Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Türk dünyası Əhalisi

Yer kürəsində yaşayan türkdilli əhalinin sayı 250 mln nəfərdən çoxdur. Təbii şərait və tarixi məskunlaşma ilə bağlı sıxlıq qeyri-bərabərdir.

İrqi mənsubiyyətinə görə türk xalqlan avropoid (qərbdə olan xalqlar) və monqoloid (şərqdə olanlar) irqinə aid edilir. Yer kürəsində yaşayan türkdilli əhalinin sayı 250 mln nəfərdən çoxdur. Təbii şərait və tarixi məskunlaşma ilə bağlı sıxlıq qeyri-bərabərdir. Türk dövlət və qurumları içərisində daha sıx məskunlaşmış ərazilər Türkiyə, Azərbaycan, Çuvaş, Kabarda-Balkarıstan; ən seyrək məskunlaşmış ərazilər Taymır, Saxa-Yakutiyadır. Əhalinin sayına görə öndə Türkiyə, sonda Taymır durur.
Əhalinin təbii artımı yüksəkdir və əsasən təbii artımın II (ənənəvi və keçid) tipinə aiddir.
Türklər tarixən miqrasiya edən xalqlar olmuşlar, lakin XX əsrdə məcburi miqrasiyalar (Krım tatarları, Axıska türkləri, azərbaycanlılar) və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropa və Şimali Amerikaya miqrasiyalar xüsusilə seçilir.
Urbanizasiyanın səviyyəsi nisbətən yüksəkdir. İri aqlomerasiyalar İstanbul, Ankara, Bakı, Təbriz, Daşkənd, Fərqanə, Alma-Ata, Qaraqanda, Kazan və s-dir.
Türk dünyası ölkələri əmək ehtiyatları ilə yaxşı təmin olunmuşlar. Türkiyə, Azərbaycan, Özbəkistan, Tatarıstan,Kabarda-Balkanstanda işçi qüvvəsi "artıqlığı" problemi var.
Türk xalqlarının inanclarında yaradan Tanrı əsas yer tutur. Ümumiyyətlə, türk xalqlarının etiqadlarında aşağıdakılar özünü göstərir:
1. Göy-Tanrı inanc sistemi;
2. Təbiət qüvvələrinə inam;
3. Nəsillərə (əcdadlara) inam;
4. Oda, atəşə inam;
5. VII əsrdən başlayaraq İslam dininə inam (hazırda 80%-dən çox), indi qeyri-müsəlmanlar yakutlar (şaman və xristian), çuvaş və qaqauzlar (xristian), karaim və knmçaklar- dır (yəhudi dini).

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget