Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Ən sonuncu məqalələr

Cənubi Amerikada, And dağlarının ətəklərində, Perunun cənubunda  illərlə yağış yağmayan kimsəsiz yayla yerləşir. Burada hər gün  qum fırtınası  qoparan parakas küləkləri əsir. Heç bir həyat əlaməti olmayan bu səhra Yer kürəsinin ən müəmmalı yerlərindən biridir.  

Sakit okeanın 50 kilometrliyində yerləşən  Naska yaylasında 2500 il bundan qabaq  insanlar yaşayırdılar.  Onlar taxıl becərir, gildən evlər tikir, balqabaqdan butulkalar düzəldir, müxtəlif qablar hazırlayır və üzərində gözəl naxışlar çəkirdilər.  

Ölümdən sonra da həyatın olduğuna  inanan naskalılar insanları bir neçə qat parçaya büküb oturaq vəziyyətdə dəfn edirdilər. Naska mədəniyyətinin nümayəndələri  öz kəllələrinə uzunsov forma verməyə çalışırdılar.  

Bunun üçün uşaqların başına taxta parçaları bağlayırdılar. Onlar niyə belə edirdilər? Bəlkə başqalarından fərqlənmək üçün? Yaxud  qədim allahlardan birinə bənzəmək istəyirdilər?   Bəlkə belə forma onlara  dünyanı  adi insan kimi deyil, başqa cür görməyə imkan verirdi?   

Bu yerlərin qədim sakinləri  öz həyat tərzləri barədə  yazılar qoymayıblar.  Lakin məlumdur ki, Naska xalqı insanları qurban verən  sərt xalq olub.  Qədim parçalarda və qablarda şamanlar, pişiklər, dəniz məxluqları və kəsilmiş başlar təsvir olunub.  

Naskalılar bacarıqlı ustalar olublar.  Onların gözəl naxışlı örtükləri hansı üsullarla hazırladıqları bizə bəlli deyil. Naskalılar yeraltı bulaqlar tapırdılar. Onların  inşa etdikləri akveduklar, su kəmərləri zəmanəmizə qədər gəlib çatmışdır.

Daşlarla döşənmiş bəzi  kanalların uzunluğu  450 metrdən çoxdur. Naskalılar  Kaxuaçi adlı şəhər salıblar.  Bu şəhərin ətrafında çoxlu sayda məzar  təpələri vardır.  Təpəyə qalxanda Nasko yaylası   sakinlərinin ən böyük müəmması – nəhəng rəsmlər görünür.  

Yerin səthindəki xırda qırmızı  daşları yerindən tərpədəndə, onların altında açıq rəngli qumun və gilin olduğu görünür. Yaylada bu günə qədər məlum olan 13 mindən çox  xətt və fiqur vardır.  Külək min il ərzində onları təmizləyib,  daha qabarıq edib. 

Səmadan əcaib mənzərə açılır - bütün səhra boyu xətlər çəkilib. Sanki nəhəng bir adam yaylanın üzərində albom vərəqində olduğu kimi  şəkillər çəkib.  Uçuş zolağı kimi  düz və uzun xətlər; həndəsi fiqurlar; yarpaqlar; budaqlar; heyvan və quş təsvirləri; möhkəm spiral və ziqzaqlar – şəkillər heç bir yerdə qırılmayan xətlərlə çəkilib.    

XX əsrdə Naska  xətləri ilə arxeoloqlar maraqlanmağa başlayıblar.  Əvvəlcə bu xətlərə çox da əhəmiyyət verməyiblər. Belə qərara gəliblər ki,  bunlar qədim suvarma kanalları və ya müqəddəs yerlərə aparan  yollardır.


Lakin tezliklə  görüblər ki, Günəş  bu xətlərdən birinin  oxu boyu qürub edir, “kolibri”nin  burnu  yay gecə-gündüz bərabərliyində  Günəşin doğduğu  yeri göstərir. Onda qərara gəlirlər ki,  bu qədim təqvimdir, hərçənd  xətlərin çox cüzi hissəsini ulduzlu səma ilə tutuşdurmaq mümkün olur. Bəzi alimlər hesab edirlər ki, xətlər yeraltı çayların xəritəsidir. 

Naska xətlərinin sirri hələ də açılmayıb.  Bir versiya digərini əvəzləyir.  Bu müəmmadan baş çıxarmaq isə hələlik mümkün görünmür.  Heoqlifləri (yerdə uzunluğu dörd metrdən çox olan xətləri belə adlandırırlar) qoruyub saxlamaq üçün  Naska xətləri UNESCO tərəfindən qorunur.  Lakin  yayladan keçən  avtomobil yolu və meşələrin qırılması  səbəbindən  məcrası dəyişən çay daşqınları  nadir abidəyə təhlükə yaradır.  /portal.azertag.az/

İstifadə etdiyimiz təqvimdəki ayların adının necə əmələ gəldiyi yəqin ki, hər birimiz üçün maraqlıdır. Bu ayların adı qədim Roma təqvimindən götürülüb. Qədim Romada çoxallahlılıq mövcud idi. Romalılar təqvimdəki ayların hər birini onların adları ilə əlaqələndirib və tanrılarının şərəfinə adlandırıblar. 

Yanvar - qədim zamanlarda hər bir başlanğıcın tanrısı hesab edilən Roma allahı Yunusun adı ilə əlaqələndirilib. 
Fevral - bu ayın ortasında Romada Dies Februtus adlı yaz bayramı keçirildiyi üçün bu cür qeyd olunub. 
Mart - Romanın müharibə allahı Marsın şərəfinə qoyulub. 
Aprel - Latın feli olan “aparire” sözündən götürülüb ki, bunun da mənası açmaq deməkdir. Həmin ayda Romada  çiçəklər açarmış.
May - Romanın yaz ilahəsi olan Mayinin adından götürülüb.
İyun – Bu ayın adının necə yarandığı barədə müxtəlif fikirlər var. Ehtimala görə, bu aya Roma ilahəsi Yunonun adı verilib. Lakin, “iyun” sözünün yaranması haqqında başqa bir fikrə görə, bu ayın adı birinci Roma konsulu (Romada yüksək vəzifəli şəxs) Yuni Brutun şərəfinə adlandırılıb.
İyul - Roma imperatoru Yuli Sezar bu ayda anadan olduğu üçün onun adı ilə əlaqələndirilib.
Avqust - Roma imperatoru Oktavianın adının sonuna artırdığı Avqust (mənası “müqəddəs” deməkdir) sözündən götürülüb. Məhz, Yuli Sezardan sonra hakimiyyətə gələn Oktavian  təqvimə özünün şərəfinə Avqust ayını daxil etdirib. 
Sentyabr - Latınca “setrem” ( yeddi ) sözündən yaranıb. Çünki, qədim Roma təqvimində il martdan başlanırmış. Sentyabr qədim Roma təqviminin yeddinci ayı imiş. 
Oktyabr - Latınca “okto” (səkkiz) sözündən əmələ gəlib. Çünki, bu ay qədim Roma təqvimində səkkizinci ayı hesab olunurmuş.
Noyabr - Latınca “novem” (doqquz) sözündən yaranıb. Noyabr qədim Roma təqviminin doqquzuncu ayı olduğundan belə adlandırılıb. 
Dekabr - Latınca “desem” (on) sözündən əmələ gəlib. Dekabrın gəlişi qədim Roma təqvimində onuncu aya təsadüf etdiyindən ona bu ad verilib.

Tufangöl — Dəmiraparan çayının sol qolu Tufançayın sağ qolunun mənbəyindən 4 km şimalda, dəniz səviyyəsindən 3,277 m yüksəklikdə yerləşir. Buzlaq (moren) mənşəyli olan Tufangölün ətrafı dağlarla əhatə olunmuş, qar və buzlaq suları ilə qidalanan şirin sulu göldür. Gölün uzunluğu 160 m, eni 125 m, çoxsulu dövürdə sahəsi 3,8 hektara çatır. Dərinliyi 5,6 m -ə çatan Tufan gölün suyu yay aylarında şəffaf olur və 2 m-ə qədər gölün dibi aydın görünür.
Qar və buzlaq suları ilə qidalanır. Şirin suludur.Bəzən qar örtüyü bütün il ərzində əriməyə macal tapmır. Bu yerlərə bələd olan köçəri maldarlar (yerli əhali) Tufangölü Nuhun gölü kimi tanıyırlar.

Rəvayətə görə guya gölün sahilində Nuhun gəmisinin parçalanmış qalıqlarına rast gəlinmiş. Lakin Tufan dağ, "Tufan çay" və "Tufan göl" adları çox güman ki, qeyd olunan coğrafi ərazinin sərt, tufanlı-qasırğalı təbiəti ilə əlaqədardır.

Tufangölün ətrafında ilin 8 – 9 ayı buludlu, qarlı, çovqunlu keçir. Tufan dağ, "Tufan çay" və "Tufan göl" adları çox güman ki,ərazinin sərt, tufanlı-qasırğalı təbiəti ilə əlaqədardır.

Cənubi Amerikanın çay və göllərində çox da böyük olmayan, təxminən 30 santimetr uzunluğunda piraniya balıqları yaşayır. Bəs bu balıqlar niyə görə məşhurlaşıb? Acgözlüyünə, ülgüc kimi iti dişlərinə və aqressivliyinə görə.

Piraniyalar qarşılarına çıxan bütün heyvanlara, istər balıq olsun, istərsə də suya düşən hər hansı başqa heyvan, hamısına hücum edir. Piraniya sürüsü bir göz qırpımında öküzü elə parçalayar ki, ondan yalnız quru sümük qalar.

Sürüləri piraniyaların yaşadığı çaydan keçirməyə məcbur olan çobanlar heyvanların birini bu yırtıcılara qurban verməli olurlar. Piraniyaların başı bu heyvana qarışdığı müddətdə, sürü  çayı salamat keçə bilir.


Vəhşi heyvanlar da hiyləgərlikdə insanlardan geri qalmır. Çaydan su içmək və ya onu keçmək üçün onlar piraniyaların başını səs-küylə qatırlar. Piraniya sürüsü səs gələn tərəfə cuman zaman vəhşi heyvanlar cəld su içir və yaxud digər sahilə keçirlər.

Piraniyaların bədxahlığı hətta onların öz aralarında didişməsinə, biri-birinə hücum etməsinə gətirib çıxarır. Lakin buna baxmayaraq bəzi həvəskar-akvariumçular bu balıqları evdə saxlamağa risk edirlər. Deyilənə görə, təbii yaşam arealından məhrum olan piraniya öz aqressivliyini itirir.  portal.azertag.az

Qobi Mərkəzi Asiyanın ən böyük və qeyri-adi səhralarından biridir. Adını monqol  sözü “qov”dan alıb. Monqol dilində “qov” “boş, susuz yer” deməkdir. Bu bölgəni ilk kəşf edənlərə Qobi çox dəhşətli yer təsiri bağışlayıb. 

Qobinin ilk tədqiqatçılarından biri rus səyyahı Nikolay Prjevalski olub. Cəhənnəm istisi ilə nəfəs boğan, qum qasırğaları qoparan dalğavari qum təpələri ilə yüzlərlə verst məsafə qət etmək ekspedisiya üçün ağır olub. Təsəvvür edin ki, bir damcı da su yoxdur. Nə bir quş, nə də bir heyvan gözə dəyir. Əvəzində qarşıya saysız-hesabsız at və dəvə sümükləri çıxır. İlğım. Dan yeri ağarandan qürub çağına qədər günəş yandırıb-yaxır. 

Prjevalskidən 500 il əvvəl başqa bir yolçu Qobi barədə yazıb: “Biz yol gedirdik... iki ay və 10 gün. Bu müddət ərzində sərdabalardan başqa heç bir tikilinin izinə-tozuna da rast gəlmədik”. Daha 700 il əvvəl isə Çin səyyahı bu səhranı oxşar şəkildə təsvir edib: “...çoxlu mənfur şeytan və isti küləklər var. Bunlarla qarşılaşan səyyahların hamısı tələf olur...”.

Qobi dəhşətli istiləri, gözqamaşdıran günəşi və güclü küləkləri ilə bərabər, sərt   soyuqları ilə də məşhurdur. Yayda temperatur 50-yə yüksəlirsə, qışda mənfi  50 dərəcə soyuqlar olur.  Belə temperatur dəyişməsi hətta soyuq qütbü Oymyakonda da yoxdur.

Əslində, Qobi ilk səyyahların təsvir etdikləri qədər yeknəsəq və dəhşətli yer deyildir.  Yerli sakinlər bu geniş ərazidə Qırmızı, Qara, Sarı, Şoran, Bərəkətli və digər qobiləri fərqləndirirlər. Bu qobilər də çoxsaylı regionlara bölünür. Deyilənə görə, monqollarda  33 Qobi səhrası  var.  Həqiqətən, Qobi rəngarəngdir. Burada həm  qumlu düzənliyə, həm də hündür barxanlara təsadüf olunur.

Səhranın xeyli hissəsini gilli-daşlı səhralar – hamadalar təşkil edir. Qayalı dağları olan çöllüklər də az deyildir. Burada şoranlıq ərazilərə, vahələrə təsadüf olunur. Qobinin çox sərt iqlimli bölgələrində insanlar yaşamır. Amma ərazilərinin bir qismi bu səhrada yerləşən Monqolustan və Çin bu torpaqları heç də vecsiz saymır. Səhrada köçəri həyat keçirən çobanlar sürü otarır. Vəhşi heyvanlar və yabanı bitklilər də az deyil. 

Qobi on milyonlarla ildir quru ərazidir. Hərçənd 130 milyon il əvvəl başdan-başa bataqlıq ərazi olan bu yerlər dinozavrların məskəni olub. Belə bir versiya var ki, heyvanlar məhz burada əmələ gəlib və yer üzünə yayılıb.  Qobidə bu qədim nəhəng heyvanların xeyli skeleti tapılıb və ilk dəfə dinozavr yumurtası aşkar edilib.  Səhrada  elmi ekspedisiyalar işləyir.  Hətta turistlərə də qazıntı halında olan heyvan sümükləri  axtarmaq icazəsi verilib. Doğrudur, qazıntı aparmaq üçün çox sərt şərtlər irəli sürülür.  

Bəzi heyvanlar Qobi səhrasının ağlasığmaz temperatur dəyişmələrinə uyğunlaşıb.  Xırda gəmiricilər  yuvalarda gizlənir. Baktrian adlandırılan vəhşi dəvələrin qalın yunu onları soyuqlardan və qızmar günəşdən qoruyur. Bədənlərinin aşağı hissəsində yun qalın deyil və bu da onlara sərinləmək imkanı verir. Ceyran, kulan, antilop kimi heyvanlar bu sərt yerlərin sakinləridir. 

Kənd təsərrüfatını inkişaf etdirən insanlar səhranın olan-qalan suyunu qurudur, onun strukturunu pozur, meşələri qırır, nəticədə səhra daha genişlənir. Monqolustanın və  Çinin şəhərləri  Qobidən qopan qum qasırğalarından əziyyət çəkir. Böyük səhradan  qorunmaq üçün  Çində  Böyük yaşıl hasar hörmək qərarına gəliblər. 1970-ci ildə başlanan yaşıllaşdırma işlərini 2050-ci ildə başa çatdırmaq nəzərdə tutulur. Layihəyə görə, ölkənin 13 əyalətini əhatə edən geniş ərazidə ağaclar əkilməlidir.  Böyük yaşıl zolağın uzunluğu 4500 kilometrdən çox, eni təqribən 100 kilometr olmalıdır.  Yaşı 11-60 arasında olan hər bir çinli  hər il  ya 3-5 ağac əkməli, ya da  vergi ödəməlidir.  /portal.azertag.az/

Niyə Fevral 28 gündür?
Bu demək olar ki, hər kəsin ağlına gələn amma dəqiq bir cavab verə bilmədiyimiz bir sual olmuşdur ..
Təbii coğrafiya müəllimlərin tez-tez məruz qaldığı suallardan biri budur ..
Ümumiyyətlə bu suallara mən də daxil olmaq üzrə Coğrafiyaçılar belə cavab verir:
"Dünyanın orbiti ellips olduğu üçün il içərisində dünya günəşə bəzən yaxınlaşarkən (ən yaxın 3 yanvar) bəzən də uzaqlaşar (ən uzaq 4 iyul) bu yaxınlaşma ya da uzaqlaşmalar əsnasında dünya ilə günəş arasındakı cazibə qüvvəsi dəyişər və dünya günəşə yaxınkən (yəni fevral periodunda) daha sürətli hərəkət edərkən uzaqlaşdığı dövrdə (avqust periodunda) yavaşlayar ..
Belə olunca normalda 30 gündə keçməsi lazım fevral ayını sürətli keçdiyi üçün 28 gündə, yavaş keçən avqust, iyul dövrünü isə 30 yerinə 31 ər gündə tamamlayır ..
Yəni bunu səbəbi orbitin ellips olması və dünyanın orbit sürətinin buna bağlı olaraq dəyişməsidir .. "
Bu cavabın doğru olduğu yerlər qədər doğru olmadığı yerlər də var təəssüf ki ..
Ay müddətləri əgər dünyanın orbit sürətinə bağlı olsaydı ard arda 30, 31, 30, 31 deyə ay müddətləri əmələ gəlməzdi onsuz da ..
Çünki orbit sürəti düzünli olaraq artar ya da azalar ..
Amma ay surələrindəki artım ya da azalmalar nizamlı deyil ki ..
Məsələn;
Dekabr Yanvarda dünya çox yavaşlayır və bu aylar 31 gün davam edir.
Sonra dünya bi anda qaza basır və fevral ayı yalnız 28 gün davam edir.
Yaxşı sonra nə olur?
Martda yenə dünya bi anda yavaşlayır və 31 gün sonra sürətlənir 30 gün və.s ...
Bu sizə məntiqli gəldimi?
Əgər gəlmədisə bir də bunu oxuyun;

Əslində hadisə, Sezar dövründə keçir. Julius Sezar, təqvimdəki qarışıqlıqları həll etməsi üçün Misirli astronomiya alimi Sosigenesə əmr verir. O zamanlarda 1 ilin 365 gün 6 saat davam etdiyi bilinir.

    Sosigenes də həll edir:

    HƏR İL 365 GÜN ÇƏKƏCƏK.

    Hər ildən 6 saat artacaq.

    Qalıq saatlar 4 ildə bir təqvimə əlavə olunacaq və

    O İL 365 + 24 SAAT = 366 GÜN OLACAQ.

    366 gün 12 bərabər parçaya bölünmədiyi üçün 6 ay 30 gün, digər 6 ay 31 gün çəkəcək. Yaxşı 365 gün çəkən illərdə aylara görə bölgü necə olacaq?

    Sezar əmr verir: O zamanlar yeni il, mart ayında. Və Sezar da yeni ilin başlandığı aya çox sevdiyi həyat yoldaşının adını verir (March). Və İlk ay 31 gün çəksin, daha sonrakılar də bir 30, bir 31 şəklində getsin istəyir. İlin son ayı olan fevral, (September = 7, October = 8, November = 9, December = 10 da buradan gəlir) beləcə 4 ildə bir 30 gün, digər illərdə 29 gün olmuş. Sezar, bununla da kifayətlənməyib aylardan birinə (ən sevdiyi aya-iyul) öz adını vermiş: JULIUS, yəni JULY.

    Sonradan imperator olan Augustus, Sezardən geri qalmamış və o da ən sevdiyi aya (Avqust) öz adını vermiş: AUGUSTUS, yəni Avqust. Ancaq Julius Sezarin ayı 31 günkən Augustusun ayı 30 gün ola bilərdimi? O da əmr vermir: İLİN SON AYINDA 1 GÜN DAHA ALIN, mənim ayım da 31 gün edin. Yazıq Fevraldan 1 gün daha alınmış və Avqusta əlavə olunmuş. O gün bu gündür Fevral ayı, 4 ildə bir 29 gün, digər illərdə 28 gün, Sezarın ayı İyul və Augustusun ayı Avqust da dalbadal 31 gün davam edir.
Sizcə bunlardan hansı daha doğru ola bilər?
Məqalədən istifadə edərkən istinad kimi cografiya.info göstərməyiniz xahiş olunur

Günəş,5 milyard il içində ömrünü tamamlayacaq.Ölüm müddətində genişlənərək həyat verdiyi Dünyanı da udacaq olan Günəş,planetimizin son ölüm tarixini əlində saxlayır.Ancaq alimlər,Dünyanın fiziki olaraq olmasa da,bir gün üzərindəki həyatın tamamilə sona çatacağını bildirdilər.Dünyamız,Günəş tərəfindən udulmadan əvvəl "ölə bilər".Astronomların hazırladığı simulyasiyalar,3 milyard il ərzində Dünyadakı bütün canlı növlərinin yox olacağını ortaya qoydu.
İngiltərənin St. Andrews Universitetidə astrobioloq olan Jack O'Malley-James,"Yavaş və sürətli ekoloji dəyişmələrin bir araya gəlməsi,Dünyadakı bütün canlı növlərinin nəslinin tükənməsinə səbəb olacaq.Ən son həyat növləri 2.8 milyard il sonra Dünyadan silinmiş olacaq"-dedi.
İngilis astronomu,okeanların 2 milyard il içində quruyacağını,geriyə Marsa bənzəyən qurumuş qum təpələriylə örtülü ərazilər qalacağını ifadə etdi.Dünyada bir zamanlar həyatın var olduğuna dair izlər,geridə qalan az saydaki su yığınına yatacaq.O'Malley-Jamesin simulyasiyasına görə,bir neçə milyard il içində artan buxarlanma nisbətləri və yağış suyundakı kimyəvi reaksiyaları,atmosferdən daha çox karbon çəkəcək.Azalan karbondioksid nisbətləri,heyvan və bitkilərin yox olmasına səbəb olarkən,dünya mikrobların evi halına gələcək.Eyni zamanda oksigen tükənəcək və artan temperatur okeanların buxarlaşmasıyla geridə quru bir planet buraxacaq.
"Çox uzun zaman sonrakı Dünya,həyata çox uzaq bir yer halına gələcək"-deyə fikrini ifadə edən O'Malley-James,"Bütün həyat formaları suya ehtiyac duyur.Gələcəkdə kiçik su yığınları,istiliyin aşağı olduğu yüksək yerlərdə və ya mağaralarda və yerlatında olacaq.Həmçinin,gələcəyin dünyasında yüksək temperatur və ultrabənövşəyi radiasiya kimi bir çox çətin vəziyyətlə mübarizə etmək lazım olacaq "şərhini etdi.
8,400,000 Il sonra əvvəldən kosmosa uçurulmuş və dünyaya geri dönməyə proqramlı insanlığın gələcək nəsillərinə mesaj, xəritə və məlumatlar daşıyan LAGEOS peyki Dünyaya geri dönəcək.Hazır yeri gəlmişkən,LAGEOS-dan da bir az bəhs edək.

LAGEOS 426 bucaqlı kub yansıdıcıdan ibarət olan bir kürədir.LAGEOS,dünyanın orbitində 1976 -ci ildən bu yana uçmaqdadır.
LAGEOS-un içində 2 ədəd paslanmayan poladdan əldə edilmiş plakat var.Dünya haqqında LAGEOS'dan verilən məlumatlar isə,bu lövhələr vasitəsi ilə lazımlı yerlərə çatdırılır.LAGEOS-un üst qisimində 1-dən 10-a qədər rəqəmlər var.Sağ tərəfində isə,Dünyamızın Günəş ətrafında döndüyünü izah edən bir rəsm var.Eyni zamanda Dünyanın Günəş ətrafında dönüş müddətinin 1 il olduğu da yenə bu rəsm ilə göstərilir.Bu məlumatlardan geri qalan hissədə isə Dünyanın 268 milyon il əvvəl necə göründüyü və qitələrin düzülüşü ilə bu gün necə göründüyü izah edilir.

25,000 il sonra Arecibo Mesajı yerinə çatacaq.25.000 işıq ili uzaqlığa göndərilən Arecibo Mesajı 1679 ikilik ədəd sistemi rəqəmindən ibarətdir və ölçüsü 210 baytdır.Bu mesajın göndərilmə məqsədi dünyadankənar ağıllı varlıqlarla bir ünsiyyət qurma səyi deyil,insanlığın texnoloji inkişafının bir inkişafıdır.2001-ci ilin avqust ayında Birləşmiş Krallıqda Chilbolton teleskopu yaxınlarındakı bir tarlada olan çevrə formalı strukturların,Arecibo mesajına dünya xaricindən gələn bir cavab olduğu iddia edilmişdir.SETI'yə görə isə,bu qrafiklərin dünya xarici qaynaqlı olduğunu iddia edə bilmək üçün heç bir dəlil yoxdur.

Günəşin isə qarşısında hələ 5 milyard ili daha var.Sonra içindəki hidrogen bitəcək və içərisindəki heliumu yandırmağa başlayacaq.Heliumun da bitməsi bir neçə milyon il çəkəcək.Və bu zamanda Günəş xeyli böyüyəcək.Ehtimal olunur ki,özünə ən yaxın 4-5 planeti "udacaq".Sonra içindəki maddələri tuta bilməyərək bir dumanlıq əmələ gətirəcək və sadəcə nüvəsi qalacaq.Yandıracaq bir şeyi qalmayan Günəş artıq karbonu yandırmağa başlayacaq və bəyaz cırtdana çevriləcək.Karbonu da müxtəlif maddələrə çevirəcək və onlar da öz növbəsində yanacaqlar.Bəs maraqlısı budur ki,gələcəkdə bu planetin yanından keçəcək "davamçılarımız" bu bəyaz cırtdan planetin əvvəllər Dünyaya həyat bağışladığını,canlıların əsasını qoyduğunu və Dünyadakıların bütün ömrünü bu "davamçıları" axtarmaqla keçirdiyini anlayacaqmı?

11 Fevral, 2016-cı il tarixini heç vaxt unutmayın, çünki məhz dünən bəlkə də elm dünyasının ən böyük kəşfi edildi və biz bu kəşflə eyni dövrdə yaşayan şanslı insanlardanıq! Belə ki, Einstein’in 100 il əvvəl bütün dünyanın axarını dəyişdirdiyi Ümumi Nisbilik Nəzəriyyəsində qeyd etdiyi Qravitasiya Dalğaları dünən rəsmi olaraq müşahidə edildi və onların varlığına heç bir şübhə qalmadı. Müşahidələr zamanı iki qara dəliyin toqquşması görülüb və toqquşma səsi eşidilib. Astrofiziklər qara dəliklərdən alınan siqnalların cazibə dalğalarının varlığını tam sübut etdiyini iddia edirlər.

Bu inanılmaz dərəcədə mühüm kəşfdir. Bu kəşfin əhəmiyyətini başa düşmək üçün sizə keçmişə qısa səyahət və detallı məlumat təqdim edir:

Hələ 1600-cü illərdə Nyuton Cazibə Qüvvəsinin varlığından bəhs etmişdi.

O, Yerin və digər planetlərin, bütün kainatın bu qüvvəyə təslim olduğunu idda etmişdi. Bütün bunları iddia etməsinə baxmayaraq, Nyuton əsas suallara cavab tapa bilməmişdi: Bəs bu qüvvə necə işləyir? Aralarındakı məsafənin 380 min km olduğu Ay və Yer necə belə əlaqəyə girə bilirlər? Günəş 150 milyon km uzaqlıqdan Yerin hərəkətinə necə təsir göstərə bilir? Günəş sonu olmayan bir boşluğun içində necə olur ki, bizim Dünyamıza tərəf uzanır və ona təsir göstərir?

1916-cı ildə isə Einstein əsl bombanı partlatdı.

O, Ümumi Nisbilik Nəzəriyyəsi ilə Cazibə Qüvvəsi deyə bir şeyin olmadığını açıqladı. Cazibə Qüvvəsi hesab etdiyimiz şeylərin isə əslində kainat-zamanda olan bükülmələr olduğunu iddia etdi. Yəni, Einstein’ə görə biz insanların Yer üzərində gəzə bilməsini təmin edən şey şey, yerin cazibə qüvvəsi deyil, kainatdakı bükülmələrin bizə olan təsiridir. Einstein’ə görə heç bir şey olmayan sahədə düz şəkildə olan kainat, sahəyə hər hansı bir cisim daxil olduğu zaman əyilib-bükülür. Bu əyilmə və bükülmələr nəticəsində cazibə qüvvəsi kainatda mövcud ola bilir. Günəşin bükdüyü Kosmosda Yer öz orbitində, Yerin bükdüyü kosmosda isə Ay öz orbitində fırlanmaqdadır. Lakin, təəssüf ki, Einstein həmin dövrdə etdiyi bu fərziyyəni sübut edə bilməmişdi. Düz dünənə qədər!!!

Bu kəşfin mahiyyəti nədən ibarətdir?

Həyata keçirilən bu təcrübəylə bərabər artıq kosmos-zamanın büküldüyü sübut edildi və bu bükülmədən qaynaqlanan cazibə qüvvəsi dalğalarına qulaq asıldı. Bu dalğaların müşahidəsi üçün iki ədəd 205 milyon dollarlıq LIGO adlandırılan qəbuledicidən istifadə edilib. Qravitasiya dalğaları ən bəsit formada kosmos-zaman bükülməsi nəticəsində bu bükülmədən qaynaqlanan dalğalardır. Bunun sayəsində biz kainatda görə bilmədiklərimizi, eşidə biləcəyik. Bunlardan biri kimi qara dəlikləri göstərmək olar. Bir sözlə, kainat haqqında bütün bildiklərimizi yenidən formalaşdırmağımızı gərəkli edəcək dərəcədə əhəmiyyətli bir kəşfdir.

Bu kəşfin dəyərini ən yaxşı formada qara dəliklər üzərindən dərk edə bilərik.


Bu kəşfin nə qədər əhəmiyyətli olmasını qara dəliklər vasitəsilə dərk edə bilərik. Belə ki, qara dəliklərin varlığından xəbərdar olsaq da, onlar haqqında demək olar ki heç bir məlumat sahibi deyilik. Tək bildiyimiz şey cazibə qüvvəsi sahəsinə daxil olan ulduz, planet, hətta işıq kimi cisimlərin bu dəlik tərəfindən udulması və sonsuza qədər yox olmasıdır. İki dəliyin bir-birinə yaxınlaşaraq birləşdiyi və daha böyük qara dəlik meydana gətirdiyini də bilirdik. İki qara dəlik birləşərək daha böyük bir qara dəlik meydana gətirdiklərində, kosmos-zamanda yaratdıqları bükülmə artır və dəlik böyüdükcə də titrəşimlər başlayır. Məhz bu titrəşimlər də qravitasiya dalğası adlanır.

Xülasə, bu kəşf ona görə bu qədər böyük və mükəmməldir ki, artıq kainatın dərinliklərini kəşf etməyə çalışan fizikləri görə bilmədiklərini eşidə biləcəklər! Bu isə dünyanın yeni nizamı deməkdir. /pahoo.az/

Tibb universitetlərini bitirən məzunlar “Hippokrat andı” içirlər. Bəs bu andın mənası nədir və Hippokrat kimdir? Tibb elmi yaranadək xəstəliklərin müalicəsi ilə cadugərlər və ara həkimləri məşğul olurdu. Daha sonralar Qədim Misirdə və Hindistanda ilk tibbi biliklər yarandı.

Qədim Misirdə isə hətta tibb məktəbləri mövcud idi. Lakin yenə də xəstəliklərin müalicəsində daha çox ovsunlardan, dualardan və qurban kəsmə kimi vasitələrdən istifadə olunurdu.

Tibb elminin bünövrəsi isə Qədim Yunanıstanda qoyulub. Bu elmin banisi sayılan Hippokrat eramızdan əvvəl 460-cı ildə Yunanıstanın Kos adasında anadan olub. O, tibbə elmi cəhətdən yanaşıb və qarşılaşdığı hadisələri çox diqqətlə müşahidə edib.

Hippokratın əksər müşahidələrin nəticələri, məsələn səbəbsiz yorğunluğun xəstəlik əlaməti olması, sayıqlayan insanın yuxuya getməsinin sağalmağa işarə olması, bədənin hər hansı hissəsinin səbəbsiz yerə ağrıması psixi fəaliyyətin nəticəsi olduğunu müasir elm də təsdiqləyir.

Hippokrat həkim sənətinin məqsədləri ilə bağlı fikirlərində əmin idi. Bu əminlik Hippokrat andında da özünü göstərir:

“Söz verirəm ki, müalicədən heç vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm. Məndən zəhər istəyənə onu verməyəcəyim kimi, belə bir hərəkəti tövsiyə etməyəcəyəm… İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlayacağam və kimsəyə açmayacağam”.

Yaxın və Orta Şərq regionunda 400,0 mln. əhali yaşayır.Demoqrafik göstəricilər regionun bir sıra ölkələrində (Əfqanıstan,bəzi əmirliklər, Yəmən) siyahıyaalma aparılmadığından BMT-nin təxmini məlumatlarına əsaslanır. Yaxın və orta Şərq regionu əhalisinin 60 faizindən çoxu Türkiyə, İran və Misirdə yaşayır.

Antropoloji cəhətdən region əhalisi avropoid irqinin cənub qrupuna aid edilir. Antropoloji və etnik mənsubiyyət bir-birinə uyğun gəlmir. Belə ki, türklər, oturaq həyat keçirən ərəblər, kürdlər,yəhudilərin böyük qismi, Ön Asiya,Əfqanıstanın əksər xalqları HindPamir, İran xalqları birinci qrupdan ikinciyə keçid müşahidə edilir.Aralıq dənizi bölgəsinin antropoloji xüsusiyyətləri qərbi türklər və köçəri ərəblərdə daha parlaq əks olunur. Yaxın və Orta Şərq regionunda monqoloid (həzarələr, türklər və ərəblərin bir qrupu), zənci (Cənubi Ərəbistanda ərəblərin bir qismi) və avstraloid (İran və Əfqanıstandakı brahuilər) elementlərinin qarışığı var.

Yaxın və Orta Şərq xalqlarının böyük əksəriyyəti sami, iran, türk dil qruplarına aid edilir.

Sami dil qrupuna 13 ərəb dövləti (Bəhreyn, BƏƏ, Qətər, İraq,Ürdün, Yəmən, Küveyt, Livan, Misir, Oman, Səudiyyə Ərəbistanı, Suriya, Fələstin) əhalisinin böyük qismi, həmçinin İsrail, Türkiyə, İranda yaşayan ərəblər aiddir. Geniş xalq kütləsinin işlətdiyi danışıq ərəb dili ilə ədəbi ümumərəb dili arasında mühüm fərq var. Yaxın və Orta Şərqdə ərəb dialektinin 3 – Suriya (Suriya-Fələstin), İraq və Ərəbistan növü mövcuddur. Sami dil qrupuna İranın qərbində, İraq və Suriyanın şimal rayonlarında yaşayan assuriyalılar (aysorlar) aid edilir. Bu qrupa, həmçinin İsrailin dövlət dili sayılan müasirləşdirilmiş qədim yəhudi dili – ivrit aid edilir. Lakin ölkənin yəhudi əhalisinin əksəriyyəti bu dildən az istifadə edir və idiş dilində danışır.

İran qrupu dillərində farslar, puştular, taciklər, kürdlər, bəluclar, lurlar, bəxtiyarilər, həzarələr, digər xalqlar və tayfalar danışır. Farslar və puştular əsasən İran və Əfqanıstanda, taciklər Əfqanıstanın şimal-qərbində, İranın Xorasan əyalətində, kürdlər Türkiyə, İran, İraq, Suriyada, bəluclar İran, Əfqanıstanda, lurlar və bəxtiyarilər İranda, həzarələr Əfqanıstanda yaşayırlar. Fars və tacik (Əfqanıstanda bu farsi-kabuli və ya dəri dili adlandırılır) dilləri birbirinə yaxındır.

Türk dillərində türk, azərbaycanlı , özbək, türkmən və digər xalqlar və etnik qruplar danışır. Türklər – Türkiyə, Kipr, azərbaycanlılar İran, İraq, özbəklər Əfqanıstanda, türkmənlər İran, Əfqanıstanda yaşayır. Türk dilləri bir-birinə çox yaxındır. Yaxın və Orta Şərq regionunda ədəbi ənənələrə malik türk və Azərbaycan dilləri üstünlük təşkil edir.

Digər dil qruplarından olan xalqlar Kiprdə yaşayan yunanlar, regionun bir sıra ölkələrinə səpələnmiş ermənilərdir. Regionda gürcülər, lazlar, Hindistan, Pakistan və Şərqi Afrikadan olanlar da yaşayır.

Yaxın və Orta Şərq regionu əhalisinin böyük əksəriyyəti (90 %-i) İslam dininə etiqad edir. İslam region ölkələrinin (İsrail və Kipr istisna olmaqla) dövlət dini olmaqla yanaşı, sosial-iqtisadi, siyasi və mədəni həyatın müxtəlif sahələrinə təsir edə bilmişdir. Yaxın və Orta Şərq müsəlmanlarının əksər hissəsi sünni məshəbinə aiddir. İran müsəlmanlarının 90, İraqın 62, yəmənlilərin 50 faizi şiələrdir. İran körfəzi əmirliklərində də şiələr yaşayır. Dünya mü- səlmanlarının müqəddəs saydıqları Məkkə və Mədinə Səudiyyə Ərəbistanında, Kərbəla və Ən-Nəcəf İraqda, Məşhəd və Qum şəhərləri İrandadır. Yaxın və Orta Şərq regionu əhalisinin 4 faizi xristianlardır. Xristianların böyük əksəriyyəti Misirdə yaşayır. Misir xristianları Qibti kilsəsinə aid edilir. İraq, Livan, Suriya, Kiprdə yaşayan xristianlar iki: ortodoksal (erməni, yunan, suriya) və katolik (yunan, maronit və suriya) qruplarına bölünür.

İudaizm region dövlətlərindən yalnız İsraildə hakim dindir. Üç dünyəvi dinin mərkəzi sayılan Yerusəlim (Qüds) İsraildədir.

Yaxın və Orta Şərq regionu xalqlarının mədəniyyətində oxşar xüsusiyyətlər çoxdur. Bu təbii-co ğrafi və sosial-iqtisadi şəraitin uy ğunlu ğu, qarşılıqlı mədəni təsirlə izah olu. Region ərazisində tarixən mədəni-təsərrüfat fəaliyyəti suvarmadan istifadə etməklə əkinçilik və arid zonada köçəri və yarımköçəri heyvandarlıq üstünlük təşkil etmişdir. Təsərrüfatın bu növü sami, fars, türkdilli xalqlar arasında yayılmışdır. Bu xalqlar arasındakı qarşılıqlı əlaqələr regionda mədəni xüsusiyyətlərin orijinallığını müəyyən edir.

Yaxın və Orta Şərq xalqlarının mənəvi mədəniyyətinin sə- ciyyəvi cəhəti – orta yüzilliklərdə ərəblər və onlar tərəfindən işğal olunan xalqların qarşılıqlı münasibəti nəticəsində formalaşmış ərəb mədəniyyətinin bu və ya digər xüsusiyyətlərinin saxlanılmasıdır. Region xalqlarının əksəriyyətinin dilində ərəb və fars terminləri və sözləri çoxdur. Türk və kurmanc dilində danışan kürdlərdən başqa islam xalqları ərəb əlifbasından istifadə edir.

Bu xalqların təhsil sistemi, ədəbiyyatı, incəsənəti İslamın təsirinə məruz qalmışdır. Yaxın Şərqdə VII-XII yüzilliklərdə müsəlman hüquq normaları və dini qanunlarının məcmusu kimi yayılmış şəriət * bu gün də regionun müsəlman xalqlarının ailə-məişət həyatında dərin kök salmışdır.

XX əsrin sonlarından etibarən İslamın sosial əxlaq və məişətdə təsiri bir qədər «yumşalır». Bunun müsbət təzahürlərindən ən mühümü gender bərabərliyində əks olunur. Belə ki, qadınlar təhsil almaq, şə hər mərkəzlərində sosial tələbatlarını reallaşdırmaq və s. imkanlara nail olurlar. İslam fundamentalizmi mühitində ərəb dövlətləri xalqlarının siyasi həyatında və mənəvi ideologiyasında Xilafət mənəviyyatı hələ də yaşayır.

Region əhalisinin 2 faizini təşkil edən yəhudilər mühüm mədəni qrupu təşkil edir. İsraildə yaşayan yəhudilərin təqribən yarısının burada do ğulmasına baxmayaraq, onların valideynləri, baba və nənələri XX əsrdə dünyanın 100-dən artıq ölkəsindən gələnlərdir. Əhatəsində olduqları mühitin müxtəlifliyi səbəbindən onların dilləri də 2 qrupa (ənənəvi və müasir) bölünür.

Yaxın və Orta Şərq xalqlarının müasir mədəniyyətində də ümumi cəhətlər çoxdur. Bu yerli ənənəvi və müasir qərb elementlərinin yanaşı oldu ğu şə hərlərdə parlaq nəzərə çarpır. Qədim saraylar və məbədlər, azan səsləri ucalan minarələrlə yanaşı çoxmərtəbəli binalar, mehmanxanalar təzad təşkil edir. Qoşqu qüvvəsi hərəkət edən yollar asfalt döşənmiş magistrallarla əvəz olunmuş və bu yollarda müasir, ən yeni markalı avtomobillər «şütüyür». Regionun sosial-iqtisadi cəhətdən inkişaf etmiş ölkələrində ədəbiyyat, incəsənət və memarlıq sahələrində müasirliklə milli ənənələrin qarışdırılması meyli parlaq nəzərə çarpır.

Yaxın və Orta Şərq regionunun əhalisi yüksək təbii artımı ilə seçilir. Bununla yanaşı, həyat səviyyəsi aşağı oldu ğu şəraitdə region ölkələrində hər 1000 nəfərə ölənlərin miqdarı inkişaf etmiş ölkələrlə müqayisədə yüksəkdir (İsraildə 8, Misirdə 71, Yəməndə 75 nəfər). Təbii artım sürəti ildə 2,4 faizdir. Artımın yüksək olması region əhalisinin sayının son 20 ildə iki dəfədən çox artmasına səbəb olmuşdur.

Yaxın və Orta Şərq regionunun əhalisinin orta ömür müddəti bir neçə ölkədə (Türkiyə, İran körfəzi əmirlikləri, Kipr,İsrail, Misir, Ürdün) 70-74 yaşdır. Əfqanıstanda, Yəməndə bu göstərici çox aşağıdır (45-50 yaş). Təbii artımın yüksək və orta ömür müddətinin aşağı olması əhalinin yaş strukturuna təsir etmişdir. Regionun bəzi ölkələrində (İraq, İran, Suriya, Misir) əhalinin 40 faizindən çoxu 15 yaşadək olanlardır (əlavə 5). Region ölkələri üzrə əhalinin 4,5 faizi (Kiprdə 10 faizi) 65 yaşdan yuxarı olanlardır. Əhalinin sayına immiqrasiyalar da təsir göstərir. Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İsraildə immiqrantların sayı daha çoxdur. İsrailə immiqrantlar Avrasiya, Amerika ölkələrindən gəlmişlər. İran körfəzi sahilindəki əmirliklərdə (Küveyt, Qətər, BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanında) immiqrantların sayı neft «hayküyü» ilə əlaqədar artmışdır. Küveyt əhalisinin təqribən yarısını Ərəb ölkələri, İran və digər müsəlman ölkələrindən olan immiqrantlar təşkil edir. Fələstin ərəblərinin 4 milyonu qonşu (Livan, Suriya, Misir, Ürdün) və digər ərəb ölkələrində yaşayır.

Regiondan emiqrasiya da mövcuddur. XIX yüzilliyin sonlarında Livandan, Fələstindən Amerika, Afrika və qonşu ərəb ölkələrinə köçənlər çox olmuşdur.

Yaxın və Orta Şərq əhalisinin ölkələr və ayrı-ayrı ərazilər üzrə paylanmasında regional fərqlər vardır. Əhalinin orta sıxlığının yüksək olmasına görə Bəhreyn, Livan, İsrail, Küveyt seçilir. Səudiyyə Ərəbisatnı, Oman, Əfqanıstanda əhali seyrəkdir. Regionun xeyli hissəsini tutan yarımsəhra və səhralarda daimi yaşayış məskənləri yoxdur. Əksinə, Aralıq dənizi, Qara, Mərmərə, Xəzər, Qırmızı dənizin sahilləri, Nil, Dəclə və Fərat, Araz, Kabul çayları vadiləri, həmçinin vahələrdə əhali sıxdır. Belə yerlərdə əhalinin sıxlığı 1 kv. km-də 500-1000 nəfərə çatır. İsrail əhalisinin 2/3 hissəsi ölkə ərazisinin 10 %-də, İraq əhalisinin yarıdan çoxu ərazisinin 15 %-də, Misir əhalisinin 98 %-i ölkə ərazisinin cəmi 5 %-də yaşayır. Türkiyə və İranda əhalinin yerləş məsində kəskin regional fərqlər vardır. Yaxın və Orta Şərqin əhalisinin xeyli hissəsi kəndlərdə yaşayır (ötən əsrin 70-ci illərdə bu göstərici 60 faiz idi). Urbanizasiya prosesi sürətlə gedir. İsrail əhalisinin 80, BƏƏ, Qətər, Küveyt əhalisinin 85- 90, Türkiyə əhalisinin 70 faizi şə hərlərdə yaşayır. Əfqanıstan, Yəmən, Omanda şə hər əhalisinin miqdarı 40 faizdən yüksək deyil. Şə hər əhalisi, təbii artım, daxili və xarici miqrasiya nəticəsində artır. Əhalinin sayına görə Yaxın və Orta Şərqdə orta və kiçik şə hərlər üstünlük təşkil etsə də, milyonçu (Qahirə – 13, Tehran – 12, İstanbul – 12, Ankara – 4, Ba ğdad – 3,5 milyon nəfər və b.) olanları da var. Yaxın və Orta Şərq ölkələrində əmək ehtiyatlarının miqdarı ümumi əhalinin sayı ilə müqayisədə azdır. 15 yaşadək olanların sayı əhalinin 45 faizini təşkil edir, şəriət adətlərinə görə qadınlar ictimai istehsala cəlb olunmur, ixtisaslı kadrlar (texnik, mühəndis, həkim) çatışmır, əmək qabiliyyətli əhali arasında savadsız olanları vardır. Region ölkələrinin əksəriyyətində təhsilin ibtidai və orta pillələri mövcuddur. Universitet təhsili azaddır, ali təhsilə tələbatı olanlar üçün maddi yardım da ayırılır.

İbtidai təhsil regionun bütün ölkələrində məcburi olsa da, bəzi səbəblər ucbatından (daxili münaqişələr, bəzi əyalətlərin şə hər mərkəzlərindən uzaqlığı və s.) buna hamı yiyələnə bilmir. Digər tərəfdən isə məktəb yaşlı qızlar ibtidai və orta təhsil alsalar da, onların çox az hissəsi təhsillərini universitetlərdə davam etdirə bilir. Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ kimi daha çox mühafizəkar ölkələrdə isə təhsilin bütün pillələrində (ibtidai, orta, ali) qızlar və o ğlanlar üçün tədris ayrılıqda aparılır.

XX əsrin 60-70-ci illərindən etibarən əhalinin savadsızlığının aradan qaldırılması tədbirlərinə baxmayaraq, regionun bir sıra ölkələrində 15 və ondan yuxarı yaşda olan əhali arasında savadlıların sayı Qərbi Avropa ölkələri ilə müqayisədə aşağıdır (Yəmən – 38, Misir – 51, İraq – 58, Səudiyyə Ərəbistanı – 63, Suriya – 71, İran – 72 %). Neft sənayesinin inkişafı və bununla əlaqədar müasirləş mə regionun bir çox rayonlarında ənənəvi həyat tərzinə də təsir etmişdir. Məsələn, köçərilərin sayı azalmış və hazırda region əhalisinin cəmi 1%-ni təşkil edir.

Suriya, İran, Səudiyyə Ərəbistanının geniş səhralarında bir qrup əhali köçəri həyat tərzi sürür, bəzi kürd və fars tayfaları isə yay və qış otlaqları arasında miqrasiya edir. İstehsala yararlı əhalinin çox hissəsi işləməyə az meyllidir. Yerli əhali arasında yüksək milli gəlirin bölüşdürülməsi onları heç bir zəhmət çəkmədən həyat tərzi sürməyə sövq etmişdir. Gənclərin digər hissəsi isə Qərb dövlətlərində təhsil almaq üşün ölkəni tərk edirlər. Ona görə də Yaxın və Orta Şərq ölkələrinin bəzilərində işləyənlərin böyük əksəriyyəti immiqrantlardır (cədvəl 1).

«Neft dollarları» hesabına əldə edilmiş kapitalın bollu ğu şəraitində bu ölkələr nisbətən yüksək əmək haqqı verməklə immiqrant işçilər cəlb edə bilmişlər. İmmiqrant işçilər təkcə neft mədənlərində deyil, həmçinin, istehsalın digər sahələrində də çalışırlar. İran körfəzi əmirliklərində nəhəng tikinti işləri immiqrant işçilər tərəfindən aparılmışdır. Əhalinin məşğuliyyət strukturundakı dəyişikliklər sübut edir ki, neft çıxaran dövlətlərdə, həmçinin, Türkiyə, İsrail, Ürdun, BƏƏ, Kiprdə xidmət sahələrində çalışanların sayı sürətlə artmışdır .

İspaniya Avropanın ən şən və qonaqpərvər ölkələrindən biri və bəlkə də birincisidir. Nə vaxt İspaniyaya gəlsəniz, mütləq bir bayram və ya karnavalın şahidi olacaqsınız. İspanlar öz maraqlı adətləri ilə hamıdan seçilirlər. Belə bir ehtimal var ki, İspaniya sözü “dovşanlar ölkəsi” kimi tərcümə olunur.

İspaniya deyəndə ağlınıza təkcə məşhur korridalar gəlirsə, deməli məlumatınız çox azdır. Onda bu yazı sizinçün həqiqətən maraqlı olacaq.

Bilirsinizmi ki, İspaniya Avropanın ən dağlıq ölkəsidir, Madrid isə Avropadakı ən “hündür” paytaxtdır. Həmçinin Madrid İspaniyanın düz mərkəzində yerləşir. Madridin də tam mərkəzində, Puerta del Sol meydanında “0-cı kilometr” adlı nöqtə var. Ölkədəki bütün yollar başlanğıcını məhz bu nöqtədən götürür.


Hazırda bu ölkədə 46 milyondan çox adam yaşayır. Bu dövlətin himnində sözlər yoxdur.

Siz kartofu, pomidoru, kakaonu sevirsinizmi? Bu məhsullara görə məhz ispanlara təşəkkür etməliyik, çünki onları bizimlə tanış edən məhz ispanlardır.

Dünyanın ən qədim restoranı da İspaniyada yerləşir. Bu, 1725-ci ildə Madriddə açılmıış “Botin” restoranıdır. Bundan başqa bu ölkədə ildə cəmi 6 ay işləyən restoran da var. Həmin restoranda qeyri-adi yeməklər dadmaq mümkündür. Məsələn, qum dadı verən şokolad, balıq dadı verən dondurma və sairə.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

,
Bilirsənmi ki, dünyanı hansı canlılar idarə edir? Yox, şirlər deyil, hərçənd ki, onları heyvanların şahı adlandırırlar. Canavarlar da deyil. Hətta akulalar da deyil. Onlar həddindən artıq böyükdür və sayca bir o qədər də çox deyil. Düzgün cavab – böcəklərdir.

Bəli, bəli, böcəklər dünyanın əsl hökmdarlarıdır. Planetimizdə böcəklərin sayı suda-quruda yaşayanlar, quşlar, balıqlar, məməlilər və sürünənlərin birgə sayından çoxdur. Bu gün böcəklərin 350 min növü məlumdur. Əslində isə onlar daha çoxdur, axı alimlər hər dəfə  yeni növ müxtəlifliyini aşkar edirlər.

Yer üzündə böcəklərin o qədər müxtəlif növü var ki, təsəvvürə belə gətirmək mümkün deyil. Biz əgər hər növdən birini götürsək və sıra ilə düzsək, onda böcək zənciri 3 kilometrdən çox uzanar. Böcəyi axtarmaq çətin deyil, onlara hər yerdə rast gəlinir.

Çətinlik onların xüsusiyyətlərindən baş çıxarmaqdadır. Böcəklər həşəratlardır. Onların 6 ayağı var, bədəni isə üç hissədən ibarətdir. Böcəyin başında iki gözü və bir cüt bığcığı olur. Orta hissə sinə adlanır. Böcəklər ayaqlarındakı dırnaqcıqlar vasitəsilə daşlara və ağaclara dırmaşırlar.

Digər həşəratlarda olduğu kimi, böcəklərin də bədəni möhkəm xarici qabıqla (xitin qatı) örtülüdür. Buna ekzoskelet deyilir. Ekzoskelet böyümür, buna görə də həşəratlar onun altında yenisi, daha böyüyü çıxanda üstdəkini atırlar. Yəqin sən bilirsən ki, həşəratların hamısında qanad yoxdur. Lakin böcəklərdə var. Onların ön qanadları üst qanadlar adlanır. Onlar möhkəm və sərtdir və uçmaq üçün deyil. Üst qanadlar böcəyin yumşaq bədənini qoruyur. 

Böcəklərin əksəriyyəti bitkilərlə qidalanır. Digər böcəklər qabıq, oduncaq və fındıqla qidalanır. Odun böcəyi oduncaqla qidalanır. Uzunburun böcəklər uzun xortumcuqları ilə fındıq qabığını deşir və dadlı ləpəni yeyirlər. Səkkiz santimetrlik qoliaf böcək çiçəklərin nektarını və meyvələrin şirəsini sorur. Böcəklərin heç də hamısı bitkilərlə qidalanmır.

Elələri var ki, bitkiləri qoruyur. Buna misal olaraq parabüzəni göstərmək olar. Bu həşəratlar bitkilərə zərər vuran mənənələrlə qidalanır. Parabüzənlər bağları bu zərərvericilərdən təmizləyir. Böcəklər arasında qeyri-adi faydalıları var – onlar təmizliyi qoruyurlar. Məsələn, peyin qurdu heyvanların peyini ilə qidalanır.

Bəzi böcəklər heyvanların leşi ilə qidalanırlar. Böcəklərin bu “dadsız” qidaya meyli nəticəsində meşələr və çəmənlər daha təmiz olur. Digər həşəratlardan fərqli olaraq böcəklər insan qanını zərrə qədər də xoşlamır. Onların sırasında zahirən qorxunc görkəmliləri olsa da, əslində onlar tamamilə zərərsizdirlər. 

Səyyahlar

[səyyahlar][hot]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget