Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Frensis Dreyk

Frensis Dreyk təxminən 1540-cı ildə Krondeyldə, fermer ailəsində anadan olub. Qeyd edək ki, Frensis ailənin böyük uşağı idi. Artıq 12 yaşında o qohumunun ticarət gəmisində şagird olur. Frensis gəmi sahibinin xoşuna gəldiyi üçün onun ölümündən sonra elə gəmini məhz ona vəsiyyət edir. 18 yaşında isə artıq Dreyk gəminin kapitanı olur. 1567 –ci ildə frensis Dreyk Con Hokins ilə birgə Qvineyaya və Vest-hind adalarına yola düşür. Bu ekspedisiya zamanı Meksika qalası adlanan San-Xuan-de-Ulua yaxınlığında ingilis gəmiləri ispanların hücumuna məruz qalır

Frensis Dreyk təxminən 1540-cı ildə Krondeyldə, fermer ailəsində anadan olub. Qeyd edək ki, Frensis ailənin böyük uşağı idi. Artıq 12 yaşında o qohumunun ticarət gəmisində şagird olur. Frensis gəmi sahibinin xoşuna gəldiyi üçün onun ölümündən sonra elə gəmini məhz ona vəsiyyət edir. 18 yaşında isə artıq Dreyk gəminin kapitanı olur. 
1567 –ci ildə frensis Dreyk Con Hokins ilə birgə Qvineyaya və Vest-hind adalarına yola düşür. Bu ekspedisiya zamanı Meksika qalası adlanan San-Xuan-de-Ulua yaxınlığında ingilis gəmiləri ispanların hücumuna məruz qalır. Bu hücum zamanı hər iki tərəfdən bir xeyli itki baş verir. Yalnız Dreyk və Hokinsin gəmisi salamat qalır. İngilislər ispan kralından itirilmış gəmilərin və ümumiyyətlə onlara vurulmuş ziyanın qarşılığını ödəməyi tələb edirlər. Təbii ki, kral bu şərti qəbul etmir. Onda Dreyk hər kəsin qarşısında söz verir ki: “mən ispan kralından ala biləcəyim hər nə varsa onu mütləq alacam”. 

Artıq 1572-ci ildə Frensis şəxsi ekspedisiyasına, ispan torpaqlarına vest-hind adalarına yola düşür. Burada o, Nombre-de-Dyos şəhərini, sonra isə Kartahena limanının yaxınlığındakı bir neçə gəmini ələ keçirir. Bu hücum zamanı Dreyk Panama boğazındakı ispan karvanına da basqın edir. Nəticədə, 30 min gümüş məbləğində qənimətə sahib olur. 9 avqust 1573-cü ildə Dreyk İngiltərəyə artıq varlı bir kapitan kimi geri qayıdır. 

15 noyabr 1577-ci ildə Dreyk kraliça Yelizavetanın əmri ilə Amerikanın Sakit okean sahilinə ekspedisiyaya göndərilir. Səyahətin rəsmi məqsədi yeni torpaqların, xüsusilə Avstraliyanın kəşfi ilə bağlı olsa da, amma əslində Dreyk ispan qızıllarını talayıb əldə etdiyi qənimətlə İngiltərəyə geri dönməliydi. Səyahət zaman Frensis 4 böyük və 2 kiçik gəmidən ibarət olan qrupa rəhbərlik edirdi. Ekspedisiya zamanı yalnız “Pelikan” adlı gəmi Sakit okeanı fəth edə bilir.
Dreyk Cənubi Amerikanın sakit okean sahilindən şimala doğru hərəkət edərək ispan portlarına hücum edir. Basqın gedişatında İspan koloniyasının cənubundan Vankuverə kimi olan əraziləri araşdırır. 

17 iyun 1579 –ci ildə Dreyk San-Fransiskoya yan alır və o, bu ərazini İngiltərənin mülkiyyəti elan edir. Səyahət çərçivəsində məşhur səyyah Afrika qitəsindən yan keçərək əldə etdiyi 600 min funt-sterlinq məbləğində olan qənimətlə, və o dövr üçün kifayət qədər əhəmiyyətə malik olan kartofu öz vətəninə gətirməklə İngiltərə höküməti, xüsusilə kral hakimiyyəti və yerli insanlar tərəfindən təntənə ilə qarşılanır. İngiltərə kraliçası onu ənənəvi sərkərdə mükafatı ilə təltif edir. Bundan daha da həvəslənən səyyah elə kraliçanın növbəti maliyyə dəstəyi ilə səyahətini davam etdirir. Vest-hind adalarında əvvəllər gəlmədiyi və torpağına ayaq basılmadığı bir sıra yeni adaları da kəşf edir. 
Onun bu cür mütərəqqi əhəmiyyətə malik, digər tərəfdən elm aləminə məlum olmayan əraziləri kəşf etməsi, səyyah adını dünya şöhrətlilər siyahısına daxil edir. 
Magellan boğazını keçərkən Dreyk fırtına nəticəsində “alovlu torpağın” cənubuna atılır, elə bununla da müəyyən edir ki, həmin ərazi Amerika qitəsinin tərkib hissəsi deyil. Daha sonralar isə bu boğaz məşhur səyahətçinin adı ilə adlandırılır.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget