Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Azerbaycanin heyvanlar alemi"

Pirqulu qoruğu
Pirqulu qoruğu 1968-ci ildə Ağsuçayının yuxan axınında Şamaxı rayonu ərazisində təşkil edilmişdir. Ümümi sahəsi 1520 hektara çatan qoruq üç bir-birinə yaxın hissədən ibarətdir. Pirqulu qoruğu Cənub yamac meşələrinin şərq qurtaracağında yaradılmışdır. Ərazi öz iqliminə görə Cənub yamacın mərkəz və qərb hissələrindən rütubətlenmə və kontinentallıq dərəcəsinə görə fərqlənir. Buna görə Cənub yamacın qalan hissələrindən fərqli olaraq burada meşələrin 57%-ə qədəri vələsdən, 24% palıddan, yalnız 18% fısdıqdan ibarətdir. Qoruq regionun olduqca gözəl mənzərəli bir guşəsindədir. Qoruq ərazisində, yaxud yaxınlığında yerləşən bir sıra kəndlər hələ çox qədimlərdən Şirvanın məşhur yay istirahət yerləri olmuşdur.
Pirqulu qoruğu ərazisində AEA akademik H. Əliyev adına Coğrafiya İnstitutunun “Meşə torpaqları“ laboratoriyası H. Əliyevin rəhbərliyi altında kompleks coğrafi-ekoloji tədqiqatlar aparmışdır. Qoruq erazisində vələs, fisdıq, palıd meşələrində göyrüş, ağcaqayın, qaraçöhrə, meyvəli qaraçöhrə qarışığından ibarət meşə sahələri mövcuddur. Meşənin seyrək yerlərində göyəm, yemişan, əzgil, zoğal və bir sıra başqa kol bitkiləri inkişaf edir. Meşənin yuxarı sərhədində qızılağactozağacı seyrək meşəlik əmələ gətirir.
Pirqulu qoruğunda nadir, kökü kəsilməkdə olan bitkilərin və endemiklərin 45 növü mövcuddur. Bundan əlavə, qoruğu məməlilərin 30, reptililərin 9, amfibilərin 6, quşlann 64 növü özlərinə məskən etmişdir. Palıd və fisdıq meşələrində çöl donuzu, qonur ayı, cüyür, vaşaq, canavar, tülkü, çaqqal, qarapaça çox rast gəlir. Burada bir çox quşlar, o cümlədən “Qırmızı Kitaba“ daxil edilmiş bə’zi növlər məskunlaşıb (meşə xoruzu, iri qırğı və s.). Burada yaşayan heyvanlardan Zaqafqaziya qonur ayısı, vaşaq, qarapaça, daraqlı triton da həmin kitaba salınmışdır.

Azərbaycanın Heyvanlar Aləmi (8-ci sinif)
Azərbaycan Respublıkasının təbii şəraitinin müxtəlifliyi heyvanlar aləminin də zənginliyinə səbəb olmuşdur. Bura qonşu ərazilərdən –İrandan, Mərkəzi Asiyadan, Aralıq dənizi sahillərindən bəzi heyvan növləri gəlmiş, nəticədə Azərbaycanın faunasının növ tərkibi daha da zənginləşmişdir. 
Respublıkamızda 600-dən çox heyvan növü vardır ki, bu da dünyada olan heyvan növlərinin 5,6:% -ni təşkil edir. Azərbaycanda həşəratların 12 mindən çox növü var. 
Bütün heyvanların 97 növünü məməlilər təşkil edir. Təbiətimizin bu canlı sakinlərinin çoxu nadir, nəsli kəsilmək təhlükəsində olan heyvanlardır. Azərbaycanda əsas məməli heyvanlara muflon, bəbir, nəcib və xallı marallar, ceyran, cüyür, dağkeçisi, köpkər, çöldonuzu, qarapaça, kaftar, ayı, safsar, dələ, çölpişiyi, canavar, tülkü, çaqqal, yenot  və həmçinin Xəzər sularında yaşayan suiti və s. daxildir. 
Azərbaycanda sürünənlərin 58 növü yayılmışdır, bunlardan 5 növü zəhərli ilanlardır. Onlardan Zaqafqaziya gürzəsini, nsiqalxafət ilanı, Kiçik Asiya gürzəsini və s. göstərmək olar. 
Respublıkamızda suda-quruda yaşayanların cəmi 11 növü məskunlaşmışdır. 
Azərbaycanda 360 növ quş növü məlumdur. Respublıkamızın ərazisi köçəri quşların dayaq məntəqəsidir. Ağgöldə, Şah dilində, Dəvəçi limanında, digər göllərimizdə yüzlərlə quş növləri qışlayır və çoxalır. Azərbaycanın müxtəlif guşələrində yaşayan kəklik, turac, qırqovul, soltan toyuğu, bildirçin, qaz, ördək, qu quşu, ular, qartal və s. təbiətin inciləridir. 
Respublıkamızın hər bir zonasının özünəməxsus heyvanlar aləmi vardır. Belə ki, meşə, çəmən, çöl, yarımsəhra, bataqlıq, qamışlıq və s. xüsusi ekoloji şəraiti olduğuna görə, faunasına görə bir-birindən fərqlənir. Hər bir heyvan növü bu və ya digər ərazinin iqliminə, relyef şəraitinə və qida mənbəyinə uyğunlaşır. 
Yarımsəhra və quru çöl şəraitində yaşayan heyvanlar Xəzər dənizi sahillərindən alçaq dağlığa qədər olan sahələrdə yayılmışdır. Xəzərboyu qumluqlarda dovşan, tülkü, qırmızıquyruq qumsiçanı, cəld kərtənkələ, gürzə və başqa heyvanlar yaşayır. Qamışlı bataqlıqlarda və göl sahilində çöldonuzu, qamışlıq pişiyi, çaqqal, susiçovuli, quşlardan vağ, soltan toyuğu, anqut, cüllüt və s. məskən salır. Çay və göllərdə Xəzər gülməsi, çəkibalığı, çapaqbalığı və s. yaşayır. Tuğay meşələrinin özünəməxsus heyvanlar aləmi var. Burada çöldonuzu, çaqqal, tülkü, dovşan, porsuq, kirpi, sürünənlərdən kərtənkələ, ilanlar, quşlardan bayquş, ağacdələn, çalağan, qu, qaratoyuq və s. yaşayır. 
Düzənlik meşələrində, dağətəyi çəmən-kolluqlarda, seyrək meşələrdə (Şollar düzü, Qanıx-Əyriçay vadisi, Qusar maili düzənliyi, Kiçik Qafqazın  alçaqdağlığı və s.) ayı, çöldonuzu, cüyür, porsuq, çaqqal, vaşaq, meşə süleysini, sincab, siçan, yerəşən, quşlardan alacəhrə, qırqovul, sarıköynək yayılmışdır. 
Dağ meşələrində Qafqaz maralı, cüyür, qarapaça, Dağıstan dağkeçisi, çöldonuzu, ayı, meşə pişiyi, daşlıq dələsi, İran sincabı, yarasa və s. yaşayır.
Yüksək dağ çəmənləri, çölləri və qayalıqları üçün boz qırqovullar, Dağıstan dağkeçisi, qarapaça, bəbir, qarsiçanı, canavar, quzuçapan keçəl kərkəz, Qafqaz tetrası, dağ çobanaldadanı və s. səciyyəvidir. 
Vaxtilə Azərbaycanın heyvanlar aləmi daha zəngin idi. İnsanların təbiətə təsiri genişləndikcə heyvanlar aləmi kasıblaşmışdır. Bir sıra heyvanların nəsli tamamilə kəsilmiş, bəzi növlərinki isə kəsilmək təhlükəsi qarşısındadır.
Respublıkamızda heyvanlar aləminin qorunması üçün qoruqlar, yasaqlıqlar, milli parklar, dövlət ovçuluq təsərrüfatları yaradılmış, ovçuluq qaydaları müəyyənləşdirilmişdir

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget