Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Müəllif "Azərbaycanın Faydalı Qazıntıları"

Filizçay yatağı
Azərbaycan respublikasının və eləcə də bütün Qafqaz regionunun en böyük polimetal filiz yatağı Böyük Qafqaz silsiləsinin cənub yamacında Balakən rayonu ərazisində 1958-ci ildə aşkar edilmiş Filizçay yatağıdır.
Eyni adlı çayın hövzəsində ortadağlıq qurşaqda yerləşən bu yataq Tufan antiklinoriumunda orta yura şistləri, tufogen qumdaşı və argillit laylannda yerləşir. Azərbaycan Geologiya İdarəsi əməkdaşlannın tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, filiz kütləsinin əmələ gəlməsi argillitlərin əvvəlcə pirit mineralı ilə, daha sonralar mis, gümüş, qurşun, sink, mərgümüş, sürmə, bismut, tellur və bir sıra başqa mühüm filizlərin sulfidləri ilə zənginləşməsi ilə əlaqədardır. Filizçay yatağında 80-dən artıq mineral müəyyən edilmişdir. Yatağın ehtiyatı böyük olmasına baxmayaraq, o bu vaxta qədər istismara verilməmişdir.
Cənub yamacda bir sıra xüsusiyyətlərinə görə Filizçay polimetal yatağına yaxın Kasdağ və Jixix yataqları da aşkar edilmiş və öyrənilmişdir.

Çovdar Barıt yatağı
Azərbaycan ərazisində neft quyulan qazılmasında məhlulların ağırlaşdmcısı kimi istifadə edilən baritin bir sıra yataqlan mə’lumdur. Barit əsasən tektonik çatlarda damar halında rast gəlir. Bu mineralın ən böyük yataqlan Xanlar rayonunda Çovdar yatağı, Goranboy rayonunda Ağcakənd yatağıdır. Bunlarla yanaşı Şəmkir rayonunda, Dağlıq Qarabağda da barit yataqlan, Tovuz rayonunda isə barit təzahürləri müəyyən edilmişdir.
Azərbaycanda, xüsusilə Kiçik Qafqaz dağlannın müxtəlif bölgələrində İslandiya ştatı (Dağlıq Qarabağda Harov ve Mirikənd kəndləri yaxınlığında), perlit və obsidian (Kəlbəcər yaxınlığında), müxtəlif mineral boyalar (Çovdar kəndi yaxınlığında), o cümlədən kopal (Goranboy rayonunun Aşağı Ağcakənd kəndi yaxınlığında, Laçın rayonunda) yataqlan aşkar edilmiş və onlardan bə’zileri istismar edilir.

Azerbaycanın Tikinti materiallarıAzerbaycan respublikasının bütün böyük regionlan tikinti materiallanmn bu və yaxud başqa növləri ilə zəngindir. Tikinti materiallannın ənənəvi, yəni çox qədim zamanlardan istifadə edilən növləri çiy kərpic, yonulmamış təbəqəli daşlar, qamış, ağac, şirə (gil) olmuşdur. Çiy kərpic hazırlamaq üçün Azərbaycanın demək olar ki, bütün dağətəyi və düzənlik zonalannda, dağlıq sahələrdə isə çay terraslannda, erozion tektonik çökəklərdə əmələ gəlmiş delüvial, aeral mənşəli lössəbənzer gillicəler ən əlverişli xammal olmuşdur. XX əsrin 50-ci, 60-cı illərinə qədər düzənlik rayonlarda kənd tikintisində, əsasən bu xammaldan geniş istifadə edilirdi. Lössəbənzer gillicələrdən həmçinin bişmiş kərpic, damları örtmək üçün kirəmit hazırlanırdı. Son onilliklərdə çiy kərpicdən divar materialı kimi istifadə edilməsi heçə enmək həddinə çatmışdır.
Azərbaycanda divar materialı kimi ən çox işlədilən müxtəlif daşlardır. Bunlardan Abşeron yarımadasında orta Abşeron əsri, Bakı və Xəzər yaşlı əhəngdaşları xüsusi yer tutur. Bu müxtəlif yaşlı əhəngdaşlan arasında Abşeron əhəngdaşları tikinti materialı kimi bütün başqa divar materiallarına nisbətən daha yüksək keyfiyyətlərə malik olması ilə seçilir. Abşeron yanmadasında geniş yayılmış balıqqulağı əhəngdaşlanının iridənəli növləri əsasən divar materialı kimi, xırdadanəli, daha monolit növləri isə üzlük, dekorativ material kimi istifadə edilir. Bakının arxitektur baxımdan olduqca gözəl, nadir (şərq ve qotika stillərində tikilmiş) binalarının çox zərif omamentləri, detalları da Abşeron yaşlı əhəngdaşlardan hazırlanmışdır.
Abşeron əhəngdaşlannın ən müsbət cəhətlərindən daşkəsən maşınlarla onlardan müxtəlif ölçülü divar daşı kəsməyin, səthini cilalamağın asan başa gəlməsi və bir sıra başqa keyfiyyətlərini göstermək vacibdir.
Abşeron yarımadasında bu qiymətli tikinti materialının ən məşhur yataqları Qaradağ, Şonqar, Güzdək, Duvannı, Alatava, Dərnəgül, Şüvəlan, Nardaran, Şıx və bir çox başqa yataqlardır. Bu yataqlardan Alatava, Dərnəgül, Nardaran və Duvannı yataqları artıq istismar edilmir. Çox qiymətli və qalın orta Abşeron əhəngdaşı layından ibarət olan Duvannı (Böyükdaş) karxanası bütün dünyada məşhur olan Qobustan qayaüstü rəsmlərilə əlaqədar bağlanmışdır.
Azərbaycanın paytaxtı Bakı şəhəri, Sumqayıt və Abşeronun bütün tikililəri bu qiymətli materialdan tikilmişdir. Son 20-30 ildə Abşeron əhəngdaşından Azərbaycanın ən uzaq rayonlarında belə şəhər və kənd tikintisində geniş istifadə edilir.
Azərbaycanın bütün dağlıq bölgələrində əsas tikinti materialı kimi mezokaynozoy yaşlı əhəngdaşlanndan, tufqumdaşından, mergellərdən hətta ağır daşlardan (məs. binaların özülündə müxtəlif lavalardan) istifadə edilir. Şimal-qərbdə Qazax rayonundan cənub-şərqdə Ağdam rayonuna qədər Kiçik Qafqazətəyi monoklinalm üst tabaşir yaşlı əhəngdaşı və mergellərinin böyük yataqlan istismar edilir.
Ağ əhəngdaşı laylan çox qiymətli divar materialı olmaqla yanaşı, yumşaq olduğuna görə daşkəsən maşınlarla asan kəsilir. Tovuz mergellərini isə sanki tikinti materialı kimi təbiət özü təbeqələşdirib, istifadə üçün hazır vəziyyətə salıb-
Kiçik Qafqazətəyi monoklinalm və Qaradağın əhəngdaşı və mergelləri həmçinin sement xammalı kimi istifadə edilir. 70 illik bir dövrdə Tovuz sement zavodu, son 40 ildə isə Qaradağ sement zavodu respublikanın sementə olan tələbatının bir hissəsini te’min edir.
Naxçıvan MR-də divar materialı kimi paleogenin tufqumdaşı yataqlarından, Süst əhəngli qumdaşından, Şahtaxtı, Qarabağlar travertinlərinden və başqa yerli materiallardan istifadə edilir. Şahtaxtı travertinləri qiymətli üzlük material kimi Bakı və başqa şəhərlərdə binaların daxilində işlədilir.
Azərbaycanda bahalı üzlük materialı kimi istifadə edilən mərmər və mərmərləşmiş əhəngdaşlannın bir sıra yataqlan mə Tumdur. Böyük Qafqaz dağlarının şimal-şərq yamacında (Quba rayonunda) çəhrayı, Daşkəsəndə iridanəli ağ, Şəril rayonunda qara mərmərin yataqları aşkar edilmişdir. Qara və ağ mərmərin ehtiyatlan böyükdür və onlardan müxtəlif sahələrdə istifadə edilir.
Şuşa yaylasım təşkil edən yura dövrünə aid mərmərləşmiş əhəngdaşlan da çox möhkəm və dözümlü tikinti və üzlük daş kimi istifadəyə yararlıdır.
Azərbaycanın düzənlik və dağətəyi rayonlannda tikinti materiallan kimi pliosenin, xüsusilə dördüncü dövrün gillərindən geniş istifadə edilir.
Son zamanlar bağlanmış Zığ kərpic zavodu uzun illər yuxan pliosen gil yatağı əsasında fəaliyyət göstərmiş, Quba, Şəki, Lənkəran kərpic və kirəmit zavodları isə dördüncü dövr gilliciləri yataqlan əsasında işləyirlər.
Azərbaycanda tikinti materiallarından dəniz mənşəli qumların böyük yataqları Xəzər sahillərində, allüvial qumlar isə Kür boyunda və Kürün qolları üzrə yerləşirlər. Azərbaycanın bütün allüvial-prolüvial maili düzənliklərində, Kür, Araz, Samur çayı yataqları boyu zonada böyük qum-çınqıl yataqları mövcuddur. Bu yataqlardan şəhər və kəndlərin, müxtəlif sənaye obyektlərinin, dəmir və şose yollarının tikintisində geniş miqyasda istifadə edilir.
Yuxarıda gösterilən tikinti materiallarından başqa Xanlar, Şəmkir, QazaxAbşeron rayonlarında bentonit gillərinin, Xanlar, Füzuli, Cəbrayıl rayonunda porfıritlərin və bir sıra başqa faydalı qazıntıların yataqları məlumdur.
Mənbə: M.A.MÜSEYİBOV

AZƏRBAYCANIN FİZİKİ COĞRAFİYASİ

Azərbaycan ərazisi qaz yataqları ilə də zəngindir. Belə ki, son dövrdə iki böyük neft yatağının (“Şahdəniz” və “Ümid”) kəşf olunması ölkənin tezliklə böyük qaz ixracatçısına çevriləcəyindən xəbər verir. 

“Ümid” qaz yatağı
Xəzər dənizində yerləşən “Ümid” yatağında isə ilkin hesablamalara görə, 200 milyard kubmetr qaz ehtiyatları aşkarlanıb. Bu yatağın ölkə büdcəsinə 30-40 milyard dollar gəlir gətirəcəyi bildirilir.
Bu yatağın ölkə büdcəsinə 30-40 milyard dollar gəlir gətirəcəyi bildirilir. 
“Ümid” yatağının işlənməsi nəticəsində Azərbaycanın qaz potensialı daha da artacaq. Məlumat üçün qeyd edək ki, ilk dəfə ötən əsrin 80-90-cı illərinin əvvəllərində strukturda kəşfiyyat qazması həyata keçirilib. Üzən qazma qurğusu vasitəsilə 9 quyu qazılıb. Kəşfiyyat quyusunun qazılması Dövlət Neft Şirkəti (DNŞ) tərəfindən “Ümid-1” platformasında aparılır. “Ümid” yatağı ehtiyatlarının həcminə görə “Şahdəniz”dən sonra ölkənin müstəqilliyi tarixində kəşf olunan ikinci böyük qaz yatağıdır.

Abşeron qaz yatağı
Abşeron- qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Yataq Azəri-Çıraq-Günəşli neft-qaz yatağından cənub qərbdə dənizin 500 meter dərinliyində yerləşir. Yataq 2001-ci ildə Abşeron X-2 kəşfiyyat quyusu ilə kəşf olunub. Yatağın sahəsi 260 kvadrat kilometr təşkil edir.

Yataqda neftlilik-qazlılıq Təbaşir yaşlı çöküntülərlə əlaqədardır. Yataqda suyun dərinliyi 250-650 metr arasında dəyişir. Məhsuldar laylar isə 6500-6700 metr dərinlikdə yatır.


İlkin qaz ehtiyatları 1 trilyon kub metr, kondensat ehtiyatları isə 945 milyon barel və ya 150 million ton təşkil edir. Abşeron layihəsində pay bölgüsü aşağıdakı qaydada bölünmüşdür: Total (operator, 40%), ARDNŞ (40%) və GDF Suez (20%)

«Şahdəniz » qaz yatağı 
«Şahdəniz » dünyada ən iri qaz yataqlarından biridir. Saziş sahəsi təxminən 859,8 km2 -dir. Layihəni həyata keçirmək üçün 4,0-5,0 milrad dollar məbləğində əsaslı xərclər tələb olunur. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verəcək. 
2006-cı ildə saziş sahəsində bir hasilat platforması quraşdırılmış və həmin ilin noyabrında bu platformadan qazılmış quyudan ilk qaz hasil edilmişdir. Hazırda platformada 4 istismar quyusu qazılmış və onlardan biri fəaliyyət göstərir. İndiyədək yataqdan 280 mln. m3-ə yaxın qaz hasil edilmişdir.

Respublikamizin ərazisi filiz, qeyri-filiz, yanacaq faydalı qazlntıları ilə olduqca zəngindir. Azərbaycan özünün neft və qaz yataqları ilə çox qədimlərdən məşhurdur. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa, Cənub-Şərqi Şirvan, Mərkəzi Aran (Muradxanlı, Mollakənd), Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonasında da neft yataqları var. Son illərdə Xəzər dənizində Çıraq, Azəri, Günəşli və s. yeni zəngin neft yataqları kəşf edilmişdir. Azərbaycan nefti əsasən Kaynazoy yaşlı çöküntü süxurlarda yaranmışdır. Lakin Muradxanlı yatağındakı neft Mezazoy erasının vulkan süxurlarında aşkar edilmişdir. Dünyada məşhur olan Naftalan müalicə neft əsasında yel, dəri xəstəlikləri müalicə olunur, onu dərman kimi xarici ölkələrə də göndərirlər. Azərbaycan dünyanın qədimdən neft hasil edən ölkələrindən biridir. Yüz ildən artıqdır ki, neft yataqları istismar olunur. Nəticədə yer qabığının üst qatında olan neft yataqlarının ehtiyatları tekənməkdədir. Hazırda respublıkamızda mövcud olan neft ehtiyatlarının 70%-dən çoxu 3000 m-dən artəq dərinlikdə olan laylarda yerləşir. Respublıkamızın əsas təbii qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqlarındadır. Qaz ehtiyatlarının 90%-dən çoxu 3000 m-dən artəq dərinliklərdə yerləşir. Azərbaycan ərazisində neft və qazdan başqa, Qobustan və İsmayıllı rayonlarında yanar şistlər də vardır. Respublıkamız filiz faydalı qazıntılardan alunit, dəmir, kobalt, mis, polimetal filiz yataqları ilə də zəngindir (şəkil 3). Azərbaycanın Kişik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, kobalt, mis, polimetal, sürmə, qızıl, gümüş, molibden və s. yataqları mövcuddur. Kiçik Qafqazın şimal yamacı müxtəlif faydalı qazıntılarla zəngin olduğu üçün “Azərbaycan uralı” adlandırılır. Qafqazda mənimsənilən ən iri dəmir filizi Daşkəsəndir. Bu yatağın filizi yüksək keyfiyyəti ilə fərqlənir. Zəylik alunit yatağı ehtiyatına görə dünyada tanınır. Bu kompleksdə kalium, vanadium və başqa nadir metallar da vardır. Zəylik aluniti Gəncə aliminium zavodunu xamalla təchiz edir. Kiçik Qafqazın Kəlbəcər, Gədəbəy rayonlarında mis yataqları mövcuddur. Polimetal filiz yataqları Gümüşlüdə (Naxçıvan MR), Mehmanada (Ağdərə sahəsi), Filizçayda (Balakən rayonu) yerləşir. Naxçıvan ərazisindəki Parağaçay molibden yatağı sənaye əhəmiyyətə malikdir. Bunlardan başqa, Kiçik Qafqazın kükürd kolçedanı, bentonit gilləri, daş duzu, bariti qiymətli xammal kimi istifadə olunur. Çovdar bariti neftçıxarma sənayesində, Naxçıvan duzu (Duzdağ) məişətdə, kimya sənayesində işlədilir. Kiçik Qafqaz və Naxçıvan MR ərazisi civə yataqları ilə də zəngindir. Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataq yataqları daha məşhurdur. Kəlbəcər və Zəngilan rayonlarının qızıl yataqları sənaye əhəmiyyətlidir. Azərbaycan ərazisi qeyri-filiz faydalı qazıntıları ilə zəngindir. Qobustan,Abşeron, Ağdam,Zəyəm, Tovuz, Daş Salahlı (Qazax rayonu) əhəngdaşıları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travertin daşları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvars qumları böyük təsərrüfat əhəmiyyətinə malikdir. Respublikamızda dolomit, tabaşir, tikinti gilləri, çay daşı, qum və s. olduqca çoxdur. Nefçala, Mişovdağ, Babazənən, Böyükşor yodlu-buromlu su yataqları Nefçala yod-brom zavodunu xammalla təchiz edir. Respubilka Müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları ilə zəngindir. Buna görə Azərbaycan ərazisi “mineral sular muzeyi” adlandırılır. Burada kimyəvi tərkibinə görə bir-birindən fərqlənən ondan artıq mineral su tipi mövcuddur. Həmin mineral sulardan mədə-bağırsaq, öd kisəsi, revmatizm, qaraciyər, dəri və əsəb xəstəliklərinin müalicəsində geniş istifadə edilir. Kəlbəcər rayonundakı İstisu bir sıra xüsusiyyətlərinə bütün dünyada məşhur olan Karlovi Vari suyundan üstündür. Bu suyun illik axımı 600 mln. litrdir. Lakin bunun yalnız 10%-nə qədəri istifadə olunur. Naxçıvan MR-dəki Badamlı, Sirab, Vayxır mineral suları respublıkamızdan çox-çox uzaqlarda məşhurdur. Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Darıdağ, Quba rayonundakı Xaltan, Şuşa rayonundakı Turşsu və Şırlan müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Bunlarla yanaşı, respublıkamızda çoxlu termal su mənbələri də mövcuddur. Termal suların tempraturu bütün ərazilərdə eyni deyildir. Kür-Araz artezian hövzəsində termal suların temperaturu 1500 C-yə, isitisu mineral bulaqların da isə 60-800 –yə çatır. Termal bulaqlar Talış dağlarında,Böyük Qafqazın cənub və Şimal-şərq yamaclarında da çoxdur.

Azərbaycan Respublikasının mineral xammal ehtiyatlarının ümumi balansında mühüm rol oynayır. Bu qrupa daşduz, gips, anhidrit, gəc, bentonit gilləri, tikinti materialları, pirit, barit, yarımqiymətli və rəngli daşlar, dolomit, İslandiya şpatı və s. daxildir.Daşduz yataqları Naxçıvan MR-da (Nehrəm, Düzdağ, Pusyan) yerləşir. Yataqlar Miosenin qumdaşı, gil, əhəngdaşı, mergel çöküntülərindədir. Nehrəm yatağının balans ehtiyatı B+S1 kateqoriyası üzrə 73600min ton, S2 kateqoriyası üzrə 64200min tondur. Ehtimal ehtiyatı 2-2,5mlrd.t qiymətləndirilir. Duzdağ yatağının sənaye ehtiyatı A+B+S1 kateqoriyası üzrə 94517 min ton, S2 kateqoriyası üzrə 37810 min tondur.Gips, anhidrit yataqları Goranboy rayonunu Yuxarı Ağcakənd və Mənəş kəndləri sahəsində Təbaşir
çöküntüləri içərisində hemogen yolla əmələ gəlmiş və ayrı-ayrı ştoklardan ibarət olaraq ümumi ehtiyatları 65-70mln.ton təşkil edir. Naxçıvan şəhərindən 120km cənub-şərqdə (Araz; gips) və Gəncə şəhərinin ətrafında (gəc) yataqların sənaye ehtiyatları isə A+B+S1 kateriyası üzrə 40632min t-dur.
Bentonit gillərinin çoxlu yatağı və təzahürü (Qobustan, Goranboy, Şəki və s.) məlumdur. Ən böyük yatağı Qazax rayonunda (Daş Salahlı) müəyyən edilmişdir. Yataq əsasən hidrotermal məhlulların Santon yaşlı vulkanitlərə təsirindən əmələ gəlmiş və sənaye ehtiyatı 84553 min ton təşkil edir.
Tikinti materialları Azərbaycan Respublikası ərazisində çoxdur. Mişar daşı yataqlarının (Qaradağ, Güzdək, Dövlətyarlı, Dilağarda, Şahbulaq, Naftalan, Mərdəkan, Daş Salahlı, Zəyəm və s.) hələlik müəyyən edilmiş sənaye ehtiyatı (A+B+S1 kateqoriyası üzrə) 295836 min t, üzlük daşının ehtiyatları (Gülbəxt, Daşkəsən, Şahtaxtı, Gülablı, Musaköy, Söyqlu və s.) 23951 min m3 təşkil edir.
Qaradağ sahəsində sement istehsalına yararlı (Şahqaya əhəngdaşları, Qaradağ gil və s.)
daş duz
xammal yataqları mövcuddur. Kərpic, keramika və qazmada işlənilən çoxsaylı gil yataqları və təzahürləri istismar edilir. Siyəzən rayonu ərazisində ehtiyatı 8,3 min m3 olan flyus və karbid istehsalına yararlı əhəngdaşı yatağı müəyyən edilmişdir. Vulkan külü-tufu seolit xammalı olub, yatağı (Aydağ) Tovuz şəhərindən 7 km şimal-qərbdədir. Aydağ yatağının vulkan külü-tufları Orta Santon-Kampan mərtəbəsinin karbonat çöküntüləri arasında orta qalınlığı 25-30m olan lay şəklində yatır. Tuflarda 20-08% yüksək silisiumlu seolitlər (klinoptilolitlər) müəyyən edilmişdir. Yataq üzrə onların orta miqdarı 55%-dir. Aydağ yatağında tufların perspektiv ehtiyatı 20 mln. t-dur. İncə keramika, farfor-flyasis və odadavamlı material istehsalı üçün yararlı Kotandağ kaolinləşmiş süxurlar yatağı Ağstafa rayonunda yerləşir. Yataq güclü hidrotermal dəyişmiş kaolinləşmiş Konyak-Santon süxurlarından ibarətdir.

Baritir Azərbaycan Respublikasında təqribən 20 yatağı və təzahürü (Çovdar, Başqışlaq, Quşçu, Tonaşen, Zəylik, Azad, Çaykənd və s.) var. Yataqları damar tiplidir.
Yarımqiymətli və rəngli daşlar Kiçik Qafqazda Daşkəsən və Ordubad rayonlarında skarnlarda (qranat, ametist), Gədəbəy (turmalin) və Xanlar rayonlarında vulkanitlərində (xalsedan, əqiq, heliotrop) müəyyən edilmişdir. Əqiq toplantıları Hacıkənd və Qazax çökəkliklərinin əsas və orta tərkibli Üst Təbaşir vulkanitlərində yuva, badam, damar və linza şəklindədir: Həm zərgərlik, həm də texniki növlərinə rast gəlinir. Hacıkənd əqiq yataqları qrupunun sənaye ehtiyatı 286,8t-dur. Bunun 65,8 t-u zərgərlik üçün yararlıdır.
Dolomit Nehrəm kəndi (Naxçıvan MR) yaxınlığında və Boyanata dağında (Qobustan) böyük ehtiyatı var. Şüşə sənayesi üçün kvarslı qumlar Qobustan, Abşeron yarımadasında və Quba rayonunun aşkar edilmişdir.
İslandiya şpatının (Dağlıq Qarabağ və s.) təzahürləri və litoqrafiya daşının (Mirikənd yatağı; Dağlıq Qarabağ və s.) böyük ehtiyatı müəyyən edilmişdir.
Kimyəvi boyaların Daşkəsən, Şamaxı, Kəlbəcər və Xanlar rayonlarında təzahürləri var.
Müalicə palçığı Abşeron yarımadasında, Masazır gölündə, Qobustan və Aşağı Kür çökəkliyində, palçıq vulkanları püskürən sahələrdədir.


Azərbaycan Respublikasındakı yanar faydalı qazıntılar neft, qaz, şist, torf və s-dir. Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, həm də Xəzər dənizi yataqlarından çıxarılır. Azərbaycan Respublikasının ərazisi (xüsusi ilə Abşeron yarımadası) dünyanın ən qədim neft çıxarılan rayonlarından biridir. Hələ e.ə. VII-VI əsrlərdə Abşeronda neft çıxarılmış və bir çox ölkələrə daşınmışdır. 1985-ci ilədək Azərbaycan Respublikasında təqribən 1,2mlrd. t. neft (25%-i dəniz neft yataqlarından) hasil edilmişdir. Azərbaycan Respublikasının nefti yüksək keyfiyyətli, azkükürdlü və azparafinlidir. Sıxlığı böyük diapazonda (780-940kq/m3) dəyişir. Naftalanda Maykop və Ağçaqıl çöküntülərindən özünün müalicə xüsusiyyyətlərinə görə dünyada yeganə olan neft də hasil edilir. Respublikada çıxarılan yanar qazlar karbohidrogen tərkiblidir. Onlar neftin tərkibində həll olmuş, sərbəst («qaz örtüyü»), xalis qaz halında olur.
Son 30-50 il ərzində çoxlu qaz-kondensant yatağı kəşf olunub, istifadəyə verilmişdir. Azərbaycan Respublikasında hazırda 8 neftli-qazlı (Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı, Gəncə, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, Kür-Qabırrı çaylararsı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır. Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı rayonlarında əsas neftli-qazlı dəstə «məhsuldar» qatdır. Qum, qumdaşı və gil təbəqələrinin növbələşməsindən ibarət olan bu dəstənin qalınlığı 4000m-ə (bəzi yerlərdə daha artıq) çatır. Məhsuldar qatla əlaqədar olan yataqlar (Balaxanı-Sabunçu-Ramana, Suraxanı-Qaraçuxur-Zığ, Qala, Bibiheybət, Neft Daşları, Puta, 28 May, Lökbatan-Binəqədi, Səngəçal-dəniz-Duvannı-dəniz-Bulla, Bulla-dəniz və s.) çox horizontlu və antiklinal quruluşludur. Ən böyük neft-qaz-kondensant yataqları Abşeron, Bakı arxipelaqları və Aşağı Küryanı rayonlarındadır. İşlənən yataqlarda məhsuldar qatdan başqa, əsas neftli-qazlı çöküntülər Maykop dəstəsi, Eosen şöbəsi və Üst Təbaşir çöküntüləridir. Quba Xəzəryanı rayonunda Siyəzən monoklinalı ilə əlaqədar olan yataqlarda Samrat mərtəbəsindən başlayaraq Üst Təbaşir çöküntülərinə qədər bütün çöküntü kompleksləri (Sarmat, Çokrak, Maykop dəstəsi, Eosen, Paleosen, Üst Təbaşir) neftli-qazlıdır. Kür-Qabırrı çaylararsı rayonunda da kəşf olunmuş yataqlarda neft-qaz Eosen yaşlı çöküntülərlə (Tərsdəllər yatağı) əlaqədardır.
Respublika ərazisində Maykop-Abşeron yaşlı çöküntülərdə bir sıra yanar şist və liqnit-qonur kömür təzahürləri aşkar edilmişdir.

Bu qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s.) respublikanın əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər.Dəmir filizləri (maqnetit, hematit) Azərbaycan Respublikasında dörd mənşədə rast gəlir: seqrasion-maqmatik skarn-maqnetit (kontakt-metasomatik), hidrotermal-metasomatik və çökmə. Bunların yalnız skarn-maqnetit tipli Daşkəsən, Cənubi Daşkəsən və «Dəmir» yataqları sənaye əhəmiyyəti kəsb edir. Bu yataqlar Kellovey, Oksford, Kimeric yaşlı vulkanogen, piroklaastik və çökmə-vulkanogen süxurlardan təşkil olunmuşdur. Daşkəsən sinklinalını ox boyu yaran eyni adlı qranitoid intruziv ilə təmasda yerləşir və mənşəcə bu intruzivlə əlaqədardır. Daşkəsək dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250mln.tondur.
Kobalt filizlərinin sənaye əhəmiyyətli yığımları Daşkəsək filiz rayonunda məlumdur.
Burada kobalt filizləri həm müstəqil (Yuxarı Daşkəsən yatağı), həm də skarn-maqnetit filizləri ilə birgə əmələ gəlmişdir.
Qızıl yataqları və təzahürləri əsasən Kiçik Qafqazın ərazisində: Söyüdü, Qızılbulaq, Dağ Kəsəmən, Veynəli, Qoşa, Gədəbəy, Çovdar; Naxçıvan MR-da Şəkərdərə, Pyəzbaşı, Ağyurt, Baskənd yataqları yayılmışlar. Bu yataqlarda həmçinin sənaye əhəmiyyətli gümüş, mis və s. qarışıqlar iştirak edirlər. Hal-hazırda qızılın çoxsaylı təzahürləri (Tülallar, Kəpəz, Dabalt, Küngütçay, Kələki, Unus və s) aşkar edilmişdir. Əlincəçay və Kürəkçay hövzəsində aşkar edilmiş səpinti qızıl yataqlarında qiymətləndirmə işləri aparılmış, ilkin ehtiyatları hesablanmış və sənaye əhəmiyyətliliyi müəyyən edilmişdir.
Xromit yataqları və təzahürlər (Göydərə, Kazımbinəsi, İpək, Xatəvəng və s.), əsasən Kəlbəcər və Laçın rayonları ərazisindədir.
Manqanın kiçik həcmli yataqları və təzahürləri Kiçik Qafqazın Somxeti-Ağdam (Mollacəlilli, Daş Salahlı və s.), Böyk Qafqazın Vəndam (Mücü, Balakənçay) və Araz (Biçənək, Ələhi) struktur-formasiya zonalarında məlumdur.
Mis filizləri Azərbaycan Respublikasında mis-kolçedan və mis-porfir formasiyalıdır. Mis-kolçedan formasiyalı filizlərin mineral tərkibi, əsasən, pirit və xalkopiritdən ibarətdir. Çox vaxt filizin tərkibində sfalerit və qalenit də rast gəlir. Mis-porfir formasiyalı filizlərin tərkibində misdən əlavə molibden, az miqdarda qiymətli metallar olur. Hər iki formasiyanın filizləri Gədəbəy filiz rayonunda törəmə kvarsitlərdə yerləşir. Mis-porfir filizləşməsi daha geniş yayılmışdır. Qaradağ və Xarxar yataqlarından (Gədəbəy filiz rayonu) başqa bu rayonda mis-porfir filizləşməsinin bir çox təzahürləri də var. Gədəbəy rayonunda ştok formalı ehtiyatı tükənmiş eyni adlı mis-kolçedan yatağı da məlumdur. Mehmana filiz rayonunda mis-porfir təzahürləri (Dəmirli və Xançınçay) mövcuddur.
Böyük Qafqazın cənub yamacında Alt Yura yaşlı terrigen çöküntülərdə bir sıra mis-sink yataq və təzahürləri (Çıxıx-Saqator, Mazımçay, Karabçay və s.) məlumdur.
Naxçıvan MR ərazisində də mis-porfir tipli filizləşmə, əsasən, Mehri-Ordubad qranitoid batolitinin ekzo və endotəmas zolağında (Diaxçay, Göygöl, Göydağ və s.) yerləşir. Bunlardan başqa Xalxal mis-kolçedan, Göy-göl, Ağrıdağ mis, Nəşirvaz, Kilit-Kətəm mis-kobalt, Nəgirvaz mis-polimetal təzahürləri məlumdur.
Qurguşun-sink Böyük Qafqazın Balakən-Zaqatala metallogenik zonasında sənaye əhəmiyyətli
yataqlar (Filizçay, Katex, Qasdağ və s.) əmələ gətirir. Bu yataqlarda həmçinin külli miqdarda sənaye əhəmiyyətli mis və kadmium, kobalt, qızıl, gümüş və s. var. Bu elementlərin Kiçik Qafqazda yataqları və bir sıra təzahürləri (Mehmana, Ağdərə və Gümüşlü) məlumdur.
Molibdenin damar tipli yataqları və təzahürləri Dəlidağ (Teymuruçandağ, Bağırsaq və s.) və Ordubad filiz rayonları da (Parağaçay Diaxçay) təsadüf edilir.
Alüminium filizinin (alunit) ən böyük yatağı Daşkəsən rayonundadır (Zəylik alunit yatağı). Alunit təzahürləri Şəmkir və Ordubad rayonlarında da məlumdur. Zəylik alunit yatağı 1960-cı ildən istismar edilir. Bu yataq Avropada ən böyük yataqdır. Gəncə alüminium zavodunda bu filizdən alüminium-oksidlə bərabər kalium kübrəsi, soda, sulfat turşusu və s. alınır.
Naxçıvan MR-nın qərb hissəsində Perm çöküntülərinin yayıldığı sahələrdə alüminiumun ən yaxşı xammalı olan boksit filizinin təzahürləri (Sədərək-Şərur rayonlarında) məlumdur.
Civə filizi yataqları və təzahürləri Kiçik Qafqazın mərkəzi hissəsində (Kəlbəcər-Laçın zonası) geniş yayılmışdır. Ən böyük yataqlarının - Ağyataq, Şorbulaq, Levçay (Kəlbəcər rayonu), Çilgəzçay və Narzanlı (Laçın rayonu) ehtiyatı hesablanmışdır. Civə filizləşməsi (kinovar) hiperbazitlərin və Miosen-Pliosen yaşlı turş maqmatik süxurların yayıldığı sahələrdə müxtəlif yaşlı və tərkibli süxurlarda, ən çox Üst Təbaşirin vulkanogen-çökmə və vulkanogen süxurlarda rast gəlinir. Kinovar filizlərdə pirit, xalkopirit, antimonit, maqnetit, hematit, sfalerit və s. minerallarla assosiasiya təşkil edir. Naxçıvan MR-da Badamlı-Aşağı Kişlaq təzahürləri məlumdur.
Sürmə müstəqil yataqlar təşkil etmir. Sürmə antimonit mineralı şəklində Levçay civə yatağında kinovarla birlikdə yığıntılar əmələ gətirir.
Mərgümüşün Azərbaycan Respublikasında ən böyük yataqları Gədəbəy (Bitibulağ enargit yatağı) və Culfa (Darıdağ auripiqment-realqar yatağı) rayonlarında məlumdur. Bu yataq 1941-ci ilədək istismar edilmişdir. Filiz cismi ştok formasındadır. Filizin tərkibi auripiqment, realqar, antimonit, arsenopiritdən ibarətdir.
Volframın şeyelit mineralı şəklində kiçik təzahürləri Ordubad və Kəlbəcər rayonlarında Mehri-Ordubad, Dəlidağ qranitoid plutonlarının təmasında müşahidə edilmişdir.


Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2/3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası neftlə zəngindir.Dünyada məşhur olan Naftalan nefi əsasında bir sıra xəstəliklər müalicə olunur.
Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Azərbaycanın Böyük və Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, molibden və s. yataqları mövcuddur.Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travetin yataqları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvars qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir.
Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi «mineral sular muzeyi» adlandırılır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab, Vayxır mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur.
Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaltı, Kəlbəcər rayonundakı İstisu, Lənkəran rayonundakı Meşəsu, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış Dağlarında, Böyük Qafqazıq cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget