Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "ixtiralar"

,
İlk Xəritəni kimlər kəşf edib ?

Xəritə nə vaxt icad edildi, ilk xəritə nə zaman çəkildi, xəritə necə tapıldı, xəritəni kim nə zaman tapdı ?


Dünyanın bilinən ən qədim xəritə İraqda edilən bir qazıntı əsnasında ortaya çıxmışdı. E.ə. 1000-ci ildən qalma bir tablet olan bu xəritə, günümüzə qədər olan ən qədim xəritəsi olma ünvanını daşıyır. Bu xəritədə, dünya ətrafı su ilə örtülü bir yumru olaraq göstərilir. Babil də, bu yuvarlağın mərkəzindədir. 

Yunanlı tarixçi Heredot isə, e.ə. 450-ci ildə etdiyi xəritədə, Xəzər dənizini dünyanın sərhədi olaraq deyil, bir daxili dəniz kimi göstərir. E.ə. 300-ci ildə bir dünya xəritəsi tərtib edən Yunanlı  Dikeardus, müxtəlif ölkələrin bir-biriylə əlaqələrini göstərmək üçün xəritəsinin üzərinə xəttlər çəkmişdir.

Dünyanın yumuru olmasına səmimi iman gətirmiş Aristotel yer üzündə mülayim və tropik qütb bölgələrinin varlığını xəyal etmişdir. 2-ci əsrdə də Ptolemaios çağının coğrafiya və xəritəçilik üstündəki məlumatlarının maraqlı bir sintezini etmişdi amma qərb Avropa bu işlərdən çox uzun bir müddət xəbərsiz qalacaqdı.

Kim nəyi kəşf edib ?
Əbəs yerə demirlər ki, qloballaşan dünyada texnoloji yeniliklərin inkişaf sürətinə yetişmək mümkün deyil. İnsan zəkasının dinamik inkişafı sayəsində ərsəyə gələn yeniliklər zaman-zaman hər birimizdə təəccüb doğurub. İllər öncə möcüzə hesab edilən bir çox kəşf bu gün gündəlik həyatımızın ayrılmaz parçasına çevrilib. Təbii ki, hər bir qlobal kəşfin bir səbəbkarı var. Yəni onları ixtira edən şəxslər. Bu yazıda da diqqətimizi çəkən və oxucular üçün də maraqlı olacağını hesab etdiyimiz tarixi kəşflər barədə məlumat verəcəyik.


Kim nəyi kəşf edib ?
TELEQRAF: Uilliam Kuke və Carles Uhetston adlı iki ingilis fiziki 1837-ci ildə naqil vasitəsilə elektrik cərəyanı göndərərək mesaj çatdırmağı bacardı. Beləliklə də ilk elektrik teleqraf maşını ortaya çıxdı. Elektrik cərəyanı alıcı cihazın siferblatındakı silsiləvi iynəni hərəkət etdirərək çatdırılacaq mesajın görüntüsünün ekranda meydana çıxmasına kömək olurdu.

MORZE ƏLİFBASI: 1843-cü ildə Samuel teleqraflarda nöqtə və xətlərdən ibarət olan məşhur Morze əlifbasını kəşf etdi. Samuel 60 km uzaqlıqdakı Vaşinqtona bir teleqraf xətti çəkərək, ondan prezident seçkiləri ilə əlaqədar xəbərləri çatdırmaq üçün istifadə etdi.

TELEFON: 1876-cı ildə Aleksandr Qraham Bell və Tomas Uatson adlı iki elektrik mühəndisi telefonu icad etdi. Tarixdəki ilk telefon zəngini 10 mart 1876-cı ildə Bell edib. Deyilənə görə isə Aleksandr Qraham Bell ilk telefon xəttini sevgilisinin evinə çəkib. Elə telefonda demək olar ki, hər gün neçə dəfə istifadə etdiyimiz “alo” sözü, əslində onun sevgilisinin qısaldılmış adıdır. Sevgilinin tam adı Allessandra Lolita Osvaldodur. Bu iş yerində telefonla axtaranın Allessandra Lolita Osvaldodan başqası ola bilməyəcəyini düşündüyündən Qraham Bell, dəstəyi qaldırarkən Allessandra Lolita Osvaldo deyirdi. Lakin o, zamanla sevgilisinin adını qısaltmağa başladı və sonda ona Alo deməyə başladı. Lakin telefonun kəşfindən başqa bir şey düşünməyən Qraham Bellin sevgilisi çox keçmədi ki, onu tərk etdi. Yaşlanmış Bell sevgilisinin bir gün ona zəng edəcəyi ümidi ilə yaşayırdı. Ona görə də o, kimin zəng eləməyindən asılı olmayaraq, hər kəsə “Alo” deyirdi. Bu gün hamımızın istifadə etdiyi “alo” sözü o günlərdən günümüzə qədər gəlib çıxıb. Sevgilisinin onu tərk etməsinə baxmayaraq insanlar onun bu əvəzsiz kəşfini yüksək qiymətləndirmişdilər. Belə ki, 1922-ci ildə yağışlı avqust səhərlərinin birində ABŞ və Kanadada bütün telefonlar bir dəqiqəlik söndürülür.
Amerika Aleksandr Qraham Belli dəfn edirdi, 13 milyon telefon aparatı isə dahi ixtiraçının şərəfinə susurdu.

Kim nəyi kəşf edib ?MOBİL TELEFON- Mobil telefonların ixtirası sabit telefon xətlərinin “yük”ünü nisbətən azaltdı. İndi insanlar ünsiyyət saxlamaq məqsədi ilə istifadə etdikləri mobil telefonların kəşfinə görə Richard H. Frenkiel və Jol S. Engelə minnətdar olmalıdırlar. 1947-ci ildə D.H.Ring simsiz telefonun kəşfinə cəhd etsə də , bu cəhd uğurlu nəticələnməmişdi. Yalnız 1960-cı illərdə Richard H. Frenkiel və Jol S. Engelin kompyuter və elektronikadan istifadə etməsi nəticəsində bu proses uğurlu alınmışdı.

Onu da qeyd edək ki, ilk mobil şəbəkə 1979-cu ildə Yaponiyada yaradılıb. Milyardlarla insanın harda olmalarından asılı olmayaraq, ünsiyyət yaratmaqlarına şərait yaradan Richard H. Frenkiel və Jol S. Engel bu kəşflərinə görə Milli Texnologiya mükafatı ilə təltif olunmuşlar. 2010-cu ildə 53 ölkə arasında aparılmış statistikadan məlum olur ki, ən çox mobil telefon istifadəçisi Çindədir (794,779,000). Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, son il ərzində Azərbaycanda mobil telefon istifadəçilərinin sayı 1,4 milyon və ya 19 faiz artaraq 8,5 milyon nəfər təşkil edib.

Xatırladaq ki, 2009-cu ildə ölkədə mobil telefon istifadəçilərinin artımı 1 milyon 209 min 120 nəfər təşkil edərək ümumi göstərici 7 milyon 757 min 120 nəfər olmuşdur. 2010-cu ilin yanvar ayının 1-nə olan vəziyyətə görə, hər 100 nəfərə 86,2 mobil rabitə abunəçisi düşür. RADİO: 1902-ci də italyan ixtiraçı Quqlelmo Markoni kabel ya da tel olmadan bir yerdən digərlərinə mesaj göndərmənin yolunu kəşf etdi. Beləcə radio meydana gəldi. Markoni ilk dəfə olaraq 9 metr uzaqdan qapının zəngini vurmağı bacara bilmişdi və bunu edərkən hansısa bir naqildən istifadə etməmişdi. O, istifadə etdiyi üsula "elektromaqnit" adını vermişdi. FM RADİO: 1920-ci ilə Eduin Hovard Armstronq, FM radionu inkişaf etdirdi. Elektrik mühəndisi Armstronq FM radionu kəşf edərkən elektromaqnetik ötürüçülərdən istifadə edib.

PEYK: İlk peyk 4 oktyabr 1957-ci ildə SSRİ tərəfindən orbitə göndərilib. "Sputnik" adı verilən dünyanın ilk süni peykinin ağırlığı 82 kq idi. FAKS APARATI: 1980-ci illərdə kəşf olunsa da, belə bir alətin kəşfi üçün cəhdlərin tarixi 19-cu əsrə qədər gedib çıxır. Belə ki, 1843-cü ildə, hələ telefon kəşf edilməmişdən öncə, ingilis Aleksandr Brain, 1862-ci ildə italyan həkim Giovanni Caselli, daha sonra amerikalı Elisha Gray, 1902-ci ildə Artur Korn və nəhayət, 1925-ci ildə Eduard Berlin faks təmayüllü bir sıra maşın kəşf etdilər. 1964-cü ildə isə “Xerox Coorperation” “Uzunməsafəli Surətçıxartma” adlandırdıqları aparatı ictimaiyyətə təqdim etdilər. Bu aparat vasitəsi ilə 6 dəqiqə ərzində bir səhifəlik sənədi bir yerdən başqa yerə ötürmək mümkün olurdu. Bu proses çox ləng getsə də, 1970-ci illərdə yapon şirkətlərinin bazara daxil olması ilə daha asan işləyən, daha sürətli və keyfiyyətli faks maşınlarının istehsalına başladılar.

ÇÖRƏKQIZARTMA MEXANİKİ MAŞINI: 1909-cu ildə “Ceneral Elektrik” şirkəti, ilk elektrikli çörəkqızartma maşınını bazara çıxarıb. Dilimlənmiş çörək elektriklə isidilən bir tel üzərinə qoyulurdu. Nizamlı bir saat vaxt tamam olanda elektriki kəsir və çörəyi çölə tərəf itələyirdi.

MEXANİKİ SAAT: 999-cu ildə Qerbert bəşəriyyətin vaxtı ölçə bilmə arzusuna xidmət etmək üçün yeni bir məhsul ortaya qoydu. Fransız keşiş və sonrasında Papa olan Qerbert ilk mexaniki saatı kəşf etdi.

TİKİŞ MAŞINI: İlk tikiş maşını 1830-cu ildə Bartelemi Timonner tərəfindən icad edilib. Lakin o dövrlərdə bir çox dərzi işini itirəcəyi qorxusuyla bu maşınları sındırırdı.

ELEKTRİK ÜTÜ: 1882-ci ildə Anri Sili elektrik ütünü kəşf edib. Bundan qabaqkı ütülər isə dəmirdən idi və odun üzərində isinirdi.

ELEKTRİK SÜPÜRGƏ: Elektrikli süpürgə 1901-ci ildə Habert Buz tərəfindən icad edilib. Buzun tozsoranı o qədər böyük idi ki, bir yerdən başqa yerə aparmaq üçün atlı avtomobildən istifadə edilirdi. Lakin cihaz yaxşı işləyirdi; belə ki, ingilis kralı VII Eduard öz tacqoyma mərasimindən əvvəl salondakı xalçaların bu süpürgə ilə təmizlənməsini istəmişdi.

ELEKTRİK SOYUDUCU: İlk elektrikli soyuducu Karl Linde tərəfindən 1877-ci ildə kəşf edilib. Lindenin cihazı ilə yeməkləri soyutmaq üçün freon qazı əvəzinə metil adlı son dərəcə partlayıcı bir qazdan istifadə edilirdi. Ona görə də bu soyuducu çox yayılmadı. Freon qazı istifadə edilən ilk soyuducunu isə Balzer Von Platen ilə Karl Munters birgə hazırlayıb.(ictnews.az)

Hiqrometr - rütubət ölçən cihazdır. Yunan sözü olub hiqros - "nəm" deməkdir. İki növ hiqrometr vardır: kondensasyalı metal hiqrometr və tük hiqrometri.
Kondensasyalı metal hiqrometr bilavasitə şeh nöqtəsini təyin etməyə imkan verir. O, bir üzü yaxşı cilalanmış metal qutudan ibarətdir. Qutuya temperaturu ölçmək üçün termometr və efir vurmaq üçün rezin kürəcik birləşdirilir.
Şeh nöqtəsi - havadakı su buxarının doymuş buxar halına keçdiyi temperatura deyilir. Efir buxarlandırmaqla qutunun hamar üzündə şeh yaranmasına nail olunur. Bu hala uyğun tempraturu bilməklə cədvələ əsasən havadaki mütləq rütubət təyin edilir.
Mütləq rütubət - ədədi qiymətcə havanın bir m3 həzmindəki su buxarınən kütləsinə bərabər olan kəmiyyətə deyilir, ρ=m/V . Ölçü vahidi 1 q/m3.
Nisbi rütubət - verilmiş temperaturda havanın mütləq rütubətinin, həmin temperaturda doymuş su buxarının sıxlığına olan nisbətinin faizlərlə ifadəsinə deyilir , φ=ρ/ρ0·100%.
Tüklü hidrometr - iş prinsipi insan tükünün rütubətlə uzanmasına əsaslanan cihazdır. Şkalanın üzərindəki əqrəb havanın nisbi rütubətini gostərir.
Psixrometr - havanın nisbi rütubətini təyin etməyə imkan verən cihazdır və əsasən iki termometrdən ibarətdir. Omlardan biri-quru termometr havanın temperaturunu göstərir. Digər termometrin kürəciyi ucu suya salınmış parça ilə sarınmışdır. Su buxarlanır və termometr soyudur və bu səbəbdən quru və yaş termometrlərin göstərişləri arasında fərq yaranır. Həmin farq havanın nisbi rütubətindən asılıdır. Termometrlərin göstərişlərinə əsasən xüsisi cədvəllərin köməyi ilə havanın nisbi rütubərini təyin etmək mümkündür. Psixrometr hiqrometrə nisbətən rütubəti daha böyük dəqiqliklə təyin etməyə imkan verir. Texnoloji proseslərdə rütubəti ölçən və tənzimləyən başqa vasitələr də vardır.

Dünyaca məşhur ingilis «The Independent» qəzeti öz sayında müsəlmanların 20 ən böyük kəşfinin siyahısını dərc edib. «Sabah.com.tr» saytının məlumatına görə, qəzet müsəlmanların qəhvə, tibb ləvazimatlarının dizaynı və qələm kəşflərinin bəşəriyyətin yaşayışına necə təsir etdiyini açıqlanıb. 

Müsəlmanların 20 ən böyük kəşfi: 

1. Qəhvə
Rəvayətə görə, Cənubi Efiopiyada Xalid adlı bir ərəb çoban qoyunların bir bitkini yedikdən sonra canlanığını görüb. O, həmin bitkidən toplayaraq onu qaynadıb və içib. Bununla da bitkinin istifadəsi başlayıb. Qəhvə Avropaya, daha dəqiq desək, İtaliyanın Venesiya bölgəsinə yalnız 1645-ci ildə gəlib çatıb.

2. «Gözün sirri»
Qədim yunanlar insan gözündən işıq şüalarının çıxdığını, buna görə də görə bildiyini deyirdilər. X əsrdə isə müsəlman alim İbn Haytam işıq şüalarının insan gözündə əks olunmasını, sınmasını, bunun sayəsində görə bildiyimizi kəşf etmişdi. 

3. Şahmat
Şahmatın müasir versiyası ilk dəfə İranda kəşf edilib və bundan sonra Avropaya yayılıb. 

4. Uçmaq cəhdi
Rayt qardaşlarının ilk uçmaq cəhdindən təxminən 1000 il öncə Abbas İbn Firnas adlı bir ərəb «Ulucami» məscidinin minarəsindən taxta qanadlarla uçmağa cəhd edib. Uça bilməyib, amma taxta qanadların yaratdığı paraşüt effekti ilə yerə asta şəkildə enib. 875-ci ildə 70 yaşında ikinci dəfə, bu dəfə ipək və qartal tüklərindən hazırlanmış qanadlarla uçmağa cəhd edib və təxminən 10 dəqiqə havada qalıb.

5. Sabun və şampun
Sabun daha öncələr Qədim Misirdə də olub, amma ərəblər həmin sabuna bitki yağı əlavə etməklə müasir dövrdə istifadə edilən sabunu kəşf ediblər. Şampun da ərəblərin kəşfidir, İngiltərəyə ilk dəfə 1759-da gətirilib.

6. Maye
Müxtəlif qaynam temperaturu sayəsində mayelərin bir-birindn fərqləndiyii ilk dəfə Cabir İbn Həyyan adlı müsəlman kəşf edib. O, etdiyi təcrübələrdə müasir kimyanın banisi sayılır.

7. «Mil sistemi»
Düz hərəkəti dönən hərəkətə çevirən mil sistemi ilk dəfə olaraq müsəlman elm adamı Əl-Ciziri tərəfindən kəşf edilib. 

8. Paltar
Üz və astardan ibarət paltar hazırlanması ilk dəfə Orta Asiyada kəşf edilib. 

9. Günbəz
Günbəz və bu kimi yumru şəkildə olan tikintiər İslam memarlığının məhsuludur. İngiltərə kralı V Henrinin sarayının memarı da müsəlman olub.

10. Cərrah alətləri
Bu gün dünyada istifadə olunan bütün cərrah alətlərinin dizaynını Əl-Zəhrəvi hazırlayıb. Onun hazırladığı alətlərdən 200-ə yaxını bu gün də istifadə edilir.



11. Külək dəyirmanı
Külək dəyirmanı ilk dəfə İranda kəşf edilib, daha sonra ərəb ölkələrində də istifadə edilməyə başlanılıb. Avropada ilk külək dəyirmanları isə bundan 500 il sonra istifadə edilib.

12. İynə (tibbi)
İlk dəfə olaraq iynədən istifadə də İslam dünyasında baş verib. Çiçək xəstəliyinə qarşı peyvənd Avropada kəşf ediləndən 50 il öncə Osmanlıda tətbiq edilib.

13. Mürəkkəbli qələm
İlk belə qələm 953-cü ildə Misir Sultanlığında kəşf edilib.

14. Alqoritm və Triqonometriya
Alqoritm və Triqonometriya Avropaya İslam dünyasından gedib. 

15. 3 növ yemək
İlk dəfə İspaniyanın Kordoba əyalətində müsəlmanlar yemək zamanı 3 növ yemək mədəniyyətini dünyaya çatdırıblar. 

16. Xalça
Xalçanı da Avropaya müsəlmanlar gətirib.

17. Çek (sənəd)
Müasir banklarda istifadə edilən çeklərin mənşəyi ərəblər tərəfindən istifadə edilən və «sak» adlandırılan kağız olub.

18. Dünya və Günəş
Müsəlman alimlərindən bir çoxu artıq IX əsrdə Dünyanın Günəş ətrafında fırlandığını deyiblər. Qaliley isə bunu müsəlmnlardan 500 il sonra deyib. Müsəlmanların o vaxtkı hesablamalarına görə, Yer kürəsinin diametri 40 253 km idi (indiki ölçüsündən cəmi 200 km az).

19. Barıt
Ərəblər barıtı ilk dəfə hərbi məqsədlərlə istifadə ediblər. Xüsusən də Xaç Yürüşləri zamanı müsəlmanlar tərəfindən istifadə edilən roketə bənzəyən silah xristianları dəhşətə gətirmişdi.

20. Baxça mədəniyyəti
Evlərin həyətində baxça mədəniyyəti, baxça dekorasiyası Avropaya ilk dəfə müsəlmanlar tərəfindən gətirilib.
Mənbə:

Dinamitə dağ-mədən sənayesində, inşaat sənayelərində daha çox ehtiyac duyulsa da, o, öz tarixində hərbi səhifələrə də malikdir. Dinamiti isveç mühəndis-kimyaçısı Nobel Alfred Bernxard kəşf edib. İxtiraçı kəşfinə 1867-ci ildə patent alıb. 1940-cı illərdə partlayıcının ən böyük istehsalçısı Cənubi Afrika Respublikası idi. Burda ilk fabrik 1902-ci ildə qurulub. Dinamitə tələbat isə qızıl mədənləri sayəsində yarandı. Belə ki, bəzən qayaları partlatmaq lazım gəlirdi. Dinamiti istehsal etmək təhlükəli idi. 1960-cı illərdə Somerset Qərbi zavodunda iki böyük geniş partlayış baş verdi. Xeyli sayda işçi həyatını itirdi. Bundan sonra, fabrikə işçi axını da zəiflədi. Həmkarlar ittifaqının təzyiqi nəticəsində, fabrik 1985-ci ildən sonra dinamit istehsalını zəiflətdi. Hətta, bir müddət sonra fabrik manufaktura xarakteri alaraq yalnız ammonyak nitratı emulsiyası istehsal etdi. ABŞ-da isə dinamit istehsalı 1885-ci ildən başlayıb. Kimyaçı Rassell Penniman çox bahalı və az tapılan maddə nitroqliserinə ammonium nitratı əlavə edir. Beləcə, dinamitin tərkibinə uyğun qatışıq əmələ gəlir. Nitroqliserinin 85 faiz enerji göstəricisi artıq yeni qatışıqda cəmləşdi. Bundan sonra Ostonda partlayıcı maddə istehsal edən ilk fabrik yarandı. Bu dinamitlər ticarət markalı firmanın adı ilə satışa çıxarılırdı. Zamanla istehsalatda daha ucuz başa gələn maddələrdən və müxtəlif üsullardan istifadə etməklə dinamit hazırlanmağa başladı. Dinamit yüksək partlayıcı maddə hesab edilir. Faktiki olaraq tərkibində 60 faizdən çox TNT vardır. Əsas xammal kimi onun istehsalında nitroqliserindən istifadə edilir.


Hər bir qazın, həmçinin Yer kürəsini əhatə edən havanın öz kütləsi var. Barometr vasitəsilə onun əşyalara etdiyi təzyiqi ölçmək olar. Atmosfer təzyiqini bildikdə isə havanın necə olacağını proqnozlaşdırmaq  və ya təyyarənin uçuş hündürlüyünü müəyyənləşdirmək asanlaşır.1643-cü ildə italyan fizik və riyaziyyatçı Torriçelli civə barometrini ixtira etdi. Bununla da o, havanın təzyiqinin ölçülə bildiyini göstərdi. Atmosfer təzyiqi dağlarda və dəniz səviyyəsində müxtəlifdir, o həm də havadan asılıdır. Yağışdan əvvəl atmosfer təzyiqi aşağı düşür, hava yaxşılaşandan öncə də qalxır. Təyyarə hündürlük yığanda təzyiq aşağı düşür,
(hər 100 metrdə civə sütunun un 1 santimetri qədər), və əksinə, təyyarə aşağı enəndə təzyiq qalxır. Beləliklə də, barometrin köməyilə uçuş hündürlüyünü təyin etmək olar.Hündürlüyü müəyyənləşdirmək üçün daha dəqiq cihaz altimetr adlanır. Onun iş prinsipi demək olar ki, barometrin iş prinsipi ilə eynidir.http://www.samoeinteresnoe.com

,

İnsanlar daim bir çox əşyaları gözlə gördüklərindən daha yaxşı görmək istəmişlər. İlk böyüdücü  linzalar e.ə. 700-cü ildə Orta Şərqdə ixtira olunmuşdu. O zamandan  etibarən insanların kiçik hissəcikləri  gözlə  görə biləcəyi qədər yaxınlaşdıran, daha aydın görmələrinə yardım edən bir çox araşdırmalar aparmışlar.  Bu sahədə teleskopun ixtirasının əhəmiyyəti çox böyük  oldu, elmdə əsl inqilab yaratdı. Dəqiq optika kainatı dərk etmək üçün çox qüdrətli idrak vasitəsinə çevrildi. İlk teleskopun düzəldilməsinə durbinin ixtirası ilə başlanmışdır. Maraqlıdır ki, bu qədər gözəl kəşf sırf təcrübə yolu ilə və tam təsadüf edilmişdir.  Belə ki, XVII əsrin əvvəlində

nider­landlı Yakov Metenus adlı bir şəxs güzgü və «yandırıcı şüşə» düzəltmək həvəsi sayəsində müxtəlif linzalar əldə etmişdi. Lakin o, heç vaxt elmlə məşğul olmamışdı.  Bir dəfə o, borunun bir ucuna çökək, o biri ucuna qabarıq linza bərkidir. Bu uğurlu əməliyyat nəticəsində durbin cihazı ixtira olunur.

         Maraqlı təsadüfdir ki, Metenusdan başqa, durbini bir-birindən xəbərsiz olaraq, həm də
optika elmi ilə əlaqəsi olmayan bir neçə sənətkar durbin düzəltmişlər. Onlardan biri, hollandiyalı eynək ustası İohans  Lippersqey (1570-1619) düzəltdiyi teleskopu 1608-ci ildə nümayiş etdirmişdi. Bu cihaz hər iki ucunda böyüdücü linzalar olan uzun boru idi. İki linzanın ortaq ölçüsü adi gözlə görünməyən uzaqdakı cisimləri aydın görmək imkanı verirdi.
         İtaliyalı  alim Qalileo Qaliley (1564-1642) teleskopun quruluşu haqqında  heç nə bilmirdi, lakin o, optikanın qanunlarına yaxşı bələd idi. Belə bir cihazın kim tərəfindənsə ixtira edilməsi xəbəri onu düşünməyə vadar etdi. Çox keçmişdi ki, Qaliley öz elmi düşünməyə vadaretdi. Çox keçmədi ki, Qaliley öz elmi düşüncələri əsasında bir teleskop düzəltdi. Doğrudur Qalileyi teleskopun ixtiraçısı saymaq olmaz, lakin şübhəsiz ki, elmi əsaslarla teleskopu  düzəltmiş ilk alim də olur. Həm də Qaliley teleskopla  baxarkən çoxlu yeni ulduz kəşf etdi. Çoxlarının yeddi ulduz  birləşməsi hesab etdiyi Yeddiqardaşda, sən demə 30 ildir birləşibmiş, Orion ulduz birləşməsində isə səkkiz əvəzinə səksən ulduz varmış. Ayda isə Qaliley dağlar, dərələr, kraterlər müşahidə edir və hətta onların bəzilərinin kölgələri əsasında hündürlükləri  də ölçülər.
         Qaliley 1632-ci ildə «Kainatın iki sistemi haqqında dialoq» əsərini yaradaraq burada polyak alimi Kopernikin Yerin Günəş ətrafında fırlanması fikrini müdafiə etdi. Bu ideya Roma katolik ilahiyyatçılarının kəskin qəzəbinə səbəb oldu. Kilsə təliminə qarşı çıxmaqda ittiham olunan Qaliley məhkum edildi.
         Sonralar teleskop xeyli təkmilləşdirildi. Bu işdə İohann Kepler və İsaak Nyuton kimi alimlərin xidmətləri xüsusilə böyük oldu./http://tarix.info/

,
Seysmoqraf — seysmik dalğaların bütün tiplərinin ölçülməsi üçün istifadə olunan xüsusi cihazdır. Adətən seysmoqraf, yaylı bərkitmə üsulu ilə bərkidilmiş yükə malikdir və zəlzələ vaxtı hərəkətsiz qalır. Ancaq cihazın qalan hissəsi (dayaq, korpus) hərəkətə gəlir və yük nisbətən yerini dəyişir. Bir sıra seysmoqraflar horizontal hərəkətlərə həssasdır, qalanları isə — vertikal hərəkətlərə həsasdır. Dalğalar hərəkət edən kağız lentində titrəyən qələmlə qeyd edilir. Elektron seysmoqraflar (kağız lentsiz) mövcuddur.İlk sesmoqraf Cində yaradılmışdır.
    Tarixində bu qədim sesmoqrafı belə təsvir  olunub:,  böyük tuncdan diametri təxminən 2 metr olan və başın ətrafında səkkiz nöqtədə tuncdan topları var idi. Nə vaxt ki zəlzələ olsaydı həmin o tunc toplar aşağı düşərdi və hansı tərəfdəki tunc top düşsəydi deməli  zəlzələ  istiqamətini göstərmiş olurdu.Tarixdə bu cihazın ən azı bir zəlzələni qeydə alması faktı var.
Beləki  Qansuda böyük zəlzələ vaxtı bizim eranın 143-də, seismoqraf heç kəsin hiss etmədiyi zəlzələni qeydə almışdır .

,
Kompas — fəzada istiqaməti təyin etmək üçün tətbiq olunan ölçü cihazıdır. XI əsrdə Çin alimi Şen Qua kompasın bir neçə növünü icad etdi. Bu kompasların əsas üstünlüyü əqrəbin istiqaməti suda yox, havada göstərməsi idi. Çünki su ilə müqayisədə hava əqrəbə az müqavimət göstərir və nəticədə, əqrəb istiqaməti daha dəqiq müəyyən edirdi. Digər tərəfdən, Şen Quanın icad etdiyi bu kompaslar müasir kompaslara daha yaxın idi.Hərfi mənası italyan dilində "com-passo", yəni, "qövs yolu" deməkdir. Bu cihazın ən qədim forması istiqaməti yerin maqnit sahəsi əsasında müəyyən edən maqnit kompasıdır. Kompas ilk dəfə eradan əvvəl təqribən 3-2-ci əsrlərdə Çində icad edilmişdir. İlk kompas qayıqvari maqnitdən ibarət idi. "Qayığın" bir ucu kürəyə, bir ucu isə oxa bənzəyirdi. 11-ci əsrdə isə Çində balıqvari kompas icad edildi. "Balıq" sərbəst şəkildə üzür və başı ilə istiqaməti göstərirdi. Bu əsrdə Çin alimi Şen Qua kompasın bir neçə növünü icad etdi.
Bu kompasların əsas üstünlüyü əqrəbin istiqaməti suda yox, havada göstərməsi idi. Çünki su ilə müqayisədə hava əqrəbə az müqavimət göstərir və nəticədə, əqrəb istiqaməti daha dəqiq müəyyən edirdi. Digər tərəfdən, Şen Quanın icad etdiyi bu kompaslar müasir kompaslara daha yaxın idi.
Gəmilərdə istifadə olunan kardan asılqanlı kompas (1269)
XII əsrin əvvəllərində Çin kompası Ərəbistana, XIII əsrin əvvəllərində isə Avropaya keçdi. Avropada isə Çin kompasından ilk istifadə edənlər italyanlar oldular. İtalyanlardan sonra Avropadakı başqa xalqlar da kompasdan istifadə etməyə başladılar.
XVI əsrin əvvəllərində italiyalı Flavio Coyya kompası təkmilləşdirdi. Coyya maqnitləşdirilmiş əqrəbi bir iynənin ucuna qoyaraq kağız dairənin mərkəzində yerləşdirdi, sonra da bu kağız dairəni 16 hissəyə, yəni, 16 rumba böldü (yeri gəlmişkən deyək ki, yunan dilində "rhombos" "dairəvi hərəkət" deməkdir). Sonrakı illərdə rumbların sayı 16-dan 32-yə çatdırıldı. Bu sadə ixtira dənizçiliyin inkişafında çox böyük rol oynadı. Artıq dənizçilər uzaq və təhlükəli səfərlərə qorxmadan çıxmağa başladılar.
Sonralar kompas müxtəlif alimlər tərəfindən daha da təkmilləşdirildi. Bu gün istifadə etdiyimiz kompası isə ilk dəfə 1483-cü ildə portuqaliyalı Pyer Qarsia Ferdinand icad etdi. Maqnit kompaslarından başqa, ən çox istifadə edilən kompaslar isə hiroskopik və elektron kompaslardır.

Çin Gəmiçilik Elmi-Tədqiqat Mərkəzi (China Ship Scientific Research Center) təxminən 100 təşkilat və şirkətin köməyi ilə “Tsyaolun” (Jiaolong), adında 3 yerlik unikal batiskaf yaradıb. Onun adı mifik dəniz əjdahasının adından götürülüb. Hələ 2004-cü ildə Çin elan etmişdi ki, dünyanın ən dərin sularına enə bilən batiskaf üzərində işləyirlər. Nəhayət bu sualtı aparat rəsmi olaraq dünyaya elan edildi. New York Times qəzeti yazır: batiskafı hazırlayanların sözlərinə görə, bu yaxınlarda Cənubi-Çin dənizində bu aparatın təsir bağışlayan yoxlamaları aparılıb. China Daily-nin verdiyi məlumata görə: hələ keçən il təzə aparatın birinci - “cüzi” enmələri yüzlərlə metri keçib, lakin 2010-cu ilin bahar və yayında “Tsyaolun” 17 enmə yerinə yetirib, onlardan 4-ü isə 3 km-dən artıq olub. Bunların ən dərini isə 3759 m olub. Beləliklə, Çin belə dərin sulara enə bilən texnikaya malik olan ölkələrə - ABŞ, Yaponiya, Rusiya, Fransaya qoşula bilmişdir. Lakin yeni batiskaf bundan daha çox imkanlara malikdir.Qeyd edək ki, yeni aparat öz analoqlarının arasında ən dərinə enən olmasa da, onun nəzərdə tutulan enmə dərinliyi 7 km-ə çatır. Müqayisə üçün qeyd edək ki, məşhur rus aparatı “Mir” 6 km dərinliyə enə bilir. Ancaq mövcud batiskafların rekordçusu yaponların Shinkai adında aparatı olanı 6,5 km -ə enə bilir. “Tsyaolun”-nun tədqiqi tədricən artan dərinliklərə qədər davam etdiriləcək. 2011-ci ildə aparatın 5 km, 2012-ci ildə isə son 7 km dərinliyə endirilməsi nəzərdə tutulmuşdur. Çinlilər ümid edirlər ki, yeni aparat elmi tədqiqat işlərində və ən mühüm olan, dəniz dibinin ehtiyatlarının tədqiqində böyük rol oynayacaqdır. 
 http://www.membrana.ru

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget