturunun orta çoxillik qiyməti 1,20S, avqust ayınınkı 15,00S-dir. Ən yüksək temperatur 1 avqust 1976-cı ildə 24,80S olmuşdur. Türyançayın yuxarı axınında Tikanlıçayda yanvar ayında suyun temperaturunun orta qiyməti 1,50S, avqust ayınınkı 14,70S, ən yüksək temperatur 2 sentyabr 1985-ci ildə 24,40S olmuşdur. Türyançayın suqovşağındakı məntəqənin məlumatlarına əsasən yanvar ayında suyun orta tem- peraturu 6,00S, iyul ayında 17,50S, ən yüksək temperatur 28 iyun 1988-ci ildə 32,20S olmuşdur. Türyançayın mənsəbindən 1,5 km yuxarı (Qarasu-Zərdab) yanvar ayında tem- peratur 3,60S, avqust ayında 24,80S, ən yüksək temperatur 30,30S 2 avqust 1987-ci ildə qeyd edilmişdir. Çayda buz hadisələri sahil buzu formasında olur. Də- miraparançayda sahil buzu orta hesabla 20 gün ən soyuq 1971-1972-ci illərin qışında isə 67 gün olmuşdur. Buz hadisələri dekabrın ortalarında başlayıb və fevralın sonunda qurtarır. Aşağı axında ayrı-ayrı illərdə sahil buzu əmələ gəlir ancaq 3-5 gün davam edir. Türyançayın suyu hidrokar- bonatlıdır. Suyun minerallaşma dərəcəsi, yuxarı axınında 300 mq/1, orta və aşağı axınında 500 mq/l-dir. Çayın üzərindəki su qovşağı suyu baş kanala götürmək üçündür və çayın bütün eni boyu bənd tikilib, onun bir tərəfində su götürmək üçün sipər qurulub. Sağ sahildən suyu sol sahilə vermək üçün düker inşa edilmişdir. Dəmiraparançay və Vəndaşçay arasında su anbarı tikilib, onun həcmi 11 mln m3, dərinliyi 25 m-ə çatır.

Yorum Gönder