1. Şamaxı zəlzələsi ― 1667-cil il 6.9 bal gücündə. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhətli zəlzələ kimi qeyd edilir. 2. Şamaxı zəlzələsi ― 1902-ci il 6.9 bal gücündə. Zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub. 3. Bakı zəlzələsi ― 2000-ci il 6.8 bal gücündə. Zəlzələ nəticəsində 30 nəfər dünyasını dəyişib. 4. Gəncə zəlzələsi ― 1139-cu il 6.3 bal gücündə. Güclü təkan nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. 5. Şamaxı zəlzələsi ― 1859-cu il 5.9 bal gücündə. Zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağıdılmışdı, buna görə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülmüşdü və quberniyanın özünün adı da Bakı quberniyası olaraq dəyişdirilmişdir. Zəlzələ nəticəsində 100 nəfər dünyasını dəyişmişdir. 6. Şamaxı zəlzələsi ― 1669-cu il 5.7 bal gücündə. Zəlzələ nəticəsində 7 min insan dünyasını dəyişib. 7. Şamaxı zəlzələsi ― 1828-ci il 5.7 bal gücündə. Ölən və yaralananlar haqda məlumat yoxdur. 8. Şamaxı zəlzələsi ― 1872-ci il 5.7 bal gücündə. Zəlzələ şəhərdə dağıntılara səbəb olmuşdur. 9. Zaqatala zəlzələsi ― 2012-ci il 5.6 bal gücündə. Tikililərdə dağıntılar olub. İnsan tələfatı olmayıb. 10. Ağdaş zəlzələsi ― 1999-cu il 5.4 bal gücündə. Zəlzələ nəticəsində insan itkisi olmasa da 100-dən çox ev dağılmış, çoxlu sayda ev isə qəzalı vəziyyətə düşmüşdür. http://azens.az/
Zəlzələ — yerüstü zərbələr və yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə müşayiət olunan təbii olaraq, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunan süni olaraq baş verir. Vulkanların püskürməsi zamanı da kiçik yeraltı təkanlar baş verə bilər. Güclü yeraltı təkanlar evləri və tikililəri uçura, sunami və yer sürüşmələri əmələ gətirə bilər və nəticədə adamların həlakına səbəb ola bilər. Zəlzələ nəticəsində yerin üst qatı formasını dəyişə bilər. Zəlzələ ilə məşğul olan elmə seysmologiya deyilir.Ümumi məlumat--Zəlzələ Yerdə baş verən dinamik proseslər nəticəsində baş verir. Bunun bir nəticəsi kimi lay tektonikasını göstərmək olar. Yerin özəyi və qabığı arasındakı lithosfer laylar zəlzələlərin yaranmasında böyük rol oynayırlar. Zəlzələlər əsasən bu layların sərhəd zonalarında əmələ gəlirlər. Müxtəlif layların bir-birinə nəzərən sürüşməsi və toqquşması yeraltı təkanlara səbəb olurlar. Yeraltı daşların kəsicilik möhkəmliyi həddi keçdikdə onlar burada yaranan gərginliyi sıçrayışla boşlayır və nəticədə yeraltı tektonik təkanlar baş verir. Yaranan enerjinin qiyməti hidrogen bombasının gücündən də 100 dəfə çox olması məlumdur. Bu gərginlik boşalması layların sərhəd zonalarında baş verdiyi kimi, onların orta hissələrində, möhkəmliyi zəif zonalarda də yarana bilər. Yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə yer səthinin ani vaxt ərzində titrəməsinə zəlzələ deyilir. Zəlzələni öyrənən elm seysmologiya adlanır. Xəritədə eyni zəlzələ şiddətindəki nöqtələri birləşdirən xətlərə izoseyestlər deyilir. Zəlzələlər əmələ gəlmə şəraitinə görə 2 yerə ayrılır: 1.Vulkanik mənşəli zəlzələlər.(Vulkan püskürməsindən) 2.Tektonik mənşəli zəlzələlər.(Litosfer tavalarının sərhəddindəki daxili gərginlikdən) Zəlzələ 12 ballıq Rixter şkalası ilə ölçülür. Zəlzələlərin növləri Müasir elm zəlzələləri 3 tipə ayırır: Denudasiya zəlzələləri Vulkanik zəlzələlər Tektonik zəlzələlər Denudasiya zəlzələləri Denudasiya zəlzələləri torpağa süzülən su, onun bəzi hissələrini həll edir və özü ilə aparır. Yeraltı sular dağıdıcı fəaliyyəti asanlıqla həll olan süxurlarda, məsələn, daş, duz, gips, əhəngdaşı və inkişaf etdiyi yerlərdə meydana çıxır. Bu suların yerinə boşluqlar və ya mağaralar əmələ gəlir. Zaman keçdikcə həmin boşluqların tavan hissələri ağırlıq qüvvəsini təsiri altında aşağı uçur və şiddətli yerə dəyərək zəlzələnin əmələ gəlməsinə səbəb olur. Müşahidələr göstərir ki, uçma birdən-birə baş verirsə, zəlzələ bir neçə dəqiqədən artıq davam etmir. Bəzən seysmik hərəkətlər bir neçə zəlzələ şəklində meydana çıxır. Bir zərbənin ardınca ikinci və sonrakılar hiss olunur: burada ayrı-ayrı zəlzələlər arasındakı fasilə bir neçə gün ola bilər. Həmin hadisənin səbəbi odur ki, əmələ gəlmiş baş zərbə həmin mağaranın başqa yerlərində və qonşu mağaralarda müvazinətin pozulması və əlavə uçqunların əmələ gəlməsinə səbəb olur. Bu kimi zəlzələlərə uçma və karst deyilir. Vulkanik zəlzələlər II tip zəlzələlər vulkanik fəaliyyətlə əlaqədardır. Burada vulkan fəaliyyətinin ən dəhşətli dövrünü xatırlamaq kifayətdir: hər bir partlayış zamanı müxtəlif böyüklükdə olan bərk püskürmə məhsulları atılır, kraterin dibi titrəyir. Püskürmədən əvvəl vulkan ətrafında hiss olunan müxtəlif yeraltı zərbələr bu qəbildəndir. Vulkanik zəlzələlərin səbəbləri üstdəki layların təzyiqinə üstün gələ bilməyən qazların partlamasından ibarətdir. Yerin titrəməsinin böyük qüvvəyə çatmağına baxmayaraq, onlar böyük sahəyə yayıla bilmir. Vulkanik zəlzələnin yayılmasının nə qədər məhdud olduğunu bundan bilmək olar ki, Mon-Pele vulkanının püskürməsi zamanı ən yaxın seysmoqraflar heç bir zərbə və təkan qeyd etməmişlər. Tektonik zəlzələlər III tip zəlzələlər Yer qabığında qırışıqların və çatların əmələ gəlməsi ilə əlaqədardır. Tektonik zəlzələlər vulkanik və karst zəlzələsindən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir: yayıldığı sahənin böyüklüyü; əmələ gəldiyi parçalanma və pozulmaların böyük ölçüdə olması; əhəmiyyətli məsafədə zərbələrin eyni zamanda baş verməsi; bu zəlzələnin mərkəzi müxtəlif, bəzən böyük dərinlikdə olması ilə fərqlənir. Zəlzələlərin ancaq əhəmiyyətsiz hissəsi vulkanizm, mağara tavanlarının uçması, şaxtalarda uçqunların baş verməsi ilə əlaqədardır. Demək olar ki, zəlzələlərin hamısı tektonik zəlzələlərdir. Planetimizin daxilində təsir edən daxili qüvvələr tədricən toplanır və hər hansı bir yerdə süxurların müqavimətetmə qabiliyyətindən artıq olduqda, həmin süxurların birdən-birə parçalanması və ya çatlaması baş verir. Parçalanma, hər tərəfə yayılmaqda olan və öz yolunda rast gələn maddələri rəqsi hərəkətə gətirən elastik dalğalar yaradır. Süxurların ilk parçalanma yeri zəlzələnin mərkəzi olur. Mərkəzdə zəlzələ həmişə qısa müddətli olur. Ən güclü təkanlar da belə bir neçə saniyə davam edir. Yalnız Çilidə olan zəlzələlər bir neçə on saniyə davam edir. Toplanmış enerjinin azad olması sürətlə baş verir: enmə, qalxma, üfiqi istiqamətdə sürüşmə və ya mürəkkəb hərəkətlə parçalanma müstəvisi boyu uzunu yayılır. Yer daxilində zəlzələyə səbəb olmuş ilk hərəkətin baş verdiyi yerə hiposentr deyilir. Zəlzələnin proqnozu Zəlzələnin proqnozu üsullarından biri Yer qabığında müxtəlif səslərə qulaq asmaqdan ibarətdir. Yer qabığında hər bir böyük pozğunluqdan qabaq xırda pozğunluqlar baş verir, bu pozğunluqlar zəlzələ yaratmır, lakin hazırlıq işi aparır. Bu ibtidai pozğunluqlar müxtəlif səslər yaradır, səslərə qulaq
Zəlzələ zonaları
asmaq üsuluna əsasən həssas səs sihazları ilə bu səsləri eşitmək mümkün olur. Zəlzələ proqnozunun ikinci üsulu, meylölçənlər vasitəsilə Yer səthinin meylini öyrənməkdən ibarətdir. Bu cihazlar Yer səthinin ən kiçik meylini böyük dəqiqliklə ölçür. Meylölçənlər Yer qabığının hərəkətləri ilə və zəlzələyə hazırlıq işləri ilə əlaqədar olan meylləri qeyd etməkdən başqa, xarici səbəblər nəticəsində baş verən meylləri də göstərir. Təəssüf ki, meylölçənin ümumi qeydlərindən, daxili səbəblərin yaratdığı meyli ayırmaq böyük çətinlik törədir. Üçüncü üsul atmosferin elekrtik vəziyyətini dəyişməsi, yəni zəlzələdən qabaq və zəlzələ zamanı elektromaqnit dalğaların əmələ gəlməsi üzərində aparılan müşahidələrə əsaslanır. Lakin bu müşahidələr hələlik təsadüfi olub, sistematik tədqiqat aparmağı tələb edir. Ümumiyyətlə, zəlzələ haqqında əvvəlcədən xəbər verən bir sıra əsaslandırılmış üsullar vardır. Bu üsullar yalnız zəlzələ ərəfəsində yaxşı nəticə verə bilər. Zəlzələlərin təsnifatı Zəlzələ ocaqları müxtəlif dərinliklərdə yerləşir.Onların əksəriyyəti yer qabığında 20-30 km dərinlikdədir. Bunula belə dərinliyi 700 km-ə çatan ocaqların da varlığı inkar edilmir.Belə ocaqlarla əlaqədar zəlzələlər dərin fokuslu adlanır. Zəlzələnin intensivliyi yer səthində titrəyişin dərəcəsini göstərir və balla ölçülür. Ölkəmizdə 12 bala bölünmüş seysmik Zəlzələ Zonaları cədvəldən (şkaladan) istifadə olunur. Bu cədvələ görə zəif zəlzələlərin intensivliyi 2-3 bal, güclü zəlzələlərinki 5-6 bal, çox güclülərinki 7 bal, dağıdıcı zəlzələlərinki 8 bal, viranedici zəlzələlərinki 9-10 bal, katastrofik zəlzələlərinki 11-12 bal sayılır. Daha dəqiq desək, 1 bal-hiss holunmayan, 2 bal-çox zəif, 3 bal-zəif, 4 bal-orta, mülayim, 5 bal-nisbətən güclü, 7-bal çox güclü, 8 bal-dağıdıcı, 9 bal-viranedici, 10 bal-məhvedici, 11 bal katastrofik, 12 bal-dəhşətli katastrofik zəlzələ sayılır. 1 bal gücündə zəlzələni insanlar hiss etmir, ancaq seysmik cihazlar qeyd edir. 2 bal gücündə zəlzələni adi şəraitdə bəzi adamlar hiss edir. 3 bal zəlzələni hərəkətdə olan adamlar hiss etmir. Əhalinin ancaq sakit şəraitdə olan qismi hiss edir. 4 balı zəlzələdə qab-qacaq, pancərə şüşələri silkələnir, qapılar cırıldayır. 5 balda binalar tərpənir, mebel hərəkətə gəlir, pəncərə şüşələri, divarların malası çatlayır, yatanlar oyanır. 6 balda titrəyişləri hamı hiss edir, divarlardan asılmış şəkillər və malalar qopur yerə düşür, binalar zədələnir. 7 balda daş binaların divarları çartlayır, antiseysmik və taxta binalar zədələnmir. 8 balda dağların iti yamacları çartlayır, heykələr aşır və ya başqa yerə sürüşür, binalar möhkəm zədələnir. 9 balda daş binalar bərk zədələnir və ya uçub dağılır. 10 balda torpaqda iri çatlar, yarıqlar əmələ gəlir, sürüşmə və uçqunlar baş verir, daş binalar dağılır, dəmir yollarda relslər əyilir. 11 balda yer üzərində enli yarıqlar aşılır, çoxlu sürüşmə uçqun hadisələri baş verir, daş binalar tam dağılır. 12 balda torpaq son dərəcə parçalanır, çoxlu çatlar, sürüşmələr, uçqunlar baş verir, şəlalələr əmələ gəlir, çay dərələrinin qabağı kəsilir., göllər yaranır, çayların məcrası dəyişir. Bütün binalar uçub dağılır Qrupları Dərinlik xüsusiyyətinə görə zəlzələlər 4 qrupa bölünür. Səth zəlzələləri(hiposentr 10 km-ə qədər dərinlikdə yerləşir) Normal zəlzələlər(hiposentr 10-60 km dərinlikdə yerləşir) Dərinlik zəlzələləri(hiposentr 60-300 km dərinlik də yerləşir) Çox böyük dərinlikli zəlzələləri(hiposentr 300-700 km dərinlikdə yerləşir) Yer kürəsində baş verən zəlzələlər daha çox səth və normal zəlzələlərdir. Çox böyük dərinlikli zəlzələlər adətən Sakit Okean "Odlu qövsü"də baş verir.Zəlzələ ocağı nə qədər dərindirsə dalğaların təsir etdiyi ərazi də bir o qədər geniş olur.Zəlzələ ocağının Yer səthinə perpendikuliyar proyeksiyası "episentr" adlanır. Yaranma səbəbləri Zəlzələnin baş verməsi üçün ilkin şərtlərdən biri də, yerin altında kövək suxurların olmasıdır. Yerin mərkəzinə tərəf irəlilədikcə temperatur artır. Nəticədə suxurlar nisbətən yumşaq olur və burada zəlzələnin yaranması üçün az imkan olur. Zəlzələ ona görə də yerin üst qatlarına yaxın zonalarda cəmləşir. Bəzi hallarda zəlzələ yerin 700 km dərinliyinə qədər işləyə bilirlər. Əgər iki lay toqquşarsa onda, sıxlığı yüksək olan yüngül layı aşağıya yerin dərinliyinə itələyir. Bu Vadati-Buniof-Zonaları adlı model ilə izah olunur. Zəlzələlər həmçinin vulkan püskürməsi nəticəsində də yarana bilərlər. Ancag burada baş verən zəlzələni tektonik enerjisi məhduddur. Zəlzələ zamanı Yerdə müxtəlif dalğalar yaranır. Bu dalğalar bütün yer kürəsinə yayılır və seysmoloqlar tərəfindən yerin istənilən nöqtəsində ölçülə bilir. Bu dalğalar yerin üst qatında baş verən dağıntılara səbəb olur.
Seysmoqraf — seysmik dalğaların bütün tiplərinin ölçülməsi üçün istifadə olunan xüsusi cihazdır. Adətən seysmoqraf, yaylı bərkitmə üsulu ilə bərkidilmiş yükə malikdir və zəlzələ vaxtı hərəkətsiz qalır. Ancaq cihazın qalan hissəsi (dayaq, korpus) hərəkətə gəlir və yük nisbətən yerini dəyişir. Bir sıra seysmoqraflar horizontal hərəkətlərə həssasdır, qalanları isə — vertikal hərəkətlərə həsasdır. Dalğalar hərəkət edən kağız lentində titrəyən qələmlə qeyd edilir. Elektron seysmoqraflar (kağız lentsiz) mövcuddur.İlk sesmoqraf Cində yaradılmışdır. Tarixində bu qədim sesmoqrafı belə təsvir olunub:, böyük tuncdan diametri təxminən 2 metr olan və başın ətrafında səkkiz nöqtədə tuncdan topları var idi. Nə vaxt ki zəlzələ olsaydı həmin o tunc toplar aşağı düşərdi və hansı tərəfdəki tunc top düşsəydi deməli zəlzələ istiqamətini göstərmiş olurdu.Tarixdə bu cihazın ən azı bir zəlzələni qeydə alması faktı var. Beləki Qansuda böyük zəlzələ vaxtı bizim eranın 143-də, seismoqraf heç kəsin hiss etmədiyi zəlzələni qeydə almışdır .
1902-ci ildə İtaliyada Cüzeppi Merkalı tərəfindən yeni, 12 ballı intensivlik şkalası tərtib edildi.
1931-ci ildə amerikalı alimlər Q.Vud və F.Nyumen, 1956-cı ildə isə Ç.Rixter həmin şkalada müəyyən dəyişikliklər etmişlər və hazırda bu şkala «Modifikasiya olunmuş Merkallı şkalası (MMİ)» adlanır.
1964-cü ildən Şərqi Avropada, o cümlədən Azərbaycanın da daxil olduğu keçmiş SSRİ-də rəsmi olaraq 12 ballıq MSK-64 şkalası qəbul edildi. Şkalanın adı onu tərtib edən seysmoloqların soyadlarının baş hərflərindən ibarətdir: S.V.Medvedyev (SSRİ), V.Şponxoyer (ADR) və V.Karnik (Çexoslavakiya). Bir-birindən az fərqlənən MMİ və MSK-64 şkalalarından əlavə 12 ballı Avropa makroseysmik şkalası (EMS, 1998), həmçinin Yaponiyada 1951-ci ildən tətbiq edilən Yaponiya meteoroloji agentliyinin (JMA) 7 ballı şkalası mövcuddur.
Aşağıda MSK-64 seysmik intensivlik şkalası ətraflı şəkildə verilir.
I bal. Zəlzələ hiss olunmur.
II bal. Çətinliklə hiss olunur. Titrəyişlər yalnız evdə, xüsusilə də yuxarı mərtəbələrdə sakit halda
olan insanlar tərəfindən hiss olunur.
III bal. Zəif titrəyişlər. Zəlzələ evdə sakit halda olan az adamlar və çöldə tək-tək adamlar tərəfindən hiss olunur. Minik avtomobili keçərkən əmələ gələn titrəyişlərə oxşardır. Diqqətli insanlar yüngül əşyaların zəif, yuxarı mərtəbələrdə isə bərk yellənməsini müşahidə edirlər.
IV bal. Aydın-aşkar titrəyiş. Zəlzələ bina daxilindəki adamların çoxunun, çöldəkilərin isə bəzilərinin tərəfindən hiss olunur. Yatanların bəzisi ayılır, lakin qorxmurlar. Ağır yüklü maşının əmələ gətirdiyi titrəyişlərə oxşardır. Pəncərə və qapıların cingiltisi, döşəmə və divarların cırıltısı eşidilir. Mebelin titrəyişi, asılan əşyaların yüngül yellənməsi, açıq qablardakı mayelərin dalğalanması müşahidə olunur. Dayanmış avtomobillərdə təkan hiss edilir.
V bal. Zəlzələ bina daxilindəki bütün insanlar, çöldəkilərin çoxu tərəfindən hiss olunur. Yatanların çoxu ayılır. Bəzi adamlar çölə qaçırlar. Heyvanlar narahat olurlar. Bina bütünlüklə titrəyir. Asılı əşyalar güclü yellənirlər. Nadir hallarda rəqqaslı saatlar dayanır. Bəzi dayanıqsız əşyalar aşır və ya sürüşürlər. Qapı və pəncərələr açılır və yenidən çırpılır. Maye dolu açıq qablardan maye dağılır. Evin daxilində düşən ağır əşyanın əmələ gətirdiyi titrəyişlərə oxşardır. Çiy kərpicdən, gildən tikilmiş kənd evlərində yüngül zədələr, suvaqda xırda çatlar əmələ gələ bilər və suvaq qopub düşə bilər. Bəzi hallarda bulaqların debiti dəyişir.
VI bal. Zəlzələ bina daxilindəki və çöldəki çox insanlar tərəfindən hiss olunur, onların çoxu qorxaraq küçəyə qaçır. Bəziləri müvazinətini itirir, ev heyvanları yuvalarından qaçırlar. Şüşə qabların sınması, kitabların düşməsi, ağır mebellərin hərəkəti müşahidə edilə bilir.
İribloklu və panel tipli, adi kərpic binaların bəzilərində və çiy kərpicdən, gildən tikilmiş evlərin çoxunda yüngül zədələr, xırda çatlar əmələ gəlir. Çiy kərpicdən, gildən tikilmiş kənd evlərində bəzən orta dərəcəli zədələr, divarlardakı suvaqlarda çatlar əmələ gəlir, suvaq böyük hissələrlə qopur və s.
VII bal. Binalar zədələnir. İnsanların böyük əksəriyyəti qorxu içində küçəyə qaçırlar. Onların çoxu ayaq üstdə çətinliklə dururlar. Sürücülər avtomobilin hərəkəti zamanı zəlzələni hiss edirlər.
Dəmir-beton karkas binaların çoxunda yüngül zədələr, suvaqlarda xırda çatlar əmələ gəlir, suvağın hissələri qopur, adi kərpic evlərdə, iribloklu və panel binalarda orta zədələnmə, divarlarda kiçik çatlar müşahidə edilir. Çiy kərpicdən tikilmiş kənd evlərində böyük zədələr, divarlarda dərin çatlar qeyd olunur. Belə evlərin bəzilərində evin divarlarının üçması, divarlarda birbaşa çatlar, binanın ayrı-ayrı hissələri arasında birləşmələrin dağılması və s. ola bilər. Bəzi hallarda yol kənarındakı iti yamaclarda sürüşmələr, yollarda çatlar qeyd edilir. Su səthində dalğa əmələ gəlir, lil qalxdığından su bulanır, quyularda suyun səviyyəsi dəyişir, bir sıra hallarda mövcud bulaqlar itir və ya yenisi əmələ gəlir.
VIII bal. Binalar ciddi zədələnir. Qorxu və çaxnaşma yaranır. Avtomobil sürən sürücülər də narahatlıq keçirir. Ağacların budaqlarının sınması, ağır mebellərin sürüşməsi, bəzən isə aşması, asılı lampaların bir hissəsinin zədələnməsi qeyd olunur. Dəmir-beton karkas binalarda orta zədələr, divarlarda xırda çatlar, bəzilərində isə ağır zədələr, divarlarda dərin çatlar əmələ gəlir. İribloklu və panel binalarda ağır zədələr, divarlarda böyük çatlar, bəzilərində divarların uçması, birbaşa çatların əmələ gəlməsi müşahidə edilir. Çiy kərpicdən tikilmiş kənd evlərində divarların uçması, birbaşa çatların əmələ gəlməsi, bəzən isə evlərin tamamilə üçması baş verir. Boru kəmərlərinin qırılması, heykəllərin sürüşməsi, qəbirüstü daşların aşması, daş hasarların dağılması qeyd olunur.
Qruntlarda bir neçə santimetr ölçüdə çat əmələ gəlir, quyuların bəzilərində su itir və ya qurumuş quyulara su dolur.
IX bal. Bütün binaların zədələnməsi, ümumi çaxnaşma, heyvanların qışqırığı və qaçışması müşahidə edilir.
Dəmir-beton karkas binaların dıvarlarında dərin çatlar, bəzilərində divar uçması, birbaşa çatların əmələ gəlməsi və hətta tamamilə dağılması baş verir. Adi kərpic, iribloklu və panel binalarda divarlarda birbaşa çatlar, bəzi divarların uçması, bəzən isə tam dağılması müşahidə olunur.
Abidələr və sütunlar aşır, yeraltı boru kəmərləri qırılır, bəzi hallarda dəmir yolu reysləri əyilir.
Qruntdakı çatların eni 10 sm-ə çatır, sürüşmə halları, su üzərində iri dalğalar qeyd olunur.
X bal. Bütün binalarda dağıntı qeyd olunur.
Dəmir-beton karkas binaların dıvarlarında birbaşa çatlar, uçma, bəzən isə binanın tam dağılması, adi kərpic, iribloklu və panel binalar, həmçinin çiy kərpicdən kənd evlərinin tam dağılması müşahidə olunur.
Qruntda onlarla santimetr, bəzən 1 m-ə qədər enində çatlar, iti yamaclarda sürüşmələr qeyd olunur, sahilyanı bölgələrdə lillə qum kütlələrinin qarışması, çaylardan, göllərdən suyun kənara çıxması, yeni göllərin əmələgəlməsi hallarına rast gəlinir.
XI bal. Fəlakət baş verir. Yaxşı tikilmiş tikililər, körpülər, bəndlər, dəmir yolları ciddi zədələnir, yeraltı boru kəmərləri dağılır, şosse yolları yararsız hala düşür.
Yer səthində enli çatlar, horizontal və vertikal istiqamətlərdə yerdəyişmələr, dağ uçqunları baş verir.
Zəlzələnin intensivliyini təyin etmək üçün xüsusi tədqiqat tələb olunur.
XII bal. Demək olar ki, bütün yerüstü və yeraltı qurğuların zədələnməsi, yer səthinin dəyişməsi, qruntlarda böyük yerdəyişmələrlə müşayət olunan iri çatlar, dağ uçqunları müşahidə olunur, göllər, şəlalələr əmələ gəlir, çaylar istiqamətini dəyişir.
Zəlzələnin intensivliyini təyin etmək üçün xüsusi tədqiqat tələb olunur.
Azərbaycan Respublikasının ərazisi geoloji cəhətdən Alp qırışıqlıq qurşağına daxildir. Böyük və Kiçik Qafqazın cənub-şərq hissələrini və onları ayıran Kür dağarası çökəkliyini, həmçinin Orta Xəzər və Cənubi Xəzər çökəkliklərini əhatə edən müxtəlif quruluşlu qırışıq sistemlərdən ibarətdir. Azərbaycan Respublikasında Yer qabığının qalınlığı 38-55 km arasında dəyişir. Maksimum qalınlığı Böyük Qafqaz ərazisində, minimum qalınlığı Talşın ətəklərindədir. Ərazinin geoloji quruluşunda çökmə, vulkanogen-çökmə, vulkanogen və kontinental süxurlardan təşkil olunmuş Kembridən əvvəlki dövrdən başlayraq müasir dövr çöküntüləri daxil olmaqla bütün geoloji dövrlərin çöküntü kompleksləri iştirak edir. Respublikada ən çox Mezozoy və həmçinin Kaynozoy yaşlı evgeosinklinal, miogeosinklinal və molass çöküntülər yayılmışdır. Az sahədə Paleozoyun subplatforma çöküntüləri və Alp Paleozoy-Kembridən öncəki metamorfik süxurlar var.Azərbaycan Respublikasının əsas struktur vahidləri Böyük Qafqaz meqantiklinoriumu, Kür dağlarası çökəkliyi və Kiçik Qafqaz meqantiklinoriumdur. Böyük Qafqaz meqantiklinoriumu mürəkkəb quruluşlu struktur olub, daxilində qədim strukturlarla yanaşı, cavan törəmə strukturlar da yerləşir: Böyük Qafqaz antiklinoriumunun təsvir edilən bütün strukturları Girdiman çayında kəskin bataraq, şərqdə Xəzər sahillərində periklinal şəklində qapanır. Şamaxı-Qobustan sinklinoriumu sahəsində Vəndam antiklinoriumunun gömülmüş davamı Yavanıdağ-Sanqaçal ağırlıq qüvvəsi maksimumu hesab edilir. Burada, Girdiman və Ağsu çayları arasında Maykop çöküntüləri üzərində qalın (1500 m) Dübrar fasiyalı Tabaşir çöküntüləri örtüyü (horizontal yerdəyişmə amplitudu 10 km) yerləşir ki, bu da Basqal örtüyü adlanır. Qərbdə Mazım və Girdiman çayları arasında Vəndam antiklinoriumunun xeyli cənub hissəsi çaqıl daşları ilə örtülmüşdür. Kür dağarası çökəkliyi uzun geoloji vaxat ərzində formalaşmışdır. Lakin müasir konfiqurasiyasını yalnız Oliqosen - dördüncü dövrdə almışdır. Çökəkliyin bünövrəsində uzununa istiqamətdə qərbdən şərqə və həmçinin şimaldan cənuba və əksinə pilləli enmə müşahidə edilir. Çökəklik törəmə struktur olub, üstdə yatan çöküntü layı qeyri-uyğun olaraq altdan yatan struktur kompleksi örtür. Quruluşunda köndələn qalxmalarla ayrılan iki çökəklik var: Orta Kür (Yuxarı Kür çökəkliyi Gürcüstan Respublikasındadır) və Aşağı Kür.
Kiçik Qafqazqabağı ön çökəkliyi Kiçik Qafqazın Somxeti - Ağdam zonasına paralel, cənub-şərq istiqamətdə uzanır. O, Paleogenin fliş tipli və Neogen-Antropogenin molass formasiyalı çöküntülərindən təşkil olunmuşdur; şimal-şərqdə Kür dərəsi boyu Yevlaxadək yaxşı izlənən Küryarığı ilə, ondan şərqdə isə Bərdə-Beyləqan xətti üzrə keçən fleksur əyimi ilə hüdudlanır. Çökəkliyin qərbində Kiçik Qafqazqabağı yarıq ilə hüdudlanmasına baxmayaraq cənub-qərb sərhədi girintili-çıxıntılıdır. Talış qırılıqlıq sahəsi Kiçik Qafqazın mərkəzi hissəsinin bilavasitə şərq davamını təşkil edir. O, köndələn istiqamətdə qalxmış Alpdan əvvəlki bünövrədə yerləşir; Üst Tabaşirin azqalınlıqlı karbonat və Paleogen-Alt Eosenin fliş çöküntülərindən, Orta Eosen traxibazaltlarından və Oliqosen fliş çöküntülərindən təşkil olunmuşdur. Sahənin kiçik inruziv kütlələri Paleogendə yerləşir və qələvi bazalt, qabbro, diabaz-diorit və qabbro-monsonit-siyenit formasiyalara aid olub, yerləşdiyi vulkanogen süxurlarla birlikdə vahid maqmatik kompleks əmələ gətirir. Burada Astara və Burovar antiklionriumları, Yardımlı və Cəlilabad sinklinoriumları, faylar, üstəgəlmələr və onları mürəkkəbləşdirən köndələn qalzım və çökəkliklər ayrılır.
Hələ zəlzələlərin alət (instrumental) üsulu ilə müşahidəsi olmayan dövrlərdə müxtəlif zəlzələləri bir-biri ilə intensivliklərinə görə müqaisə etmək üçün onların yer səthindəki təzahürlərini (dağıntıları, zədələri və s.) əsas götürürdülər. Əslində bu müqaisədə insan hissiyatına əsaslanan çox böyük subyektivlik və qeyri-müəyyənlik var idi. Məsələn, insanlar onların evlərini ciddi zədələyən zəlzələni, yüngül hiss olunan zəlzələdən güclü hesab edirdilər. Halbuki, daha güclü zəlzələ sadəcə uzaq olduğuna görə zəif hiss edilə bilərdi.Bütün bunlara baxmayaraq hələ XIX əsrin ortalarından başlayaraq zəlzələləri insan hissiyatına, fiziki obyektlərə vurduğu ziyana, ətraf geolojimühütə vizual təsirinə görə təsnifləşdirməyə cəhdlər edilirdi. Həmin əsrin sonlarında İsveçrədə və İtaliyada tərtib olunmuş Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası geniş yayılmışdı. Bu cədvəldə seysmik titrəyişlər intensivliklərinə görə on dərəcəyə bölünürlər.
1902-ci ildə İtaliyada Cüzeppi Merkalı tərəfindən yeni, 12 ballı intensivlik şkalası tərtib edildi.
1931-ci ildə amerikalı alimlər Q.Vud və F.Nyumen, 1956-cı ildə isə Ç.Rixter həmin şkalada müəyyən dəyişikliklər etmişlər və hazırda bu şkala «Modifikasiya olunmuş Merkallı şkalası (MMİ)» adlanır.
1964-cü ildən Şərqi Avropada, o cümlədən Azərbaycanın da daxil olduğu keçmiş SSRİ-də rəsmi olaraq 12 ballıq MSK-64 şkalası qəbul edildi. Şkalanın adı onu tərtib edən seysmoloqların soyadlarının baş hərflərindən ibarətdir: S.V.Medvedyev (SSRİ), V.Şponxoyer (ADR) və V.Karnik (Çexoslavakiya). Bir-birindən az fərqlənən MMİ və MSK-64 şkalalarından əlavə 12 ballı Avropa makroseysmik şkalası (EMS, 1998), həmçinin Yaponiyada 1951-ci ildən tətbiq edilən Yaponiya meteoroloji agentliyinin (JMA) 7 ballı şkalası mövcuddur.
Aşağıda MSK-64 seysmik intensivlik şkalası ətraflı şəkildə verilir.
I bal. Zəlzələ hiss olunmur.
II bal. Çətinliklə hiss olunur. Titrəyişlər yalnız evdə, xüsusilə də yuxarı mərtəbələrdə sakit halda olan insanlar tərəfindən hiss olunur.